Süni peyklərin qısa tarixi

Post date:

Author:

Category:

Bəşəriyyət həmişə kosmosu fəth etmək arzusunda olmuşdur

1869-cu ildə Edward Everett Hale tərəfindən qələmə alınmış “Kərpicdən Ay” qısa məzmunlu hekayəsində və Jül Vernin 1879-cu il tarixli “Bəyimin taleyi” adlı əsərində süni peyklərin ilk təxəyyül nümunələrini görmək olar.

Elmi sahədə kosmosun fəthinə ilk addım 1903-cü ildə atılmışdır. Həmin dövrdə artıq insanlar bilirdilər ki, ay yer ətrafında qravitasiya qüvvəsinin sayəsində dövr edir. Yer orbitində insan istifadəsinə fayda verəcək süni peykləri quraşdırmaq üçün də eyni prinsip kömək edəcəkdi. Ancaq əsas məsələ planetin cazibə qüvvəsini aşaraq orbitə qalxmaq idi. Bu, rus alim, kosmonavtikanın nəzəri əsaslarınıyaradan tədqiqatçı, müasir kosmik elminin banisi, həmin dövrdə məktəb müəllimi olan Konstantin Tsiolkovskinin (17 sentyabr 1857 – 19 sentyabr 1935) reaktiv hərkəti ifadə edən tənliyi tapması nəticəsində mümkün olmuşdur 

 Əminliklə söyləmək olar ki, bütün müasir kosmik uçuşlar Tsiolkovskinin nəzəriyyəsinə əsasən həyata keçirilir.

Sloveniya əsilli Herman Potočnikin 1928-ci ildə geostasionar peyklər, radiodan istifadə edərək həmin peyklər və Yer arasında rabitəsi təsvir etməsindən sonra 1945-ci ildə Arthur C. Clarke  peyk rabitəsi fikrini irəli sürərək tarixə keçdi. O, dünya ətrafında tam dövrünü 24 saatda tamamlaya biləcək peyk vasitəsilə müxtəlif siqnalların ötürülməsi fikrini ortaya atdı və üzərindən 10 il kimi qısa müddət keçdikdən sonra artıq 1957-ci il Oktyabr ayının dördündə Yerin ilk süni peyki Sputnik 1-in buraxılması ilə cəmiyyətin inkişafının kosmik erası başlandı. 83 kiloqram çəkisi və kürəşəkilli forması olan bu peyk saatda 29min kilometr sürətlə hərəkət edir və yer ətrafında 98 dəqiqəyə fırlanırdı.

Bundan sonra orbitə buraxılmış yenə SSRİ-ə aid Sputnik-2 peyki də ilk canlını kosmosa daşıması ilə tarixə keçmişdir. Ayrı kabinada Layka adlı iti daşıyan peykin daxilində həm də telemetriya sistemi üçün müəyyən hissələr, proqramlaşdırma cihazı, radiotransmitterlər, kabina üçün regenerasiya və termal nəzarət sistemi, elmi aparatlar da vardı. 7 gün ərzində kua-dan alına bioloji məlumatlara görə müəyyən edilmişdi ki, kosmosa insan göndərmək mümkündür.

Kosmik fəzaya peyklərin buraxılmasında SSRİ-I təqib edən ABŞ ilk peykləri olan Explorer 1 (31 yanvar 1958) ilə Van Allen radiasiya kəmərini kəşf edərək, sayca 3-cü və uğurlu olan 2-ci peyki Vanguard 1 (17 may 1958)-də günəş enerjisindən istifadə edən ilk peyk olaraq tarixə keçmişdir.

İlk rabitə peyklərinin buraxılması, peyklərdən kommersiya məqsədləri üçün istifadənin başlanması – çoxkanallı rabitə üçün retranslyatorlar, televiziya proqramlarının ötürülməsi və s. kimi inqilabi yeniliklər də məhz elə 60-cı illərdə həyata keçmişdir. 1960-cı ildə ABŞ tərəfindən Yerdən ötürülən radiodalğaları başqa məntəqədəki stansiyaya ötürən ilk peyk Echo (12 avqust 1960) kosmosa göndərildi. Bu peyk kürə formasında idi və üstü plenka ilə örtülmüşdü. 8 il fəaliyyət göstərmiş Echo ilə eyni ildə ilk meteoroloji məlumat peyki olan Tiros 1 (Aprel 1, 1960) də kosmik fəzaya buraxılmışdı. Tiros-1 peyklərin yerin tədqiqində yararlı olub-olmadığını yoxlamaq üçün fəzaya buraxılmışdı.

