Topaza aparan “ayaqlar”.Qumar psixologiyası

Post date:

Author:

Category:

Bu yazıda nə “Topaz” mərc oyunlarını tənqid edəcəm , nə də bukmeykerləri. Başlıqdan da məlum olduğu kimi insanı qumar oynamağa təşviq edən psixologiyanı araşdıracam. Sadəcə Topazı qeyd etməklə məsələyə diqqət çəkməyə çalışdım.

Psixologiyada buna patoloji qumar adı verilib.

Əvvəla kimlərin patoloji qumardan əziyyət çəkdiyini müəyyən edək:

(Bu siyahı Amerikan Psixatrlar Birliyi tərəfindən DSM IV təsnifatında qeyd edilib)

  1. Aşağıdakı simptomlardan ən az beşi olan şəxs ;qumar alüdəçisidir:
  2. Qumar oyununa həddən artıq baş yormaq (keçmişdəki qumar təcrübələrini yenidən yaşamaq, bir sonrakı oyunu idarə etmək və ya  əngəl olmaq)
  3. İstədiyi həyacanı əldə etmək üçün yüksək miqdarda pul ilə qumar oynamağa ehtiyacı olmaq.
  4. Uğursuzluqla nəticələnən oyunlarda; qumar oynamağı azaltmaq ,  idarə etmək və ya pas vermək cəhdləri
  5. Qumar oynamağı azaltmaq və ya  buraxma cəhdlərindən sonra narahat və ya həssas olmaq
  6. Problemlərdən və ya kefsiz vəziyyətlərdən qaçmaq  , çarəsizlik, günahkarlıq, fikir çəkməkdən  və ya depressiyandan uzaq olmaq üçün qumar oynamaq
  7. Uduzduğu miqdarı bərpa etmək üçün başqa bir gün yenidən oynamaq (itirdiklərinin axtarışında olmaq).
  8. Oynadığı qumar miqdarı haqqında ailə üzvlərinə, həkiminə və ya  başqalarına yalan demək.
  9. Qumar  üçün pul əldə etməyə görə saxtakarlıq , oğurluq, şantaj kimi qanunsuz hərəkətlər etmək.
  10. Qumar oynamaq ucbatından münasibətlərini (dost , sevgi və s) , işini, təhsil və ya gələcək həyatı ilə bağlı şansları itirmək və ya risk altında qoymaq.
  11. Qumar borclarından yaranan  maddi problemlərdən qurtulmaq üçün başqalarına güvənmək.

İndi gələk əsas məsələyə:

İNSAN NİYƏ QUMAR OYNAYAR?

Məsələni daha rahat izah etmək üçün səbəbləri 3 növə ayıraq:

  1. Maddi tələbat
  2. Mənəvi tələbat
  3. Nümayiş                           

 

Maddi tələbat hər kəsə məlumdur; daha lüks həyat yaşamaq istəyi , əldə etmək istədiyi , ancaq maddi imkanlara görə əldə edə bilmədiyi bir əşyanı qumar qazancı ilə əldə etmək istəyi , heç bir maddi ehtiyacı olmasa da ,  əldə edəcəyi pul üzərinə xəyallar quranlar və digər maddi tələbatlar

Mənəvi tələbat isə daha çox əylənmək hissinə görədir. Yəni qumara alüdə olan şəxs həyatdan ala bilmədiyi həzzi bu yolla əldə etməyə çalışır , belə desək həyatına həyəcan qatır. Topaz kafelərində saatlarla oturub futbol izləyən dostlarımız buna ən bəsit nümunədir. Zənnimcə , qumara bağlılığı yaradan ən önəmli faktorlardan biri “son dəqiqədə” qazanmanın verdiyi hisdir . BBC 5500 qumar həvəskarı üzərində apardığı araşdırmada insanların oynama istəyi arasında 2-ci ən öməli faktorun əylənmək olduğu bildirdi. Yəni əsl qumar həvəskarı udmaqdan aldığı həzz qədər , uduzmaqdan da həzz alır.

Venetian Macau. Macaudakı bir kazino

NÜMAYİŞ!

