Təcavüz mədəniyyəti vardır: Uşaqlarımızı qorumaq üçün onlara nələri öyrətməliyik?

Post date:

Author:

Category:

İstər inanın, istər inanmayın, (əslində, inansanız, daha yaxşı olar) fərq etməz. Təcavüz mədəniyyəti vardır, bu, bir həqiqətdir.

Vardır, çünki ətrafımızda ”kişidir, hər şeyi edə bilər” deyən insanlar çoxdur. Vardır, çünki ən yaxşı ehtimalla belə, 5 qadın universitet tələbəsindən biri təcavüzə uğrayır.

Bir qadın və bir insan olaraq mən bunu qəbuledilməz hesab edirəm. Və uşaqlarımı, cinsi şiddəti bəsitləşdirən bu təcavüz mədəniyyətinə boyun əyəcək insanlar olaraq yetişdirməyəcəyimə söz verirəm.

Buna görə də indi uşaqlarıma bununla mübarizə aparmağı öyrətməyin tam zamanıdır. Bir dəqiqə, əslində, onlar doğulduqları anda mən artıq bunu öyrətməyə başlamışdım. Bəli, yalnış oxumadınız: bunu 4 yaşındakı oğlumla 1 yaşındakı qızıma doğulduqları vaxtdan bəri öyrədirəm.

Aydınlaşdırım ki, uşaqlarıma birbaşa təcavüz nədir başa salmıram. Etməyə çalışdığım şey onlara necə özlərinə və başqalarına hörmətlə yanaşan, yaxşı bir insan olmağı öyrətməkdir.

Və bunu gündəlik həyatımızla əlaqəli kiçik dərslərlə edirəm. Bəziləri elə fikirləşir ki, bu birbaşa təcavüz mədəniyyəti ilə bağlı deyil. Fəqət bu dediklərim oğlumun yetkin bir insan olduqda qadınlara necə davranacağı, qızımın isə öz bədənini necə tanıya biləcəyi və hər ikisinin də özlərini istəmədikləri bir cinsi müdaxilədən necə qoruyacaqları mövzusunda gərəkli əsəs məlumatları verir.

Bu da uşaqlarımın bilməsinin vacib olduğunu düşündüyüm 13 maddə.

DƏRS 1: “Yox” yox deməkdir. Mövzu hər nə olursa, olsun. 

Bu ifadəni oğluma ilk dəfə dediyimdə, təbii ki, cinsi səviyyəyə girməmişdim; kəlmələr mənə çox təsir edir. Nəticədə, kəlmələrin kiçildilməyəcək bir gücü var və sizin əmrlərinizə tabedirlər. Məsələn oğluma ”yox” dedim. Yox, yox deməkdir,” dediyimi və daha sonra çətin vəziyyətə düşdüyümdə və ya bezdiyim zaman sözümdən döndüyümü düşünün. Bu necə qəbul olunar? Bir az əsəbləşsə, əvvəl-axır ona yox deyən şəxsi imtina etdirə biləcəyini fikirləşir. Mənim ona verəcəyim yox cavabı dondurma almasına icazə verməmək və ya “bəsdir bu qədər cizgi film”  deməkdən ibarət ola bilər, amma olsun. Yox, yox deməkdir, bu qədər.

DƏRS 2: Qıdıqlamaq yaxşıdır, amma qıdıqlanan şəxs bunu istədiyi müddətcə. 

Yuxarıda bəhs etdiyim düşüncəni daha yaxşı başa salmaq üçün tətbiq etdiyim bir şey budur. Məlumdur, uşaqlarımla həyatım qıdıqlama seansları şəklində davam edir. Bu zaman oğlum dayan dediyi anda ki, bu, ən çılğın qəhqəhələrimizin ortasında da olsa belə, dayanıram. Ona, həqiqətən, dayanmağımı istəyib istmədiyini soruşuram, bəzən davam etməyimi istəyir. Bəzən isə dayan xəbərdarlığı uzun müddətdən sonra gəlir. Fərq etməz, o nə deyirsə, ona əməl edirəm. Sözünü dinləyib qıdıqlamağı dayandırdığımda ona çox əsas bir dərs vermiş oluram: əsas olan sənin rızandır və sənin bədəninlə əlaqəli qərarları sən verirsən.

DƏRS 3: Heç kimlə qucaqlaşmaq məcburiyyətində deyilsən: buraya qohumların, bacı-qardaşın və mən də daxiləm.