1962- ci il iyulun 10-da ilk aktiv kommunikasiya peyki Telstar-1 kosmik fəzaya buraxılmışdır. İstismar müddətində yeri canlı idman əyləncə və xəbər yayımı ilə təmin etməkdən əlavə Van Allen radiasiya qurşağının enerji paylanmasını ölçən LEO peyk Telstar 1 cəmi yeddi ay fəaliyyət göstərmişdir, lakin onun yerdən siqnalları qəul edərək yer üzü səthində yüksəldib yenidən göndərmək texnologiyası özündən sonrakı bütün rabitə peykləri üçün standart qəbul edilmişdir. Daha sonra Amerika Birləşmiş Ştatlarının SYNCOM 3, Fransanın Asterix və Kanadanın parallel zamanlı yayım edən Antik-1 peykləri vasitəsilə peyk rabitəli televiziya yayımı öz dövrünə qədəm qoydu.

Bundan əlavə, 60-cı illər 1961-ci il 12 aprel tarixində ilk insan – Yuri Qaqarinin Vostok gəmisində kosmosa qədəm qoyması kimi əlamətdar və inqilabi hadisə ilə də yadda qaldı.

20-ci əsrin ikinci yarısında roketlər qravitasiya qüvvəsinə qalib gələ biləcək şəkildə təkmilləşdirildi, beləliklə kosmik tətqiqatlar ifadəsi gerçəyə çevrildi. Həmin yarım əsr ərzində peyk rabitəsi, peyk naviqasiyası, məsafədən zondlama, kosmosun Yerdən tədqiqi, kosmonavt, kosmik uçuşlar və s. kimi anlayışlar adi hal aldı. Bu zaman müddətində peyklər Antarktika üzərindəki ozon dəliyini müəyyən etmiş, meşə yanğınlarının ocağını tədqiq etmiş, 1986-cı il Çernobıl hadisələrindəki ekoloji fəsada aid fotoşəkillər vermişdir. Astronomik peyklər yeni ulduzlar və qalaktikalar kəşf etmiş, qalaktikamızın mərkəzi ilə bağlı fikirlərimizin formalaşmağına kömək etmişdir.

Artıq 1970-ci illərin əvvəllərində kommunikasiya və naviqasiya peykləri geniş istifadə edilirdi. Bu dövrdə hərəkət edən peyk rabitə sistemlərinin, kollektiv istifadəli peyk televiziya sistemlərinin yaradılması həyata keçirildi, ilk kosmik stansiya olan Solut-1 də, SSRİ tərəfindən 1971-ci il aprelin 19-unda kosmik fəzaya buraxıldı. 10 ildən artıq fəaliyyət göstərən ilk kosmik stansiyasan sonra isə ilk beynəlxalq (ABŞ, SSRİ) kosmik missiya olan Skylab 1970-ci illərə öz damğasını vurdu. 70-ci illərin bir hadisəsi də, 1978-ci ildə ilk GPS peykinin orbitə yerləşdirilməsi idi.

1980-cı illərdə VSAT (Veri Small Aperture Terminal) texnologiyası – birbaşa istifadəçilərdə quraşdırılan kiçik peyk texnologiyası və bilavasitə peyk televiziya verilişləri meydana gəldi. Bu dövrdə peyk rabitəsi artıq o qədər inkişaf etmişdi ki, insanlar məişət şəraitində antenalarını kökləyərək peyk siqnallarını tuta bilirdi.

Bundan əlavə kosmik texnologiyalar sahəsində yeni bir inqilab olar çoxdəfəli istifadəyə yararlı uçuş aparatlarının – kosmik məkiklərin fəzaya buraxılması da elə məhz 80-ci illərin əvvəlində həyata keçmişdir. İlk kosmik məkik Kolumbia daxilində iki astronavt – John W Young and Robert L Crippen ilə 98-ci ildə roket şəklində kosmosa uçmuş, Yer ətrafında 36 dəfə dövr etmiş və təyyarə şəklində geri qayıtmışdır. Hazırda ən çox istifadə edilmiş kosmik məkik Discovery 33 dəfə istifadəyə yararlı olmuşdur.

