Stenli Kubrikin (Stanley Kubrick) ən sevdiyi 10 film (Siyahı)

Post date:

Author:

Category:

Amerikalı məşhur kinorejissor, ssenarist, prodüser, kinematoqraf, redaktor və fotoqraf Stenli Kubrikin (Stanley Kubrick) özünün bildirdiyi, sevdiyi 10 film siyahısı

Kubrik 26 iyul 1928-ci ildə Nyu Yorkda (New York) yəhudi ailəsində anadan olmuşdur. Elə bu şəhərdə də böyümüş, gənclik dövründən bəri ədəbiyyata, fotoqrafçılığa və filmə olan dərin marağı film istehsalı və rejissorluğu sahəsində dərin biliklərə yiyələnməyinə səbəb olmuşdur. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində “Look” jurnalı üçün fotoqraf işləyərkən artıq az büdcəli qısa filmlər çəkməyə başlamış, özünün ilk böyük Hollivud filmi olan “Qətl”i (The Killing) 1956-cı ildə “United Artists” korporasiyası üçün çəkmişdir.

Yaşadığı dövrdə elə də çox reportaj verməyən Stenli Kubrik 1968-ci ildə “Cinema” jurnalına verdiyi reportajda ən sevdiyi 10 filmi belə sıralıyır:

Ana Uşaqları (I Vitelloni)

1953-cü ildə Federiko Fellini (Federico Fellini) tərəfindən çəkilən film Adriatik dənizi sahilində yaşayan 5 gəncin hekayəsindən bəhs edir. Yaşadıqları yerdən kənara çıxmayan bu gənclər lazımi qədər yetkinləşdiklərini düşünərək özlərini önəmli şəxslər hesab edir, lakin zaman keçdikcə özlərini aldatdıqlarını anlamış olurlar. Filmin italyanca adı “I Vitelloni” də lazımı qədər böyümüş, kök, lakin hələ də səmərə gətirməyən inək mənasına gəlir.

Yabanı Çiyələklər (Wild Strawberries)

İsveçli rejissor İnqmar Berqman (Ingmar Bergman) tərəfindən 1957-ci ildə çəkilən film yaşlı bir professorun ölüm və özü ilə olan haqq-hesabını yuxularla təsvir edir. Yuxu səhnələri ilə dolu film əsrin ən təsirli əsərləri arasında yer alır.

Vətəndaş Keyn (Citizen Kane)

Orson Uellsin (Orson Welles) rejisoru, prodüseri və eyni zamanda baş rol ifaçısı olduğu filmin ssenarisinə əsasən Media-maqnat Çarlz Foster Keyn ölüm yatağında olarkən yalnız “qızılgül qönçəsi” sözlərini deyir və ölür. Bundan sonra film bir sənədli-xronikal süjet əsasında inkişaf etməyə başlayır.

Sierre Madr xəzinəsi (The treasure of Sierre Madre)

Con Hyustonun (John Huston) eyniadlı əsər əsasında 1948-ci ildə çəkdiyi film həmin il 4 mükafata namizəd göstərilmiş, 3-ünü qazanmışdır.

Böyük Şəhərin İşıqları (City Lights)

Film 1931-ci ildə çəkilmiş, rejissorluğu, prodüserliyi, ssenari müəllifliyi, bəstəkarlığı və baş rol ifaçılığı Çarli Çaplin tərəfindən yerinə yetirilmişdir. Ssenarisi bir çox şəxsə məlum filmin final səhnəsi dünya kinematoqrafiyası tarixində ən kəskin və heyrətə layiq sonluq hesab olunur. Film pantomim formasında (səssiz) çəkilmişdir.

Beşinci Henri (Henry V)

Film Uilyam Şekspirin (William Shakespeare) qələmə aldığı eyni adlı tamaşa əsasında Lourens Olivye (Laurence Olivier) tərəfindən 1944-cü ildə çəkilmişdir.

Gecə (La Notte)

İtalyan rejissor Mikelancelo Antonioni (Michelangelo Antonioni) tərəfindən 1961-ci ildə çəkilən film burjua sinfin evlilik həyatı barədə bir bölməsindən bəhs edir. Film məşhur bir yazar olan Covanni Pontano və həyat yoldaşı Lidiya arasında onsuz da olan ünsiyyətsizliyin gedərək artmasıyla evliklərinin təhlükə altına girməsindən bəhs edir. Qısa müddət ərzində yaşadıqları hadisələr, bir dostlarının xəstəxanada ölməsi, ikiüzlü saxta dostluqlar, mənasız səthi əlaqələr bu təhlükəni sürətləndirir.

Bank xəfiyyəsi (The Bank Dick)

1940-cı ildə Edvard Klaynın (Edward Cline) rejisorluğuyla çəkilən filmdə Eqbert Souz (Egbert Souse) ailəsi tərəfindən asanlıqla idarə edilə bilən, içkidən asılı, həyat yoldaşından qorxan biridir. Bir gün bir bank soyğununun qarşısını aldığı zaman həyat yeni bir qəribəliyi də bərabərində qarşısına çıxarır.

Roxie Hart

1942-ci ildə ABŞlı rejissor Villiam Velman (William Augustus Wellman) tərəfindən çəkilən komediya filmi. Filmin ssenarisi Çikaqoda məşhurlaşmaq üçün cinayət etirafı edən bir qız əsasında qurulub.

Cəhənnəm Mələkləri (Hell’s Angels)

1930-cu ildə Hovard Haqsın (Howard Hughes) rejissorluğuyla çəkilmiş film müharibə mövzusundadır. Səssiz film kimi çəkilib və bir səhnəsindən başqa filmin geri qalanı ağ-qara film kimi çəkilib.

Əlavə olaraq Kubrik ən sevdiyi iki rejissor olaraq Maks Ofuls (Max Ophüls) və İnqmar Berqmanı (Ingmar Bergman) göstərir.

Mənbə: FilmLoverss , Wikipedia

Redaktə etdi: Lalə Yusifova

STAY CONNECTED

20,176FansLike
2,248FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Əhməd İsmayılovhttp://rezonanss.com
17 yaş. İstək Liseyi məzunu, BDU tələbəsi. Şəkidə anadan olub

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...