Təngnəfəslik nədir və hansı hallarda baş verə bilər?

0
24

Təngnəfəslik

 

Ağciyər tənəffüsünün pozulmasını (hipoventilyasiya, hipodiffuziya, hipoperfuziya), hipoksigenasiyanı, xüsusən də hiperkapniyanı kompensasiya etmək üçün cavab reaksiyasıdır, tənəffüs sayının artması ilə xarakterizə olunur. Hipoventilyasiyaya səbəb olan bronxial, pulmonar və plevral patologiyalar (obstruktiv və restriktiv ağciyər xəstəlikləri, bronxial törəmələr, bəlğəm, massiv atelektaz və pnevmoniya, respirator distress, əzilmə, plevral maye,
pnevmotoraks, hemotoraks, döş divarı zədələnmələri və s.) təngnəfəslik törədirlər. Diffuziya və perfuziyanı pozan şok, ürək yetməzliyi, pulmonar embolizm, respirator distress, ağciyər ödemi və əzilməsi kimi patologiyalarda da təngnəfəslik ön plana çıxa bilir.

 

Ağciyərin cərrahi xəstəlikləri. N.Y.Bayramov, S.Əliyev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here