Stanislavskidən dərsimiz kino: Başqa bir şəxsiyyətə bürünmək

Post date:

Author:

Category:

(Bu məqalə aktyor, rejissor Konstantin Stanislavski tərəfindən yazılan “Building a character” kitabından tərcümədir, kitabda söz keçən müəllim və tələbələrin hamısı xəyalidir. Aktyorluq sənətini izah etmək üçün Stanislavskinin yaradıcılıq nümunəsidir)

 

Dərsin əvvəlində universitetimizin və teatrımızın rejissoru olan Tortsova başqa bir şəxsiyyətə bürünmək üçün lazım olan şeylərin içimdə olduğunu qavrağımı, amma bütün bunların praktiki göstərilməsini dərk etmədiyimi dedim. Çünki öz səsinlə danışaraq, həmişəki kimi yeriyərək, həmişəki kimi davranaraq başqa bir şəxsiyyəti canlandırmaq olmaz. Buna görə bütün beynindəkiləri və hətta beynini bürünmək istədiyin bir gövdəyə köçürməlisən.

Torstov bununla razılaşdı və dedi: “Tamaşaçıya bir şeylər göstərməmiş beyninizdə olan xəyali obrazların nə şəxsi keyfiyyətlərini, nə də özündə daşığı ruhu əks etdirmək olar.”

Paul da, mən də bunu təsdiqləmək üçün yüksək səslə “doğrudur” dedik.

Təbii ki, suallarım bitməmişdi və ona daha bir sualımı verdim: ” Yaxşı, bəs bunu necə edəcəyik?”

Torstov: “Təcrübəli və professional aktyorlarda, adətən, obrazın xüsusiyyətlərini dərk etdikdən sonra bütün davranışlar öz-özlüyündə buna köklənir. “My life in Art” (Konstantin Stanislavski – Sənət həyatım) kitabında buna aid bir çox nümunə var. Məsələn, bu İbsenin (red. Henrik İbsen, Norveç yazar) “An Enemy of the People” ( Bir xalq düşmanı) adlı pyesindəki Dr. Stokmen obrazında da özünü göstərir. Yəni obrazın xarakteristikası, xüsusiyyətləri aktyorun beynində bir dəfəlik konkretləşdikdə, buna uyğun davranışlar praktik olaraq özünü göstərdikdə, eynilə Stokmendə olduğu kimi ( gərgin əsəbi halı, ciddi yeryişi, danışan zaman boynunu önə uzatması və s.) ipə-sapa yatmayan bir adamın bütün xüsusiyyətləri və mənəviyyatı bütün təbiiliyi ilə aktyor bədənində özünü göstərmiş olur.”

Mən: “Yaxşı, bəs fiziki olaraq dediyiniz şeyləri edə bilməyəcək qədər bədbəxt biri olsaq necə? Bu halda nə etmək olar?”

Torstov: “Ostrovskinin (rus. Александр Николаевич Островский, rus dramaturq) “The Forest” (Meşə) adlı pyesində gözə görünmədən aradan çıxmağa çalışan Piterin Aksyuşaya nə dediyini xatırla. Piter deyirdi: “Bir gözünü qıyıb çəp kimi baxa bilərsən”

Görkəmində özünü gizləmək o qədər də çətin deyil. Bir dəfə belə bir şey mənim də başıma gəlib. Yaxın bir adam vardı. Kobud səsli, gur saçlı, səliqəsiz saqqalı olan biri idi. Bir gün saç – saqqalını kəstirmişdi. Və adamın uzunsov üzündə çənəsi, qulaqları qabarıqlaşmışdı. Bir gün bir dost məclisində onunla qarşılaşası oldum. İstər-istəməz eyni masada qarşılıqlı oturduq və bir müzakirəyə girişəsi olduq. Diqqətlə baxıb düşünürdüm ki, görəsən bu adam kimdir? Niyə mənə belə tanış gəlir? Bu adam isə danışarkən kobud səsilə insanları narahat etməsin deyə boğuq səslə danışmağa çalışırdı. Və mən demək olar ki, şam yeməyininin yarısınadək onun yad biri olduğunu düşündüm.

Yaxud tanıdığım gözəl bir qadın dodağından arı sancdığına görə üzü- gözü şişmiş, hətta tələffüzü də dəyişmişdi. Onun kim olduğunu ayırd edənə qədər sizli-bizli danışmağa məcbur olmuşduq.”

