Texnologiya və incəsənətin vəhdəti: Rəqəmsal incəsənət və 7 uğurlu örnəyi

Post date:

Author:

Category:

İnsanın təbiəti əks etdirmə arzusu incəsənətin yaranmasına öncüllük etdi. İlk əsərləri mağara divarlarına çəkilən heyvanlar, nəsnələr və hadisələr olsa da, insanların digər insanlarla birlikdə özlərini ifadə etmə biçimləri də dəyişdi. Bir duyğunu, dizaynı, gözəlliyi ifadə edərkən istifadə edilən üsulların bütünü olaraq təsvir edilən incəsənət günümüzə qədər minlərlə illik bir inkişaf göstərdi və rəqəmsal incəsənəti ortaya çıxardı.

Çağdaş bilgini, baxış bucağını texnologiyaya aid anlayış və qaydalarla ifadə edən rəqəmsal incəsənət sahələrinin virtual nəsnələri estetik dəyərlərlə qurmasından, yəni “incəsənətin rəqəmsallaşması”ndan bəhs edildiyi zaman bir çox yerdən önmühakiməçi səslər yüksəlir və bizi ənənəvilikdən uzaqlaşdırır. Texnologiya və incəsənətin sintez etdiyi bu əsərlər müasir mədəniyyətə işıq tutarkən, gələcəyə də öz töhfəsini verir. Bizə düşən isə bu dəyişikliyə uyğunlaşmaqdır.

Ağlınızda rəqəmsal incəsənətlə bağlı bəzi suallar yarandısa, sizin üçün hazırladığımız rəqəmsal incəsənətin 7 örnəyi ilə tanış ola bilərsiniz.

 

1) Kris Milk (Chris Milk)

Amerikalı sahibkar, rejissor, fotoqraf və çox yönlü sənətçi Kris Milkin səs dizaynında Mira Kalikslə (Mira Calix) iş birliyinə getdiyi montajı “The Treachery of Sanctuary” abidə formasındakı vizuallar, iştirakçıların mərkəzdə olduğu kölgə oyunlarının müşaiyəti ilə səs və görüntünün bütünlüyünü ortaya çıxarır.

 

2) Umbrellium – Assemblance

Londonlu incəsənət kollektivi “Umbrellium – Assemblance” adlı layihə ilə üçölçülü lazer işıqları vasitəsilə öz xəyal güclərinə uyğun şəkildə vizual forma yarada bilirlər.

 

3) Byurk – “Sound and Vision”

İslandiyalı musiqiçi və çox yönlü sənətçi Byork Qvyudmundsdouttirin (Björk Guðmundsdóttir) studiya albomu “Biophilia” üçün “Scott Snibbe Studio” tərəfindən təkmilləşdirilən mobil proqram “Sound and Vision” otağında təcrübə edilir. Həm səs, həm də vizual baxımdan təcrübəni bir yerdə yaşadan bu mobil proqram musiqinin fərqli formalarla birləşdiyi zamandakı gücünü kəşf etmək istəyənlər üçün xeyli qənaətbəxşdir.

 

4) Mayk Tayka (Mike Tyka) – “Deep Dream”

Google-dakı elm adamları tərəfindən süni sinir şəbəkələrinin vizuallaşdırılmasına əsaslanan rəsmləri, rəsmlərdəki detalları təsbit edərək və təsvirini verməyə çalışaraq hasil edən bir süni intellekt proqramıdır.
Özünə daxil edilən görüntüləri alqoritmindəki süni intellekt ilə şərh edib yeni bir görüntü ortaya çıxarır.

 

5) H.G. Hovagimyan & Peter Sinclair – “Shoot”

Bu iki sənətçinin (Hovagimyan, Pitr Sinkleyr) yaratdığı üçölçülü səs montajı rəqəmsal incəsənətin yaradıcı nümunələrindən biridir. Son dönəmdə artan video oyunlarının insan üzərində yaratdığı qazanmaq təzyiqi və itirmək qorxusuna fokuslanan bu montaj əsərin içinə şəxsə bənzər hissləri yaşadır. Qırmızı işığı davamlı olaraq üzərində hiss edən qonağın müharibə mövzulu video-oyunlar qarşısında yaranan reaksiyası, o basqı ilə dəyişən davranışları da eynilə bir sənət əsəri kimi izlənə bilir. Müharibə əleyhinə bir əsər olan “Shoot” modern insana və həyatına da dərin bir tənqidi baxış gətirir.

 

6) Teodor Spayroblos (Theodore Spyropoulos) – “Emotive City”

 

7) Refik Anadol – “Infinity Room”

Memarlığın sərhədlərindən xilas olmuş sonsuzluq otağı…

 

Mənbə:

Teknoloji ve Sanatın Etkileşimi: Dijital Sanat ve 7 Başarılı Örneği

 

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

19,741FansLike
2,189FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....