Dostlar və qohumlar yaxşı niyyətli ola bilərlər, uşağınızı görmək üçün can ata bilərlər və bu həyəcanlarına qarşılıq tapmaq istəyə də bilərlər. Fəqət bəzi günlər uşaqlarım eyni şəkildə hiss etməyə bilərlər və yetkinlər bundan inciyə bilərlər. Və bu, həqiqətən, pisdir. Psixoloqlar uşaqlara bədənlərinin sahibinin özləri olduğunu öyrətməkdə bunun yaxşı bir yol olduğunu deyirlər. Məhz bu sərhədləri öyrənmək uşaqlara başqa yetkin insanlarla yaşana biləcək təhlükələrdən qaçmaqda kömək ola bilər. Çox təəssüf, Mildred xala; icazə almadıqca əllər aşağı!

DƏRS 4: Oğlunuzun balaca bacısı ağlayırsa, onunla məşğul olmaq üçün elədiyiniz işi kənara qoyun. 

Təbii ki, bunun bir səbəbi körpəmə bir şey olmamasını istəməyimdir. Digər tərəfdən, oğlumun birini necə dinləməsi, özünün onun yerinə qoyması və də necə doğru şeyi eləməsi lazım olduğunu öyrənməsini istəyirəm. Bəlkə də, qızımın (1 yaşında) ağlamasının səbəbi oğlumda əvvəlcədən olan bir kitabı almaq istəməsidir. Deyək ki, məsələ budur, necə olacaq? Bu vəziyyətdə oğlum bacısına başqa bir kitaba axtarmasını məsləhət görə bilər, ya da kitabı onunla bərabər oxuya bilər. Həll üsulu hər hansı bir şey ola bilər, əsas olan bacısına hər hansı bir şey olduğunda nə etməsi lazım olduğunu düşünməsidir. Qızımın gözündən baxdığımda hər nə qədər özünü tam ifadə edə bilməyəcək yaşda olsa da, ağladığı və ya qarşı çıxdığı şeyin nə mənaya gəldiyinin bilməsi vacibdir.

DƏRS 5: Özünüzü başqasının yerinə qoymağı öyrənin; hətta yaxşı öyrənin.

“Sadəcə mən, həmişə mən” ifadəsinin kənarına cıxmağı bacarmasanız, elədiyiniz hərəkətlərin başqalarına nə şəkildə təsir edəcəyini necə başa düşə bilərsiniz ki? Empatiya anlayışı uşaqlarıma verdiyim bu dərslərin tam mərkəzində yer alır və bu, sadəcə təcavüz mədəniyyəti ilə əlaqəli bir şey də deyil. Əgər oğlumun dostu ilə bir problemi olsa, ona bu sualı verirəm: “O uşaq sənə elə dediyində necə hiss etdin?” Cavabını eşitdikdən sonra (əsasən “məni pis hiss etdirdi” olur) həmin an bunu soruşuram: “Yaxşı, sən ona belə  deyəndə, səncə,  o, necə hiss edib?” Uşaqlarınıza belə davranmadığınız müddətcə onları beyinlərində bu bağlantıları qurmaq imkanından mərhum edirsiniz.

DƏRS 6: Feminizm yaxşı bir şeydir. 

Bunun haqqında daha əvvəl yazmışdım, oğluma feminist olmağı öyrətmək ona verə biləcəyim ən böyük hədiyyələrdən biridir. Feminizm pis bir kəlmə deyil. Məsələni bir qədər aydınlaşdıraq. Feminizm kişilərə nifrət etmək deyil. Qadın olduğumuz üçün xüsusi bir rəftar görmək deyil. Zərər çəkmiş rolunu oynamaq da deyil. Bütün insanların bərabər olması və bərabər rəftar görməsi anlayışı da düşündüyünüz qədər inqilabi bir anlayış deyil.

DƏRS 7: “Kişidir, hər şey edə bilər” cümləsi bu evdə qadağandır. 

Bu mövzuda hərhalda daha açıq ola bilmərəm. Oğlumun indiki və gələcəkdəki davranışları cəmiyyətdəki qəlibləşmiş cinsiyyət xətalarının gətirdiyi təcrübələrlə formalaşmayacaq. Övladım, əvvəlcə, bir insan, sonra isə bir kişidir.

DƏRS 8: Zərər çəkmiş birini görsəniz, onu müdafiə edin. 

Zorakılıq bizim əksəriyyətimizin təxmin etdiyindən daha tez yaşda başlaya bilər. Həllin bir parçası deyilsənsə, demək ki, problemin bir parçasısan; uşaqlarım böyüdükdə, ümid edirəm ki, bu cümləyə əməl edəcəklər. Birisi cinsi təcavüzə və ya cinsi istismara məruz qalarsa, müdaxilə edəcəklər; işlədikləri yerlərdə və ya idman etdikləri salonun soyunma otağında cinsi ayrıseçkiliyə məhəl qoymayacaqlar.

DERS 9: Nə üçün üzr istədiyini açıqlamaq məcburiyyətindəsən. 

