Tardiqradlar – “Mikroskopik Terminatorlar”

Post date:

Author:

Category:

Onları qaynadın, dondurun, əzin, qurudun və hətta kosmosa qorumasız göndərin. Bunların heç biri arxanızca düşmüş tardiqraddan sizin yaxanızı qurtara bilməz.


Normada insan kosmosa qorumasız çıxsa kapilyarları, təbil pərdəsi dağılar və qanı qaynamağa başlayar. Bunlardan qurtulsa belə yüksək dozada şüalanmanın təsirindən məhv olar. 2007-ci ildə minlərlə tartiqrad süni peykə qorumasız yerləşdirilir. Geri qayıtdıqda isə onların böyük qisminin yaşadığı, hətta bəzi dişilərin kosmosda yumurta qoyduqları aşkara çıxarılmışdır.
Kosmosda bu qədər uzun müddət qaldıqdan sonra böyük bir hissəsinin həyatda qalması digər dünyalarda həyat olduğu barədə dəlil axtaran beyinlərə tardiqradların bu yolla Yerə başqa planetdən gəlməsi fikrini salmış olsa da əlbəttə ki bu öz təstiqini tapmayıb. Həm də onların bu bacarıqlarını açıqlamaq üçün daha məntiqə uyğun yollar mövcuddur.
Tardiqradlara görünüşünə görə ” su ayıları” da deyilir. Altı ayaqcığı ilə suda yavaş hərəkət edir. Əsasən yosun və mamır şirəsi ilə qidalanan bu heyvanların təsvirlərini gördükdən sonra onları evdə saxlamaq kimi bir fikir ağla gələ bilər ki, bu da elə də çətin deyil, hətta bəlkə də çoxdan sahibsiz. Belə ki, su ayıları demək olar ki ağla gələ biləcək hər yerdə yaşaya bilirlər amma əvvəlcədən onların xüsusiyyətləri haqqında məlumat aldıqdan sonra bir tardiqradın yanında özünü çox lazımsız hiss etmək mümkündür.
Bu canlılar ilk dəfə Alman pastor Johann August Ephraim Goeze tərəfindən kəşf olunub amma onların “super gücləri” isə İtalyan din adamı və alimi Lazzaro Spallanzani tərəfindən öyrənilib. O, çox ləng hərəkət etdiyinə görə bu canlıya “ləng addımlayan” mənasını verən tardiqrad (tardigrad) adını verib.
Tardiqradlar bu “super gücləri” bir günə əldə etməyiblər. Təkminləşmək üçün 500 mln il qədər vaxtları olub. Belə ki, bu canlılar Kembric dövründən bəri mövcuddurlar.
Tardiqradlar Himalayın ən hündür zirvələrindən okeanın ən dərin nöqtələrinə, Yaponiyanın təbii yeraltı isti su mənbələrindən Antarktikanın ən soyuq yerinə qədər demək olar ki, hər yerdə yaşaya bilir.

Mənbə: Science Photo Library/Alamy
Antoni Van Levenhuk 1702-ci ildə London Kral Cəmiyyətinə məktubunda evin novundan götürlülmüş tozda su ilə təmasda olan zaman 8 il sonra “həyata qayıdan” “animakulalar” aşkar etdiyini yazır. Quruma zamanı su ayıları altı ayağının hamısını​ yığır, daxilində çoxlu antioksidantların toplanması görünür və metabolizmi normalın 0,01%-nə qədər enir. O, qıvrılmış qovuğa çevrilir. Qurumadan onun membranını xüsusi proteinlər qoruyur ki, onların da tərkibi tam öyrənilməyib. Kriptobioz vəziyyətində o onillərlə sağ qalaraq tək bir şey gözləyir: su. Bir damla belə su olsa bu onu “həyata qaytarmaq” üçün kifayətdir.


