Tisian Veçellionun Urbinolu Venera əsəri

Post date:

Author:

Category:

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan “Urbinolu Venera”, klassik ilahədən ziyadə izləyicilərə kişiləri başdan çıxaran qadın görüntüsü sərgiləyir.

Tisian Veçellinonun Urbinolu Venera əsəri

Tisian, bu əsəri onunla eyni dövürdə yaşayan və yaxın dostu olan digər bir məhşur rəssam Corconenin “Yatmış Venera” əsərindən ilhamlanaraq ərsəyə gətirib.

Corconenin “Yatmış Venera” əsəri

Əsərdə görülən çılpaq qadının Romanın gözəllik ilahəsi Venera olduğu güman edilir. Halbuki, əsərdəki qadının Venera olduğunu göstərən heç bir işarə yoxdur. Lakin qadının yataqda klassik pozada uzanması və çılpaqlığı onun ilahə olduğuna dəlalət edir. Renesans dövrünə aid göstərişli saray abu-havasında rəsm edilən gənc qadın güllərlə bəzədilmiş yatağın üzərində ağ rəngli mələfələr və yastıqların arasında təsvir edilib. Qızılı rəngli saçları çiyinlərinə tökülən Venera, qulağındakı sırğalar, qolundakı qolbaqlar, barmağındakı üzükdən ibarət zinət əşyaları ilə zərif və gözəl görüntü sərgiləyir. Sağ əlindəki güllər ilə yataq harmoniya içindədir. Digər əliylə isə cinsi orqanını örtür. Tisian Corconenin rəsmindəki ilahilik və məsumluq yerinə öz rəsmində ilahəni şəhvətli şəkildə təsvir edib. Venera çılpaqlığına baxmayaraq izləyiciyə cəsur, səmimi və hətta dəvətkar şəkildə baxır.


Ehtimallara görə, əsəri sifariş edən Urbino Knyazı, rəsmi həmin il baş tutan evliliyini qeyd etmək üçün istifadə etməyi planlaşdırıb. Böyük ehtimal əsər, toydan əvvəl hədiyyə olaraq verilən sandıqlardan birinin qapağının bəzəyində istifadə ediləcəkdi. Ancaq sonradan tabloya çevrildi. Əsərdə arxa planda iki xidmətçinin cehiz sandığına bənzər bir sandıqda çılpaq Veneranın paltarlarını axtardıqlarını görürük. Eyni zamanda, rəsmdəki bir neçə detal Urbino Knyazının gənc həyat yoldaşına üstü örtülü şəkildə bəzi fikirlər çatdırmaq məqsədi olduğunu göstərir. Misal olaraq yatağın bir küncündə yatan it sədaqətin simvoludur. Digər tərəfdən isə Veneranın ehtiraslı baxışları Knyazın gənc həyat yoldaşından istəklərini əks etdirir.

  1. Rəssam: Tisian Veçellio
  2. Sərgiləndiyi muzey: “Galleria degli uffuzi” – Florensiya
  3. Cərəyan: Renesans
  4. Məktəb: Venesiya

Mənbə:

URBINO VENÜSÜ “VENUS OF URBINO” – TIZIANO

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.