Tamamlama refleksi- Zeyqarnik effekti

Post date:

Author:

Category:

1920-ci illərin ortalarında bir qrup psixoloq Berlin universitetinin restoranına gedir. Burada çox sayda insanın sifarişi ilə tək bir ofisiant maraqlanır. Qəribədir ki, ofisiant heç bir qeyd aparmadığı halda sifarişləri çatdırarkən çaşqınlıq yaşamır. Tələbələrdən biri- Bluma Zeyqarnik (1901-1988 )- bu vəziyyətə xüsusi diqqət yetirir. Qrup restorandan çıxarkən Zeyqarnik adlı həmin tələbə dostlarından ayrılır və restorana geri dönür. Ofisiantla danışdıqda o nəinki gənci, ümumiyyətlə az əvvəl çıxan qrupu belə xatırlamadığını bildirir. Bu məsələ barədə Zeyqarnik öz müəllimi Kurt Levin ( 1890- 1947) ilə birgə araşdırmalara başlayır. 1927-ci ildə təcrübələrini yekunlaşdırırlar.

“Zeyqarnik effekti” adı verilən bu hadisəyə görə tamamlanmamış işlər beyni məşğul edir və iş bitdikdə isə zehin artıq bununla məşğul olmağı dayandırır.

Daha yaxşı başa düşəbilmək üçün, Zeyqarnikin apardığı təcrübəyə nəzər yetirək.

Təcrübə

Zeyqarnik təcrübə iştirakçılarına fərqli rənglərdə muncuqlar verib, onları deyilən qayda ilə düzmələrini istəyir. Bu prosses bir neçə dəfə təkrar edilir. Zeyqarnik bəzən təcrübə iştirakçılarının işini dayandırır. Təqribən hər 15 təcrübədə 3 dəfə iş yarımçıq dayandırılır. Müəyyən bir müddət sonra, onlara hansı düzülüşlərin yaddaşlarında qaldığını soruşduqda məhz “yarımçıq saxladıqları muncuq düzümlərini xatırladıqlarını” qeyd edirlər. Zeyqarnikin təcrübələrindən təqribən 60 il sonra, Kenneth McGraw bu istiqamətdə başqa bir təcrübə aparır.

Mükafat qarşılığında iştirakçılardan mürəkkəb bir puzzle tamamlanması istənilir. Lakin onlar bitirə bilmədən, vaxtı dayandırır. Bununla belə hərkəsə iştirak etdikləri üçün təşəkkür edilir, əvvəlcədən təyin olunan məbləğ ödənilir.  Təcrübəni hazırlayanlar məkandan ayrılır. Lakin əsl təcrübə məhz bu andan sonra başlayır.

Təcrübə iştirakçılarının əksəriyyəti artıq tələb olunmadığı halda orada qalır və işi görməyə davam edirlər.

Məsuliyyət hissi ilə Zeyqarnik effekti arasında asanlıqla bir rabitə qura bilərik. Məsuliyyət hissi iradi düşüncədən çox, emosional hislər və cəmiyyətlə bağlıdır. Cəmiyyətin təsirini qısaca belə ifadə etmək olar: Hər bir fərdin içində yaşadığı toplum bu şəxsin şüur və şüuraltına müəyyən tələb və hədəflər qoyur. Həmin fərddə, artıq bu hədəflərin tamamlanmasına fokuslanan məcburi motivasiya yaranır.

Beynin emosional tərəfini formalaşdıran və insana məsuliyyətlərini xatırladan beyin mexanizmi ətraf mühit və daxili təsirlər vasitəsilə qıcıqlanır. Bu qıcıq vasitəsilə gələn siqnallar mərkəzönü qırışıqda yerləşən mərkəzə, yəni artıq beynin düşünən nahiyəsinə çatır.  Düşünən beyin məsuliyyət mərkəzindən aldığı əmr ilə tamamlanmamış işə köklənir və onu bitirmək üçün səfərbərlik yaradır.

Zeyqarnik effekti insanın zehni sağlamlığına da təsir göstərə bilər.  Tamamlanmamış işlər, xüsusən də yarımçıq qaldığı üçün mənfi nəticələrə səbəb olanlar, tez-tez narahat edici düşüncələr stress yaradır. Bu düşüncələr ilkin mərhələdə yuxunun pozulmasına davamlı olduqda isə daha da ciddi problemlərə yol aça bilir.

Lakin eyni şəkildə, Zeyqarnik effekti insanın işlərinə diqqətli yanaşmasına, daha keyfiyyətli çalışmasına və uzunmüddətli problemlərin cəld həlli üçün motivasiyanın yaranmasına səbəb olur. Müvəfəqiyyət özünə inam və hörmət hissini artırır. Bu da öz növbəsində gələcək uğurlara təkan verəcək motivasiyanı formalaşdıracaqdır. Keçmişə dair  planlayıb gerçəkləşdirə bilmədiklərimiz və bunlarla bağlı olan uğursuzluqların bizə geridönüşü məhz Zeyqarnik effekti və “kaş ki” düşüncəsidir.

Çalışın həyatda boşluqlara, “kaşki” lərə yer verməyəsiniz. Çünki hər biri zehnin dərinliklərinə yerləşib sizi narahat etməyə davam edəcək…

Mənbə :

https://dunyalilar.org/bir-seyleri-tamamlama-durtusu-zeigarnik-etkisi.html/

https://www.goodtherapy.org/blog/psychpedia/zeigarnik-effect

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....