90-cı illərin başlanması ilə ilk peyk teleskopu – Hubble teleskopu məkik vasitəsilə orbitə qaldırılmışdır. Hubble teleskopu çəkdiyi dəqiq şəkillər vasitəsilə uzaq kosmosun tədqiqinin yeni erasına təkan vermişdir. Həmin görüntülər vasitəsilə astrofizikada kainatın genişlənməsinin sürətinin müəyyənləşdirilməsi kimi böyük irəliləyişlər əldə edilmişdir.

Daha sonra bütün bu hadisələri 1998-ci ildə Rusiya, ABŞ, Avropa ittifaqı ölkələri, Yaponiya və Kanadanın mikroqravitasiya və kosmos mühitinin tədqiqi laboratosiyası olaraq ortaq istifadə etdiyi ISS – Beynəlxalq Kosmik Stansiyanın orbitdə inşasına başlanması təqib etdi.

20-ci əsrin sonunda dünya qlobal peyk rabitə sistemlərinin gözlənilən istismarının başlanması ilə artıq peyk rabitəsi telekommunikasiyaların bütün sahələrini keyfiyyətcə dəyişərək və adi həyat tərzinə təsir göstərir, təhsil, elm və məişət üçün yeni imkanlar yaradır.

Peyk rabitə sistemləri real zamanda yer kürəsinin müxtəlif nöqtələrində və yerətrafı fəzada yerləşən insanlar arasında praktiki məhdud olmayan informasiya mübadiləsinin həyata keçirilməsinə imkan verir.

Yerdə istənilən obyektin yerləşmə yerinin millimetrin vahidlərinə qədər dəqiqliklə koordinatlarını təyin etməyə imkan verən peyk radionaviqasiya sistemləri – faydalı qazıntıların axtarışı, mürəkkəb obyektlərin layihələndirilməsi və tikintisi məsələlərinin yenidən qoyulmasına və həllinə, ətraf mühitin, dəniz və okeanların, meşə və kənd təsərrüfatının müşahidəsi və tədqiqinin keyfiyyətcə yeni səviyyəyə qalxmağına təkan verdi. Müasir kosmik texnologiyaların tətbiqi olmadan tematik kartoqrafiya, kadastrların, rəqəmsal kartların və s. yaradılması məsələlərinin həllini təsəvvür etmək çətindir. Peyk rabitəsi və naviqasiya-müşahidə sistemləri isə hərəkət edən obyektlərin nəzarəti və idarə edilməsində prinsipial olaraq yeni keyfiyyətin alınmasına şərait yaradır.

Son zamanlar dünyada rabitənin müasir növləri və vasitələri daha geniş tətbiq edilirlər. Lakin mobil cihazlar normal hal alıbsa, fərdi peyk rabitə aparatı hələlik qeyri-adidir. Oxşar rabitə vasitələrinin inkişafının analizi göstərir ki, artıq yaxın gələcəkdə biz fərdi peyk rabitə sistemlərinin (FPRS) gündəlik tətbiqinin şahidi olacağıq. 25 May 2017 – ci ildə Rocket Lab-ın ilk şəxsi roket olan Electron – u kosmik fəzaya buraxması kosmik sahənin gündəlik həyata və biznes sahəsinə daha çox inteqrasiya edəcəyindən xəbər verir.


Ədəbiyyat:

https://www.sciencelearn.org.nz/resources/1905-history-of-satellites-timeline

https://aerospace.org/story/brief-history-space-exploration

http://www.physics-and-radio-electronics.com/satellite-communication/historyofsatellites.html

https://www.sciencelearn.org.nz/resources/1609-global-positioning-system-gps

https://www.nytimes.com/2008/03/19/books/19clarke.html

https://www.thenewatlantis.com/publications/jules-verne-father-of-science-fiction

NASA series: Hubble focus our amazing solar system

Interactive Aerospace Engineering and Design. Dava Newman. Massachusetts Institute of Technology

Societal Impact of Spaceflight. Steven J. DickRoger D. Launius

 

Müəllif: Samir Qulamzadə

Redaktə etdi: Ziya Mehdiyev

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...