Tarixi “yaxşılıq” – Çəkilmiş ilk foto

Post date:

Author:

Category:

Edisonun Teslaya etdiyi möhtəşəm “yaxşılıq”lardan sonra öyrəndiyim digər bir tarixi “yaxşılıq” da elə məhz Luiz Daqer (Louis Daguerre)‘in Nikafor Nips (Nicéphore Niépce)ə etdiyi idi.

Bu şəkil (ikisi də eyni şəkildir) dünyada bilinən ilk şəkildir: “Le Gras’ın pəncərəsindən görünüş” adı verilmişdir. Foto 1826-cı ildə çəkilmiş və Niepce’in “heliography” adlandığı fokuslanma tam 8 saat ərzində başa çatmışdır. Şəklin bulanıqlığı baxımından bu proses böyük önəm daşıyırdı və 8 saat gözləmək məcburən tələb edilirdi.

Daha sonra Nips işlərini tək davam etdirə biləcəyini düşünsə də, Daqer’dən bir təklif məktubu alır və onunla işləməyə başlayır. Həmin bu ikilinin müqaviləsi belə şərtlənirdi ki, “Bir digər partnerin öldüyü halda onun varisi şirkəti bundan sonrakı 10 il ərzində idarə edəcək”. Nips 1833-cü ildə deyilənə görə pulsuz-parasız öldü və oğlu İsedor şirkətdə onun davamçısı kimi fəaliyyətə başladı.

Amma İsedor atası kimi professional deyildi. Atasının işlərini davam etdirə bilməməklə qalmayıb şirkətdə heç bir inkişafa səbəb ola bilmədi.

Bundan sonra Daqerə ən az Edison gözüylə baxa biləcəyimiz dövr başlayır: Daqer İsedorun bu bacarıqsızlıqlarından məharətlə istifadə etdi. Onun davamlı səhvlər ardına səhvlər etməsinə səbəb oldu və altdan-altdan da öz işinə davam etdi. Beləliklə, “daguerreotype” (“daqernövü“) anlayışı yarandı. 1839-cu ildə isə o, öz ixtirasını ictimaiyyət qarşısında elan etdi. Və heç utanmadı da, əziz oxucular. Heç utanmadı.

nqxyX

Daqer qərara aldı ki, öz ixtirasını Fransız Elmlər Akademiyasının katibi Fransua Dominik Araqo (François Dominique Arago)ya təqdim etsin. Bu hiyləgər hərəkətdən sonra Araqo ixtiraya heyran qaldı və “bütün dünyaya armağan edilən hədiyyə” adı ilə Fransız hökümətinə təqdim edilməsinə kömək etdi: ixtira hökümət tərəfindən alındı. Alınmağa bir qədər “təhrik edildi”.

Daha sonradan Daguerreotypomania adlandırılan ixtira nəinki Avropada, hətta Amerikada da geniş yayıldı. Və indi də Daqer bütün dünyada ilk şəklin müəllifi kimi məşhurdur.

Bu arada, əlbəttə ki, Nikafor Nips hələ də böyük bir kütlə üçün unudulmuşdu, hətta heç var olmamışdı.

Bu “yaxşılıq”ların sonrasında Nips’in oğlu İsedor, hərhalda, vicdanının sızıltısını basdırmaq üçün 1841-ci ildə “Əsl ixtiraçısı – Joseph-Nicéphore Niépce’in notunun ardından Daguerreotype adı ilə elan edilən ixtiranın tarixçəsi” adlı kitabça nəşr etdirdi. Bununla da İsedor Daqerə qarşı olan bütün nifrətini tökdü, atasının epizodik rola atılması, ixtiranın müəllifinin saxtalaşdırılması ilə bağlı ardıcıl dəyişikliklərə qarşı düşüncələrinə haqq qazandırdı. Bu, Nipsin fotoqrafiyanın əsasını qoymuş ixtiraçı kimi tanınması və fotoqrafiya sahəsinə verdiyi töhfələrin dəyərləndirilməsi baxımından başladılmış uzun və çətin bir prosses idi.

Son olaraq, sən də mi, Daguerre?!

Mənbələr:

photo-museum.org

wikipedia.org

grafikerler.net

Tərcümə etdi: Pəri Abbaslı

 

STAY CONNECTED

20,400FansLike
2,280FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...