Spironolakton maddəsinin təsiri

Post date:

Author:

Category:

Brend adları:  

AldactoneCaroSpir, Veroşpiron

Farmakoterapevtik qrupu:

Aldosteronun spesifik kaliumqoruyucu antaqonosti.

Farmakodinamikası:

Aldosteron adrenal korteksdə sintez olunan mineralokortikoiddir. Böyrəyin toplayıcı borucuqlarındakı mineralokortikoid reseptorlarına təsir göstərərək epitelial natrium kanallarının (ENaC) aktivliyini artır və bu zaman da natriumun və suyun reabsorbsiyası artır. (Beləliklə qan təzyiqi artır). Kalium isə borucuqlara sekresiya olur.
Aldosteron antaqonistləri aldosteronun bu təsirlərini inhibə edir. Bu maddələrin təsirindən natrium və suyun xaric olunması, kaliumun isə geri əmilməsi artır. Spironolakton distal renal borucuqlarda kalium ionları ilə natrium ionlarının  əvəzlənməsinin qarşısını alır və kalium ifrazını azaldır. 

Farmakokinetikası:

Həzm traktından sorulması yüksək biomənimsənilməsi ilə xarakterizə olunur. 90% plazma zülalları ilə birləşir. Nəcis ilə spironolakton əsasən kiçik miqdarda, sidik vasitəsilə isə aktiv metabolitlər (7-α-və tiometilspironolakton kaprenon) şəklində böyük hissəsi orqanizmdən xaric olur. Spironolakton qandan plasentaya keçir.

İstifadəsinə göstərişlər:

  • Müxtəlif mənşəli ödemlərdə (xroniki ürək çatışmazlığı, qaraciyər (sirroz) və böyrək xəstəliklərində (Nefrotik sendrom))
  • Birincili aldosteronizmin diaqnostikası və müalicəsi.
  • Birincili hipertenziya (səbəbi bilinməyən hipertenziya)
  • Diüretiklərin səbəb olduğu hipokaliemiya/hipomaqnezemiya

Əks göstərişlər:

  • preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
  • Addison xəstəliyi;
  • kəskin böyrək çatışmazlığı, anuriya;
  • qaraciyərin funksional pozğunluqları (prekoma və qaraciyər koması);
  • korreksiyaya tabe olmayan elektrolit pozğunluğu: hipokaliemiya, hiperkaliemiya, hiperkalsiemiya,
    hiponatriemiya;
  • sulfanilamidlərə qarşı yüksək həssaslıq (çarpaz allergik reaksiya təhlükəsi);
  • hamiləlik (1-ci üç ay), laktasiya;
  • şəkərli diabet, xüsusilə böyrək çatışmazlığı olan (və ya ehtimal olunan) pasiyentlərdə;
  • diabetik nefropatiya (hiperkaliemiya riskinin artması).
  • Eplerenon qəbul edən xəstələr

Xüsusi göstərişlər:

  • Hiponatriemiyası olan pasiyentlərdə
  • Metabolik və ya respirator asidozu olan pasiyentlərdə
  • Porfiriyası olan pasiyentlərdə
  • Hiperkaliemiyası olanlarda
  • podaqra
  • Menstrual pozğunluqları və ya süd vəzilərinin böyüməsi olan pasiyentlərdə

Əlavə təsirləri:

  • Ümumi: zəiflik
  • Su-elektrolit və turşu-əsas balansı:
  • ağızda quruluq, yanğı hissi
  • uzunmüddətli istifadə zamanı hiponatriemiya, hipoxloremiya, hipo- və ya hiperkaliemiya
  • nadir hallarda
  • hiperkalsiemiya, hiperurikemiya
  • ürəkbulanma, qusma
  • baş ağrısı
  • ürəkdöyünmə
  • ortostatik hemodinamik pozğunluq, allergik reaksiya ola bilər
  • Reproduktiv sistem: ginekomastiya, hirsutizm və.s.
  • Qan və limfatik sistem: leykopeniya, eozinofiliya, trombositopeniya. Qanda sidik cövhərinin artması, hiponatriemiya.
  • Yüksək həssaslıq reaksiyaları: ödem, şok. kollaps. Təngənəfəslik, səpgi, qaşınma.
  • Sinir sistemi: ataksiya, başgicəllənmə.
  • Ürək pozulmaları: hiperkaliemiya nəticəsində iflic, paraplegiya, ürək aritmiyası, kollaps.
  • Qaraciyər: hepatotoksiklik.
  • Dəri: alopesiya, hipertrixoz, qaşınma, səpgi, urtikariya.
  • Mədə-bağırsaq: qastrit, mədə qanaxması, diareya, qusma, xora.
  • Sümük-əzələ sistemi: osteomalyasiya.
  • Psixi pozulmalar: letargiya.
  • Böyrək: kəskin böyrək çatışmazlığı, xüsusilə əvvəlcədən böyrək pozulması olanlarda.

Dozalama:

Dərmanın dozası və istifadə yolları aşağıdakı vəziyyətlərə görə dəyişir. Odur ki, həkiminizlə məsləhətləşməyiniz tövsiyyə olunur:

  • Yaşınız;
  • Başqa xəstəliyə görə müalicə alıb-almadığınız;
  • Xəstəliyin mərhələsi;
  • Dərmanın ilk istifadəsi zamanı bədənin verəciyi reaksiyalar.

Digər dərman maddələri ilə qarşılıqlı təsiri:

Spironolakton eyni zamanda istifadə olunan antihipertenziv preparatların (AÇF inhibitorları daxil olmaqla), diuretiklərin, barbituratların, diazepamın, vazodilatatorların hipotenziv təsirini artıra bilər. Kalium duzları, kaliumqoruyucu diuretiklərlə və indometasin və AÇF inhibitorları ilə eyni vaxtda istifadə hiperkaliemiya yarada bilər. Qlükokortikoidlərlə yüksək dozada laksativ hipokaliemiya yarada bilər.

Mənbə:

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ALSPİRON tabletlər

Spironolactone

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...

Diffuz toksik ur (Bazedov) xəstəliyi nədir?

Diffuz toksik ur xəstəliyini ilk dəfə 1786-ci ildə ingilis həkimi Pyeri təsvir etmişdir. Bundan sonra xəstəliyi italyan alimi Falyani, sonralar ingilis alimi...