Yanlış bir şey etdiyində yalnızca dildə deyilmiş “üzr istəyirəm” sözü yetərli deyil. Bir uşaq nə üçün “üzr istəyirəm” dediyini başa düşmürsə, dediyi şey boş kəlmələrdən ibarətdir. Başa düşdüyünü fikirləşə bilərsiniz, haqlı olma ehtimalınız da yüksəkdir; fəqət, əsasən, uşağınız üzr istəyir, çünki ondan gözlənilənin təkrardan sizin gözünüzə girməsi və sonra topunu oynamağa davam etməsi olduğunu bilir. Mən bunun əvəzinə oğluma nə üçün üzr istədiyini açıqlaması üçün təkid edirəm: “sənə qışqırdığım üçün üzr istəyirəm, ” və ya ”oyuncağımı qırdığım və qardaşımı ağlatdığım üçün üzr istəyirəm”. Həddini nə qədər aşsa da, ona bunun həqiqətən, anlamağının lazım olduğunu və bu səhvinin də nə üçün örtülməməsi gərəkdiyini öyrədirəm.

DƏES 10: Mənim bədənimə də hörmət etməlisən. 

Səhvən də olsa saçımı dartdınsa, üzr istəməlisən. Söhbətin ortasında qolumu çəkişdirə bilməzsən; onun yerinə bunu deməlisən: “Anacan, diqqətinə ehtiyacım var”. İstədiyin olmadığı zaman mənə sərt reaksiyalar verə bilməzsən. Məndə hər kəsin olduğu kimi insanam. Yəni, qısası, kimə hörmət göstərəcəyini seçməli deyilsən, çünki bütün insanlar hörmətə layiqdir.

DƏRS 11: Bəli, gözəlsən, eyni zamanda çalışqan və ağıllısan da. 

Bu, qızımın başına gəldiyi qədər oğlumun da başına gəlir, amma qızımın başına gələndə daha sərt reaksiya verirəm. Uşaqlarıma insanı qiymətləndirərkən xarici görünüşlərindən daha çox daxilə fikir verməkli olduqlarını söyləyirəm. Ümid edirəm ki, onlar da irəlidə insanları obyekt olaraq görməyəcəklər və bunu edənlərə qarşı sərt davranacaqlar.

DƏRS 12: Bədən hissələrinin əsl adlarını istifadə etməliyik. 

Bu mövzuda bir az psixopatam etiraf edirəm. Yoldaşım bir gün “sosiska” dedi, oğlum bunun çox gülünc olduğunu düşündü və o an çox əsəbləşdim. Mütəxəssislər, penis, testis, vagina və vulva kimi adların yerində istifadəsinin uşaqları əxlaqsızlardan uzaq tutmaqda kömək etdiyini deyirlər. Beləliklə, uşaqlar beyinlərində bədənlərinə dair bir utanma hissi yaşamamış olurlar. Ayrıca, Allah qorusun, hər hansı bir təcavüz hadisəsi olduğu zaman sonrasında bunu doğru şəkildə ifadə etməkləri mümkün olur. Bir digər məsələ qarşı cinsin məhrəm bölgələri üçün belə “şirin”  kəlmələrin ifadəsinin qarşı cinsin məhrəminə hörmətsizliklə və məhrəmin mənasını itirməsilə nəticələnəcəyini düşünürəm. Qəbul edirəm, bunu hər zaman tətbiq etmək mənim üçün də asan deyil, ara-sıra yeniyetmə xəcaləti də yaşayıram. Amma heç bir zaman da bu qaydadan kənara çıxmadım.

DƏRS 13: İncə ol. 

Bu, ən sadə və ən əhəmiyyətli dərsimizdir. Əgər nəzakət digər insanlarla münasibətinizdə istiqamətləndirici faktordursa, demək ki, doğru yoldasınız.

Bütün bunlar sizə çox görünə bilər, bilirəm. Fəqət bu “dərs vermə” məqamları gəldiyi zaman etməli olduğunuz şey əsas valideyn olmaqdır. Kimsə uşaqlarınıza uyğun olmayan bir şəkildə toxunduğunda onların nə etmələri gərəkdiyini və “yad insanlara qarşı diqqətli olmaq” kimi mövzularda danışırsınızsa, onsuz da, bəhs etdiyim söhbətləri etmiş olmalısınız. Bütün bunlardan sonra, bilməyərək uşaqlarınızı əxlaqsızlara qarşı müdafiəsiz qoymaq, ya da sonrakı Brok Törner (Brock Turner)’ı yetişdimək istəməzsiniz. Yoxsa istəyərsiniz? Bilirəm, istəməzsiniz.

Yazar: Dawn Yanek

Mənbə: The Huffington Post

Redaktə etdi: Pəri Abbaslı

 

 

 

 

STAY CONNECTED

18,754FansLike
1,987FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.