Su ayıları kriptobioz vəziyyətdə 125°C temperaturda bir neçə dəqiqə yaşaya bilir və hətta 1920-ci illərdə Gilbert Franz Rahm 150°C temperaturda 15 dəqiqə qalmış tartiqradların sağ qalmasını müəyyən edib. Yüksək temperatura dözümlü olan canlılarda şok proteinləri adlanan zülallar olur ki, bu da onların DNT-nin normal quruluşunun saxlanılması və reparasiyası üçündür. Qəribə burasındadır ki, hələ də su ayılarında belə proteinlər tapılmayıb.
Son illərdə ilk dəfə tardiqradların gen xəritəsi açıldı və onların təkcə 1/6 – i digər canlılarda da mövcud olduğu müəyyənləşdirildi. Su ayılarının ən düzgün gen xəritəsini isə Tokyo Universitetindən əməkdaşları ilə birlikdə Takekazu Kunieda açmışdır. O, tardiqradların DNT – lərini mühafizə edən və reparasiya edən geni tapmışdır və bu araşdırma Nature Communications’da dərc edilib. Müəyyən edilib ki, bu geni kulturası alınmış insan hüceyrəsinə yerləşdirdikdə bu hüceyrədə də həmin zülalın sintezi davam edir. Bu, gen mühədisliyində yeni bir pilləyə qalxmağa təkan verə bilər. Bu pillənin nə dərəcədə etik olması isə müzakirəyə açıqdır. Əlbəttə ki, gələcəkdə ola biləcək təhlükələrdən qorunmaq üçün bir çoxları buna müsbət baxa bilər. Amma bu bir çox müsbət keyfiyyətləri ilə birgə bir çox ağırlaşma riskini və insanlıqdan uzaqlaşma fikrini də özü ilə gətirir.
Tartiqradlar üzərində aparılan təcrübə zamanı -200°C -də 21 ay, -253°C- də 26saat, -272°C-də isə 8 saat sonra da sağ qalmışlar. Terminal hədd isə -272,8°C- dir. Nəzərə almaq lazımdır ki, bu mütləq sıfır temperatura çox yaxındır ( bu zaman molekulların belə hərəkəti dayanır). Yeni araşdırmalar zamanı buz kütləsinin içində 30 ildən çox müddətdə su ayılarnın yaşaya bilməsi qeydə alınıb ki, bu da yeni bir rekorddur.


Bəlkə də tardiqradların bu qədər çoxsaylı təsirlərə dözə biləcəyi istiqamətdə təkamül etməsini açıqlamaq o qədər də çətin deyil. Bu təsirlərin hamısı başlıca DNT-ni zədələyir. Belə ki, tardiqradlar ani quraqlığa və radiasiyaya eyni formada reaksiya verir: antioksidantların miqdarının artması və DNT reparasiyası ilə. Yəni onların kosmosda radiasiyadan sağ çıxması onların radiasiyaya dözmək istiqamətində təkamülü ilə deyil, quraqlığa dözümlülüyünün əlavə effekti kimi yaranmış ola bilər.
Onlar haqqında yeni şeylər öyrəndikcə bu sual meydana çıxır: niyə digər torpaq üzərində yaşayan canlılarda bu mexanizm inkişaf etməyib? Niyə onlar bu qədər dözümlüdürlər? Birinci suala belə cavab tapmaq olar. Ekstremofil (insan üçün ekstremal olan şəraitdə yaşaya bilən) canlılar üzrə ixtisaslaşmış araşdırmaçı Thomas Boothby’nin fikrinə görə bütün canlıların buna ehtiyacı yoxdur. “Bəzi heyvanlar elə şəraitdə yaşayırlar ki, onların tam quraqlıqla üzləşməsi nadir olur. Digərləri isə bundan başqa formada qorunur, məsələn dəvələr”.
Burda tardiqradların riski sevmələrinin də böyük rolu var. Bəli, onlar riski sevirlər. Belə ki, tardiqradlar üçün kriptobioz mərhələsi (“çəllək” mərhələsi) olduqca böyük risk almaqdır.
Boothby”nin dediklərinə görə çəllək mərhələsinə keçməklə onlar ətraf mühətdəki digər amillərə cavab vermək qabiliyyətlərini itirməli olurlar, yəni çəllək mərhələsindəki su ayısı qurumaqdan ölməyə bilər amma başqa heyvan tərəfindən yeyilərək ölə bilər.
Onların niyə bu qədər dözümlü olduğuna gəldikdə isə bəlkə​ də digər canlılar zəif olması fikrini düşünmək lazımdır.

İstifadə olunmuş mənbələr:

http://www.bbc.com/earth/story/20150313-the-toughest-animals-on-earth

https://www.google.az/amp/gizmodo.com/genes-hold-the-key-to-the-water-bears-indestructibility-1786814698/amp

https://www.sciencealert.com/the-tardigrade-genome-has-been-sequenced-and-it-has-the-most-foreign-dna-of-any-animal

STAY CONNECTED

18,759FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.