Süni intellekt nədir və insanlıq üçün təhlükəli ola bilərmi?

Post date:

Author:

Category:

Süni intellekt intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsul olduğu düşünülən yaradıcı fəaliyyətlə məşğul ola bilən intellektual proqram yaratmağı özünə məqsəd götürmüş elm və texnologiyadır. Bu elm həmçinin insan intellektinin araşdırılması kimi başa düşülür.

Süni intellekt bir elm kimi praktik və nəzəri hissələrdən ibarətdir. Praktik cəhətdən «Süni intellekt» problemi bir tərəfdən informatikaya və hesablama riyaziyyatına, digər tərəfdən isə neyrofiziologiyaya və psixologiyaya aid edilir.

«Süni intellekt» haqqında ilk fikirlər mexaniki materealizmin yaranması ilə, Dekartın (Rene descartes) «Metod haqqında mühakimələr» və Tomas Hobbsun «İnsan təbiəti» əsərlərində öz əksini tapdı.

1943-cu ildə U. Mak-Kallok və U. Pit öz məqalələrində süni neyron sistemi anlayışını təklif etdilər.

 D. Xebb 1949-cu ildə «Davranış oraqanizasiyası» əsərində neyronların öyrənilməsini əsaslarını göstərdi. Bu fikirlər bir neçə il sonra amerikan neyrofizioloq Frenk Rozenblattı hərəkətə keçirdi. O, insan davranışlarını modelləşdirən mexanizm yaratmağı təklif etdi və onu «Perseptron» adlandırdı.

 

Süni intellekt nə ilə məşğul olur sualının cavabı tam mənada yoxdur. Hər bir yazıçı süni intellekt haqqında kitab yazarkən bu elmə müəyyən bir aspektdən yaxınlaşır.

Fəlsəfi cəhətdən insan intellektinin təbiəti və mənşəyi  sualının cavabı hələ yoxdur. Kompüter «şüurluluğunun» da hər hansı bir həddi yoxdur, lakin süni intellektin yaradılmasına bir sıra hipofizlər verilib, bunlara da Turinq testini və Nyuel-Saymon hipofizini misal göstərmək olar. Ona görə də süni intellekt probleminin qoyulmasına iki cür yaxınlaşmaq olar:

Yuxarıdan-aşağıya, semiotik – ekspert sistemlər, biliklər və məntiqi qərarlar bazası,  yüksək səviyyəli psiki prosessləri təqlid edən  sistemlərin yaradılması, məsələn, düşüncə, danışıq, incəsənət və s.

Aşağıdan yuxarıya, bioloji – biolojik elementlərə əsaslanan intellektləri modelləşdirmək üçün neyron sistemlərinin öyrənilməsi, evolusiya hesablamalarının aparılması, həmçinin neyrokompüter və biokompüterlərin yaradılması. Con Mak-Kartni tərəfindən verilən bu yaxınlaşma süni intellekt elminə daxil deyil ,yalnızca məqsədləri birdir.

Süni intellektin yaradılması probleminə bir çox istiqamətdə yanaşmalar olmuşdur. Bunlardan bir neçəsi aşağıda qeyd olunmuşdur:

 

Turinq testi və intuitiv yanaşma 

 

 

Modern kompüterlərin atası sayılan Alan Turinq süni intellekt haqqında ilk fikirlərini 1950-ci ildə «Mind» jurnalında çap edilmiş «Hesablama maşınları və şüur» məqaləsində bildirib. O, həmin məqalədə insan ilə kompüterin arasında gedən testdən danışıb. Belə ki bu testdə bir insan hakim olur və bir insan və bir kompüterlə sual-cavab edir. Hakim nə həmin adamı , nə də kompüteri görə bilir. Turinq deyir ki, kompüter o zaman süni intellektə sahib ola biər ki, o hakimi çaşdırsın və hakim onunla adamın yoxsa kompüterin danışdığını başa düşə bilməsin. Bu testə Turinq testi deyilir.

