Təkər:Nəqliyyat sistemini və mexanizmləri dəyişdirən ixtira

Post date:

Author:

Category:

Təkər

Nəqliyyat sistemini və mexanizmləri dəyişdirən ixtira

 

Müəllif: Çarli Törner (ing. Charlie Turner) – “Top Gear” adlı avtomobil jurnalının baş redaktorudur.

Sərt diskdən maşınlara qədər hərəkətli olan hər mexanizmdə təkər vardır.
Nəsnələri daşımaq üçün kötüklər minlərlə ildir istifadə edilsə də, ilk təkərin nə vaxt ixtira edildiyi və nə üçün istifadə olunduğu tam olaraq bilinmir. Digər tərəfdən, e.ə. 3500-cü illərə aid bir dulusçu təkəri tapıldığı üçün o zamanlarda da təkərin var olduğunu bilirik.
2002-ci ildə Sloveniyada Lyubliyana yaxınlığında bir bataqlıqdan məlum olan ən qədim təkər və ox tapıldı. Palçıqlı su normalda yaxşı mühafizə edilə bilməyən taxtanı bakteriya və göbələklərdən qorumuşdu. Radiokarbon yaş təyininə görə, təkərin yaşı 5100 – 5350 il arasında dəyişirdi.
Gil kitabələrdən öyrəndiyimizə görə, təkərlərin daşımada istifadə olunması həmin an olmayıb, çünki torpağı öküzlər sürərkən, insanları da dəvələrdən atlara qədər çeşidli heyvanlar asanlıqla daşıyırdı.
Bütün bunlara əlavə olaraq daşımalar təkərlərin rahat irəliləyə biləcəyi yollar olmadan sürətli və faydalı şəkildə baş vermirdi, ancaq buna uyğun yolların hazırlanması da tələblərə bağlı idi. Nəticədə, daha uyğun yollar inşa edildi, lakin bir neçə əsr sonra da təkər daşıma dizaynının təkamül edə bilməməsi başqa bir paradoksa yol açdı. Nəhayət, modern yol planlaşdırmaları bu problemi də həll etdi.
Fransız Mari Jerom (fr. Marie Jérôme Tresaguet) 1700-cü illərin ortalarında elmi nəqliyatın təşkilinə yönləndirdi. Dizaynları yolun hər iki yanında qövslü kənarları və su yollarını ehtiva edirdi. Ancaq əsl mühüm kəşfi böyük daşlardan ibarət zəminin üzərini incə təbəqə ilə – kiçik daşlarla örtmək fikri idi. Bu ağıllı fikir sayəsində nəqliyyat hərəkət edəndə daşlar bir-birinə kilidlənərək güclü səth yaradırdı.
Şotland Con Lodon (John Loudon McAdam) bu dizaynı təkmilləşdirərək 1820-ci illərdə güclü və möhkəm bir səth yaratmaq üçün sıxışdırılmış qırıq daş kütləsini sementlə qarışdırdı. 1901-ci ildə Edqar Purnel (ing. Edgar Purnell Hooley) ixtirası “Tarmac”-ın lisenziyasını aldı: çınqıl və qatı qatran qarışığı. Yol hazırlama təchizatları inkişaf etdikcə təkər dizaynı daha da irəlilədi və daşımalar gedərək daha da sürətləndi.
Redaktor qeydi: Edqar Purnelin ixtirası olan “tar-mac” müasir asfalt üzlüyünün ilk nümunələrindən idi və maşınların hərəkəti üçün şərait yaratmışdı.

Tərcüməçi: Fəridbəy Həsənli

Redaktor: Ziya Mehdiyev

STAY CONNECTED

18,751FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.