Bəli , qumar uzun zamandan bəri varlıların öz gəlirlərini nümayiş etdirmə sənətidir. Onların bu yola əl atmasının isə çox bəsit səbəbi var . Nə qədər çox itirəbiləcəyini , amma bu itkinin onlara heç bir təsiri olmayacağını göstərməyə çalışırlar. Həmin bu zəngin sinif öz gəlirlərini qumar oyununda qoymaqla qalmayıb , özlərinə qumar mərkəzləri yaradırlar . Bunlardan biri hər kəsin tanıdığı Las Vegasdır , digər ən böyüyü isə Asiyada Çinə bağlı olan Macaudır. Macaudakı Venetian kazinosu dünyanın ən böyük 2-ci kazinosudur. Kazinonun tikintisinə ingilis biznesmen Sheldon Adelson 2.4 milyard pul xərçləyib. Təbii ki , Adelson bir milyarder olduğu üçün bu məbləğ ona ciddi təsir etməyib , amma bu pulla görəsən neçə ac asiyalıya faydalı olmaq olardı? Üstəlik qumar ticarətindən əldə olunan gəlirin böyük bir hissəsi narkotik maddələrinin dövriyyəsinə və terror təşkilatlarının maliyyələşməsinə sərf olunduğu da məlumdur.

Qumar oynayanlar əsasən kimlərdir?

Qumarın şəxsi həyatına vurduğu zərərin nə qədər böyük olduğunun fərqinə varan bu insanlar qumar oynamaqdan əl çəkmirlər . Onlara öz yaxınları üz çevirir və çox böyük mənəvi boşluğa düşürlər. Bu da onların qumara daha çox bağlanmasına səbəb olur. Təbii ki , müalicə almasalar və ya bu vərdişi buraxmasalar , bir çox hallarda sonda intihar edirlər. İntihar edənlər arasında qumar alüdəçilərinin sayı olduqca yüksəkdir.

  1. Dünya əhalisinin 3 %-i  qumar alüdəçisidir. 
  2. Qumar alüdəçilərinə hər gəlir qrupunda rast gəlmək olur
  3. Qumar aludəçilirinin bir hissəsi alkoqola və narkotik maddələrə də alüdədir.
  4. Qumar aludəçilərinin 25 %-nin valideynlərindən biri də qumar aludəçisidir. Ümumiyyətlə , bu ailələrin bir çoxu alkoqolizm , narkomaniya və maddi problemlərdən əziyyət çəkən ailələrdir. 
  5. Əsasən 40-50 yaşlı kişilərin üstünlük təşkil etdiyini görsək də , qadınlar və gənclər arasında son illərdə alüdəçilərin sayının artdığı görünür. 

Yuxarıda qeyd etdiyim kimi qadınlar və gənclər arasında qumar alüdəçiləri artır. Buna əsas səbəb isə virtual qumar oyunlarının ,  əyləncə mərkəzlərində qumar aparatlarının artmasıdır. Düzü , bildiyim qədərilə Azərbaycanda bu tip aparatlara ictimai yerlərdə rast gəlinmir , amma virtual qumar oyunları bütün dünya  üçün əlçatandır. Həmçinin bu oyunlar üçün 18 yaş limiti də yoxdur , sadəcə bank kartının məlumatlarını gir və oyna. Virtual  qumar oynayanların sayı real oyunçulardan 3 dəfə artıqdır. Həmçinin bu rəqəm daha da artır. 1999-cu ildə virtual qumar oynayan avstraliyalı 1%  sonra olduğu halda 2011-ci ildə bu rəqəm 8%-dən çoxolmuşdu. Ümumilikdə virtual qumar oyunlarının dəyəri 2013-cü il üzrə 6.1 milyard evro olaraq dəyərləndirilmişdi.

İnsan qumarı nədir?

Qumarın ən iyrənc tərəfi qumar alüdəçilərinin pul bitdikdən sonra “insan qumarına” keçmələridir. Öz həyatlarını qumar stoluna qoymaqdan başqa , münasibətdə olduğu qadınları oyunda istifadə edənlər də var .Bu da onların qadınlarını mülk olaraq görməsindən irəli gəlir. Bir platformada “qumarda ən çox nə qədər itirmisiniz ” sualına istifadəçilərdən biri pul yox, oyun zamanı sevgilisini itirdiyini və daha sonra pulla geriyə aldığını deyir. (aşağıdakı şəkildə qeyd edilib)

Qumar alüdəçiləri qumardan necə canını qurtarmalı?

İlk növbədə özünüz kimi olan və sizi təşviq edən dostlarınızdan uzaq olun. Türkiyədə Adanada polis buna oxşar bir şey etdi. Belə ki , tutduqları qumar alüdəçilərinə GPS izləmə cihazları taxıb sərbəst buraxdılar və onların görüşməsi qadağan olundu  və görüşdükləri halda həbs ediləcəkləri bildirildi. Qumar alüdəçiliyindən qurtulmaq üçün bir mütəxəssis psixoloqa müraciət etmək və ya dəstək resurslarından istifadə etmək lazımdır.

Mənbələr:

1.The Diagnostic and Statistical Manual of Mental Disorders

2. e- psikiyatri

3. BBC 

4. GEZİ BLOG

STAY CONNECTED

18,759FansLike
1,986FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.