Simvolik yanaşma – Süni intellekt probleminə simvolik yanaşma ilk rəqəmsal maşınların yaranması dövründə yaranıb. Bu yanaşmada problemlərin həllinin tapılmasının uğur və səmərəliyi üçün informasiyanın abstraktlığı vacibdir.

Məntiqi yanaşma  – Süni intellekt sisteminin yaradılmasına məntiqi yanaşma modelləşdirilmiş mühakiməyə əsaslanır. Teorik əsas kimi məntiqə əsaslanır.

Agentli-orientasiyalı yanaşma – 1990-cı illərdə yaranmış yanaşmadır, aqentli-orientasiyalı yanaşma və yaxud intellektual aqentlərdən istifadə edən yanaşma adlanır. Bu yanaşmaya görə intellekt intellektual maşının qabağına qoyulmuş məqsədləri yerinə yetirilməsini hesablayan hissədir. Belə bir maşın ətraf aləmi sensorlarla qavrayan intellektual agent olacaq və onu əhatə edən obyektlərə icraedici mexanizmlərlə təsir edə biləcək.

 

Maşınların təlimi sərbəst şəkildə süni intellekt biliklərinin və onun işləmə proseslərinin alınmasına aiddir. Bu  süni intellekt elminin ilk dövrlərindən mərkəzi olmuşdur. 1956-cı ildə Darmund yaz konferansında Rey Solomonoff öz-özünü öyrədə bilən maşının ola biləcəyi haqqında hesabat yazdı və onu «İntuitiv nəticə maşını» adlandırdı. Maşın təliminin iki növü vardır; müəllimsiz və müəllim ilə. Müəllimsiz öyrənmə cisimləri olduğu kimi qavramağa icazə verir. Müəllim ilə öyrənmə isə sinifləndirməyə və reqressiv analizə kömək edir. Sinifləndirmə onun üçün istifadə olunur ki, cismin hansı kateqoriyaya aid olduğu aydınlaşdırılsın. Reqressiv analiz isə ədədi sıralarda giriş ədədlərindən istifadə olunan funksiya tapılması ilə çıxış ədədinin proqnozlaşması üçün istifadə olunur. Təlim prossesi zamanı maşının düzgün cavabları mükafatlandırılır, yalnış cavabları isə cəzalandırılır.

Yuxarıda gördüyünüz diaqramda müəyyən illər ərzində süni intellektin bir riyazi məsələni həll edərkən buraxdığı səhvlər göstərilmişdir, qırmızı düz xətt isı insanın bu məsələni həll edlərkən buraxdığı səhvlərin sayıdır.

Robotexnika sahəsi və süni intellekt elmi bir- biri ilə sıx əlaqədardır. Robotexnikada süni intellektdən istifadə edib intellektual robotların yaradılması süni intellekt elminin yeni bir sahəsini yaradır. İntellektuallıq üzərində cisimləri manipulyasıya etmək, olduğu yeri tapmaq, ətraf aləmi təhlil etmək və hərəkəti planlaşdırmaq üçün  işləmək lazımdır. Süni intellekti olan robotlara misal olaraq oyuncaq-robot Pleo, Aibo, Qrio və s. göstərmək olar.

Süni intellekt elminin inkişafını iki istiqamətə ayırmaq olar:

  • İnsan qabiliyyətlərinə ixtisaslaşdırılmış süni intellekt sistemlərinin yaxınlaşmasına əlaqədar olan problemlərin həlli və insan təbiətini reallaşdıran inteqrasiyalar;
  • İnsanlıq problemlərini həll edə bilən artıq yaradılmış süni intellekt sistemlərinə əsaslanan süni intellektin yaradılması.

Hal-hazırda süni intellekt sahəsində daha çox fundamental deyil, praktik sahədə bir çox mövzuya maraq var. Süni intellektin yaradılmasına bir çox yanaşmalar istifadə edildi, lakin hələ də mükəmməl süni intellekti heç bir qrup yarada bilməyib.