Torstov öz həyat təcrübələrindən danışarkən sanki gözünün qırağından çıxan bir itdirsəyindən narahat olurmuş kimi gözünü qıyırdı. Eyni vaxtda digər gözünü axıra qədər geniş açıb, qaşını qaldırırdı. Bütün bunlar ona yaxın olanların gözlərində belə ani olaraq baş verdi. Bu cür kiçib bir dəyişiklik belə özündən sonra çox qəribə ab-hava yaratdı. Düzdür, önünüzdə duran adam yenə Tortsov idi, amma bir başqa Tortsov idi desək yanılmarıq. Ona daha güvənə bilməzdiniz. Çünki ona baxanda fırıldaqçı, tülkü, kobud bir adam görürdünüz və ən maraqlısı da o idi ki, bunların heç biri onun əsl şəxsi özəlliklərinə aid deyildi. Gözləri ilə oynamaqdan əl çəkəndə biz yenə həmişəki sevimli, şirin Torstovu görə bildik. Ancaq bir göz qıymaqla başqa bir şəxsiyyətə bürünmüşdü, yəni hələ də ona fırıldaqçı demək olardı.

Torstov: “Gözümü qıymağımın və ya bərəltməyimin fərqi yoxdur. Siz mənim şəxsiyyətimə sadiq qalıb-qalmadığımı ayırd edə bilərsiniz. Çünki gözümün hərəkəti hansısa səyirmədən və ya təbii bir refleksdən də ola bilər və mən bununla şəxsiyyətimdən çıxmış olmaram. Gözüm istər açıq, istərsə də qapalı olsun, mən elə həmin adamam.

Yaxud bayaqkı nümunədəki – arı vurmuş adamın mən olduğunu düşünün. Ağzım, üzüm şişmiş və danışığım da dəyişmiş olsun. (red. Yəni ki davranış kifayət deyil)”

Torstov bunları dedikdən sonra nitqinə təsir edəcək formada ağzını sağa tərəf əydi və çox qəribə tələffüzü ilə dedi: ” Sadəcə xarici görkəmimin deyil, həmçinin nitqimin, tələffüzümün də dəyişməsi və ya anormallığı şəxsiyyətimə, verdiyim reaksiyalara təsir edə bilərmi? Özümdən uzaqlaşmalıyammı? İstər arı sancması, istərsə də ağzımın əyilməsi olsun daxili təbiətimə – özümə təsir etməli olan şeylər deyil. Yaxşı, bəs topallıq (ayağını çəkməyə başladı), qırıq qollu olma (qolunu dirsəkdən salladı), qozbellilik ( belini əydi) və ya addımları içə, yaxud ya çölə doğru atmaq ( Torstov dediklərini eynilə göstərdi) kimi şeylər insanın daxili təbiətinə təsir etməlidirmi? Görkəmimdə ola biləcək belə əhəmiyyətsiz davranışlar mənim emosional halıma,başqalarına olan münasibətimə təsir edə bilərmi?”

Torstovun dediyi bu fiziki qüsurları ani olaraq təsvir edə bilməsi möhtəşəm idi.

Torstov sözünə davam etdi:”Yaxşı, bəs boğazlarla, samitlərin tələffüzü ilə danışığı dəyişdirməklə obrazı necə yaratmaq olar? Əgər səsinizi dəyişdirmək istəyirsinizsə, bunu bilin ki, səsiniz sözün əsl mənasında oturuşmuş olmalıdır. Əks təqdirdə nə yüksək, nə də alçaq tonlarda bu qədər də ( əli ilə göstərir) olsa danışa bilməyəcəksiniz. Tələffüsünüzü, xüsusilə də samitlərin tələffüzünü dəyişdirmək istəyirsinizsə, edəcəyiniz şey çox sadədir: Danışarkən dilinizi geriyə çəkərək qısaldın ( Torstov dediyini etdi), belə olduğu halda daha çox ingilis dilində samitlərin tələffüz edilməsinə oxşayan bir tələffüz ortaya çıxacaq. Yaxud dilinizi dişlərinizə doğru uzadın ( dediyini təkrarladı), belə olan halda isə kəmağıl və ya axmaq biri kimi danışa bilərsiniz.

Yaxud ağzınızı normalda danışarkən etmədiyiniz kimi edin. Məsələn, dodaqları qısa olduğuna görə ön dişləri baltaya oxşayan bir ingilisi təsəvvür edin.”

Mən onun dediklərini etməyə çalışırdım və bunlar məndə alınmırdı. Ona görə çox keçmədi ki, ondan bunu necə edə biləcəyimizi soruşdum.

Torstov  “çox asanlıqla edərəm” deyib cibindən dəsmal çıxardı və üst ön dişləri ilə ön dodaqlarını qupquru olanadək sildi. Sonra dəsmalını gizləyə biləcək formada üst dodağını içəriyə doğru qatladı. Əlini çəkəndə dodağının qısalığını və dişlərinin böyüklüyünü gözümüzlə görsək də, inana bilmirdik.

