Süd Yolu qalaktikası əyilir və kənarlardan bükülür.

Post date:

Author:

Category:

Yüzillər boyu, astronomlar öz yaşadığımız qalaktika olan Süd Yoluna gözlərini dikdilər və kosmik işığın düzlüyü səbəbi ilə onun şəklinin də düz olduğunu sandılar.

Amma müşahidələrə əsaslanan yeni araşdırmalar, ulduz sistemimizin diskşəkilli olmaqdansa, ətrafından bükülmüş olduğunu göstərir.

The traditional view of the Milky Way
Süd Yolunun illustrasiyası

Elm adamları orbitdəki teleskoplardan topladığı biliklər ilə, Günəşdən 20 dəfə böyük, 100 000 dəfə daha parlaq olan gənc ulduzlar olan 1339 Klassik Sefiedsin mövqeyini ölçdü.

Bundan sonra, ilk dəfə Süd Yolu qalaktikasının kənarlarını da göstərə biləcək 3 ölçülü xəritəsini yaratdılar. Araşdırmaçıları təəccübləndirən o idi ki, mərkəzdən uzaqlaşmaqla baxdıqları yer bükülmüş və əyilmiş şəkildə üzə çıxır.

Başqa maraq oyandırıcı şey isə, bizim Süd Yoluna qonşu olan Andromeda qalaktikasının teleskop vasitəsi ilə düz şəkildə görünməsidir.

“Nature Astronomy”-də dərc edilən araşdırma yazısında mütəxəssislər iddia edir ki, Süd Yolu qalaktikasının kənarlarından bükük olması onun (kənarının) dönməyini düzgün saxlaya bilməməsidir çünki mərkəzdən gələn qüvvənin rolu var.

Makkuori Universiteti (Macquarie University), Sidney, Avstraliyadan olan professor Riçard de-Qris (Richard de Grijs) Sefeid ulduzlarıSüd yolunun qaz-diskinin bir-biri ilə əlaqəli olduğunu tapdıqlarını bildirir. O, sözlərinə belə davam edir: “Bu, evimiz olan qalaktikamızın yaranmasına yeni baxış tərzi verir. Bəlkə də, Süd Yolunun ucqar bölgələri haqqında daha önəmlisini tapdıq ki, S-şəkilli ulduz diski spiralvari bükülməkdə olan şəkil içində əyilir.”

Qeyd edək ki, Süd yolu adlı qalaktikamız alimlərin hesablamalarına görə, 400 milyard ulduz, 100 milyarddan çox planet ehtiva etməkdədir.

Bu qədər inkişafa rəğmən, bu böyüklükdə olan kütlənin formasını kiçik bir nöqtədən müəyyən etmək olduqca çətindir. Professor Riçard de-Qris bunu Sidneydə bağda oturub, Avstraliyanın şəklini müəyən etməklə qarşılaşdırır.

Bundan əlavə, 50 ildir ki, Süd Yolundakı hidrogen buludunun büküldüyünə dair işarələr var idi.

Alimlər bu ulduzların parlaqlığı və onlar “döyünmə” müddətin kimi göstəricilərə baxaraq, məsafəni müəyyən edə bilirlər.

Lakin “Günəşdən Süd Yolunun qaz diskinin kənar parçalarınadək olan uzaqlığı müəyyən etmək, diskin nəyə bənzədiyini bilmədən olduqca çətin bir işdir”, – deyə, – Çin Milli Elmlər Akademiyasından araşdırmanın idarə edici müəllifi dr.Çen Şiodian (Chen Xiaodian) bildirib.

Hazırladı: Sübhan Quliyev.

Mənbə: “The Telegraph”

(https://www.telegraph.co.uk/science/2019/02/04/milky-way-warped-bent-around-edges-astronomers-say/)

 

 

 

STAY CONNECTED

18,751FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.