Ən məşhur süni intellektlər- Pepper-Yapon şirkəti olan  Aldebaran Robotics və Softbank Mobile tərəfindən 2015-ci ildən satışa çıxarılmışdır. Bu humanoid robotun digər robotlardan fərqi odur ki, onun emosiyaları var. Pepper ətraf aləmi 3D kameralar vasitəsi ilə təhlil edə bilir, boyu 1.2 metr, kilosu isə  28 kilodur. O, insanların mimikaları ilə onların əhval-ruhiyyəsini başa düşə bilir. Həmçinin o, öz-özünü öyrədə bilən robotdur və lazım olan cavabları axtarmaq üçün internetə çıxışı var. Pepper hətta onu itələdikdə belə öz müvazinətini saxlaya bilir, insan toxunuşlarını hiss etmək üçün onda sensor qurğuları vardır.

Watson– IBM şirkərinin yaratdığı bu süni intellekt insan danışığını başa düşür və çoxlu sayda alqoritmlər vasitəsi ilə axtarış apara bilir. Watson amerikan intellektual oyunu olan «Jeopardy!» oyununda iştirak etmış və oyundakı iki iştirakçısına da qalib gəlmişdir.

Virtual söhbət  proqramları, ChatMaster

Virtual söhbət proqramları insan danışığını təqlid edən, bir və daha çox insanla söhbət edən kompüter proqramıdır. Ilk belə proqramlardan biri 1969-cu ildə Cozef  Beyzenbaum tərəfindən yaradılan Eliza proqramı olmuşdur. Belə düşünülür ki, ideal virtual söhbət proqramı Turinq testini keçə biləcək. Chatmaster özü-özünü öyrədə bilən , insanla dialoq apara bilən proqramdır. Dialoq klaviatura ilə aparılır və ekranda əks etdirilir. Dialoq bütün dillərdə və hətta ieroqriflərlə də  aparıla bilir. Proqram yalnız yazılmış sözə deyil həmdə mətnin özünə reaksiya verə bilir. Proqramın cavabını nəinki düzəltmək həmçinin öz istədiyin cavab ilə dəyişdirmək olur.

Süni intellektlər haqqında maraqlı faktlar

  • Süni intellektlərin istifadə olunduğu ağıllı sistemlərdə əksər hallarda qadın səslərindən istifadə olunur.
  • Bir çox valıdeynlər robot ev heyvanlarına üstünlük verirlər. Jan-Lu Raulun fikrinə görə 2025-ci ildə robot ev heyvanları canlı ev heyvanları ilə ciddi konkurent olacaq.
  • 2015-ci ildə Yapon tədqiqatçıları bildiriblər ki, öz-özünü bərpa edən robot düzəldiblər, belə ki, həmin robot iki ayağı belə olmayanda özünü bərpa edə bilir.
  • 1997-ci ildə Deep Blue adlı kompüter məşhur şahmat çempionu Harri Kasparovu məğlub edib.
  • 2018-ci ildə GAN adlandırılan süni zəka portret hazırladı

Stiven Hokinqin süni intellekt haqqında fikirləri

Məşhur ingilis teorik fiziki və kosmoloqu olan Stiven Hokinq də süni intellekt haqqında fikrini bildirib. O, süni intellekt üçün ya bəşəriyyətin ən yaxşı, ya da ən pis naliyyəti olacağını deyib. Onun fikrinə görə süni intellekt yaradılsa, o sürətlə təkamül edib insan intellektini üstələyə bilər. Hovkinq fikrini belə bir nümünə ilə əsaslandırıb, deyək ki, elektrik stansiyası tikirsiz və bu zaman qarışqa yuvasını təsadüfən sökürsüz, heç kim qarışqaları vecinə almayacaq, özünüzü qarışqa yerinə qoymayın.

Mənbə:

http://www.aiportal.ru/articles/introduction/history-ai.html

https://3dnews.ru/921635

http://www.publy.ru/post/17754

 

Tərcüməçi: Səmra Əlizadə (12. 07.2017)

Redaktor: Ziya Mehdiyev (son 24.04.2019)

 

 

 

 

 

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Səmra Əlizadəhttp://rezonanss.com
I would rather be a rebel, than a slave.

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...