Bu xırda dəyişikliklə o, doğurdan da, bayaq dediyi ingilisə oxşamışdı. Sanki Torstova aid hər şey dəyişilmişdi. Duruşu-oturuşu, danışığı, hərəkətləri, yeriyişi kimi hər şeyi başqalaşmışdı. Sanki daxilən də dəyişmişdi. Və adama elə gəlirdi ki, bütün bunları düşünmədən edir. Mən bunları düşünəndə o öz dodaq oyunundan əl çəkdi və öz-özünə danışmağa başladı. Sonra yenə də dəsmalla dodağını, dişini qurulayıb anidən bayaqkı ingilis olmağı bacarmışdı.

Bu dəyişiklik sadəcə intuitiv ( düşüncə yoluyla) olaraq baş vermişdi. Bunun belə olduğunu özümüz dərk etdikdən sonra Torstov da qəbul etdi. Bu cür dəyişikliklərin rola necə uyğun olduğunu, yəni qısa dodaq və görünən uzun ön dişlərin Centlmen portretilə əlaqəsini, bütün bunların sadəcə göz aldadan şablon olduğunu o bizə yox, biz ona dedik.

Buna baxmayaraq, öznəlliyinin yaratdığı görkəmlə uzlaşmadığını desəm yanılardım. Bəlkə də, istifadə etdiyi sözlər onun deyildi, amma fikirlər ona məxsus idi.

Bu dərsdə Torstov bir başqa şəxsiyyətə bürünməyin həm təlqin (biz buna intuitiv deyək), həm də sehr dolu praktik yollarını öyrətdi.

Yaxşı, bəs sehrin, daha doğrusu hiylənin düzgününü necə tapacağıq? Fikirlərimi qarışdıran bir sual idi və Torstovdan bunun gündəlik həyatda və ya anatomiyanı araşdırarkən, kitabların arasında eşələnərkən tapmağın mümkünlüyünü soruşdum.

Torstov dediklərimi təsdiqlədi və dedi ki, dediyim yollarla bunu tapmaq və inkişaf etdirmək olar. Sonra sözlərinə davam etdi:” Hər aktyor öz intuisiyasına, özünə və başqalarına olan baxışına görə, özündən, yaxud başqalarından yararlanaraq həqiqi və ya xəyali bir həyatdan güc alaraq olmaq istədiyi rolu daha mükəmməl oynaya bilər. Rola girmək üçün özünün və ya dostlarının başına gələnlərdən, rəsmlərdən, pyeslərdən, kitablardan, hekayələrdən, romanlardan və ya adi məişət hadisəsindən yararlana bilər, ayrıseçkilik etməz. Fəqət bir başqa şəxsiyyətə bürünərkən öz şəxsiyyətindən uzaqlaşmamağa da diqqət etməlidir (red. Roldan çıxa bilməyən aktyorları xatırlayın). Bugünlük nə edəcəyinizi mən deyəcəm. Gələn dərs maskarad (xüsusi kostyumlu, musiqili şənlik) hazırlayacağıq.”

Bu təklifi eşidəndə təəccübümüzü gizlədə bilmədik.

Torstov: “Hər bir tələbə bir rola girəcək və özünü o rola uyğun kostyumla gizləyəcək”

Tələbələrdən biri: “Maskarad deyəndə ağlınızda necə rolların olduğunu bilmək olar?”

Torstov: “Necə olmasının xüsusi bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi olsun – tacir, iranlı, əsgər, ispan, aristokrat, milçək, qurbağa-, uzun sözün qısası nəyə və ya kimə marağınız varsa, onu seçin. Geyim və qrimmlə bağlı problemlərin həlli üçün teatrdan kömək ala bilərsiniz. Pariklərinizi, geyimlərinizi və makiyajınızı seçmək üçün gedə bilərsiniz.”

Torstovun bu sözləri əvvəlcə təəccüblə qarşılansa da, sonra müzakirəyə və həyəcana,  səbəb oldu. Hamımız bir şeylər düşünməyə başladıq, beynimizdə xəyali bir şeylər quraşdırdıq, onların portretlərini çəkdik, seçdiyimiz geyimi, qrimmi hazırlamağa çalışdıq.

Sadəcə Qrişa həmişə olduğu kimi bir qıraqda dayanıb sakit və vecsiz biri kimi bütün bu baş verənləri izləyirdi.

 

(Ardı Staniskavski – “Building a character” kitabındakı ikinci dərsin tərcüməsində)

 

Tərcümə və redaktə : Ziya Mehdiyev

STAY CONNECTED

20,428FansLike
2,286FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...