Superbakteriyalar və Antibiotiklər. Antibiotikə davamlılığın epidemiologiyası.

Post date:

Author:

Category:

Diqqət! Diqqət! Virus mənşəli xəstəliklərdə (qripdə əsasən) antibiotiklərdən istifadə etməyin!

Nəzərinizə çatdıraq ki, rezistent bakteriyaların çoxalması nəticəsində hər il dünyada 700 min şəxs həyatını itirir. Ciddi rəqəmlərdir, elə deyilmi? Bu artıma qarşı heç bir addım atılmadığı təqdirdə isə bu rəqəmin 2050-ci ildə 10 milyona qədər yüksələcəyi gözlənilir.

Aşağıda adıçəkilən ölkələr antibiotikə davamlı infeksiyalar nəticəsində ƏN ÇOX ölüm halları qeydə alınmış ölkələrdir:

  1. Amerika Birləşmiş Ştatları (1,064,087)
  2. İtaliya (456,486)
  3. Fransa (238,004)
  4. Polşa (98,904)
  5. Almaniya (92,306)
  6. Böyük Britaniya (90,045)
  7. İspaniya (77,699)
  8. Yunanıstan (69,774)
  9. Rumıniya (59,487)
  10. Portuqaliya (49,443)

Siyahıya diqqətlə fikir versək, qeyd edə bilərik ki, ölüm halları əsasən inkişaf etmiş ölkələrdə rast gəlinir. Sual yaranır, farmakoloji sənayenin inkişafı əhalinin sağlamlığının qorunmasına nə dərəcədə zəmanət verir?! Bu fenomenə qarşı bir neçə ölkədə artıq mübarizə planı işə salınmışdır. Məsələn, Böyük Britaniya antibiotiklərin istifadəsinə daha sərt şərtlər tətbiq edəcək, həmçinin farmakoloji firmaların maliyyələşdirməsində müəyyən dəyişiliklər edəcək. Daha dəqiq desək, antibiotiklər satış sayına görə yox, effektikliyinə görə qiymətləndiriləcəklər. Kəmiyyət ikinci plana keçəcək, ön planda keyfiyyət faktoru duracaq. Antibiotikə davamlılıq kimi qlobal problem öz həllini qısa zamanda tapmasa, tez bir zamanda dünyanın məhvinin şahidi olacayıq.

Mənbə: bbc.com

STAY CONNECTED

19,121FansLike
2,048FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Hanna Arendt – “vita activa “

Hanna Arend və ya Arendt (Hannah Arendt) yəhudi intellektuallarının o nəslinə məxsusdur ki, buraya Markuze, Adorno və Valter Benyamin (Walter Benjamin, 1892-1940)...

Karl Saqan – Təkamül (Dünya necə yarandı?)

Müəllif: Karl Saqan (ing. Carl Sagan) – “Cosmos” (II fəsil) Təkamül? Dörd milyard il əvvəl...

Yer kürəsinin həqiqətdə neçə yaşı var?

Yerin yaşı: Planetimizin həqiqi yaşının izlərini axtaran fosil axtarıcılar və radiometrik yaş təyini. Müəllif: Stifen Bakster (ing. Stephen...