Transsendent,Transsendental,Emanasiya nədir? // Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

Emanasiya [alm. = ing. Emanation; fr. Èmanation; lat. Emanatio; osm. tr. sudur; emanation] – aşağı olanın daha yuxarı olandan çıxması. Çox olanın bir olandan çıxması. Bir olan yetkin olandır və öz varlığı daxilində azalmadan və dəyişmədən qalır, ondan törəyən isə çıxış qaynağından olan uzaqlığın ölçüsünə görə get-gedə yetişkənliyini itirir. Emanasiya anlam baxımından da bir şeydən axmaq, aşağıdakının yuxarıdakından, hər şeyin – Bir olandan çıxması deməkdir.

Transsendental [alm. Transzendental; fr.=ing. Transcendental; lat. Trancendere – aşmaq, üstündən ötüb keçmək; osm. tr. müteal; ər. يرؼال ] əqli tənqid etmə metodu

Transsendent [alm. Tranzsendent; fr. Transcendant; ing. Transcendent; osm. tr. müteal; ər. يرؼام lat. transcendere – üstündən adlayıb keçmək, pozmaq]- 1. Bir sistemin xaricinə yüksələn, var olan bir həddi keçən. 2.Üstün olan, bəşəri olanlardan yüksəkdə dayanan [Tanrı kimi]. 3. Kanta görə ola biləcək hər növ eksperimentin kənarına çıxan, şüurun xaricinə adlayan. 4. Təbiətdən kənarda olan və onun sərhədlərini aşan, fövqəlbəşəri olanlara deyilir. İmmanent termininin əksinə olaraq şüurun və idrakın hüdudlarından kənarda olanı ifadə edən termindir.

Fəlsəfə terminlərinin izahlı lüğəti, 2014

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.

İ.Kant və onun əxlaq fəlsəfəsi.

Kant fəlsəfəsinə ümumi baxış İ.Kantın (1724-1804) fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr - «tənqidə qədərki dövr»...

Diffuz toksik ur (Bazedov) xəstəliyi nədir?

Diffuz toksik ur xəstəliyini ilk dəfə 1786-ci ildə ingilis həkimi Pyeri təsvir etmişdir. Bundan sonra xəstəliyi italyan alimi Falyani, sonralar ingilis alimi...