tsiklik Adenozin monofosfat (cAMP) – Ensiklopedik Bilgi

Post date:

Author:

Category:

Array

 

 

Tsiklik Adenozin monofosfat və ya 3′-5′-tsiklik Adenozin monofosfat (ing. adenosine monophosphate – cAMP, AdenozinMonoFosfatATF-dən əldə edilir və orqanizmdə ikincili siqnal (secondary mesenger) daşıyıcısı rolunu oynayır. Hüceyrə zarından keçə bilməyən adrenalin, qlükaqon və hormonların “təsirini” və ya “mesajını” hüceyrə içinə ötürür, kinazaları aktivləşdirir, Ca(+2) ionlarının kanallardan keçməsini təmin edir.

Hüceyrə membranında olan adenilsiklaza fementinin katalitik təsiri ilə Adenozin trifosfat turşusununun parçalanması və fosfodiesteraza fermentinin təsirilə sintez olunur. Daha dəqiq desək, hormonların(ACTH, kalsitonin, Vazopressin, Paratiroid hormon və s. Adenilsiklaza fermentini stimulə edən hormonlar) hüceyrə divarındakı reseptora toxunması ilə Quanin trifosfatla (GTP) əlaqəli olan nukleotid regulatuvar zülallar aktivləşir. N protein isə, adenilsiklazanı aktivləşdirir. Nəticədə azərbaycanca desək, ATF AMF-ə çevirilir. AMF isə öz növbəsində protein kinazaları aktivləşdirir. Kinazalar fosfatlardan aldıqları Fosforu zülalların, xüsusilə də fermentlərin (enzimlərin) fosforlaşmasında istifadə edir. Yəni zülal zəncirinə (PO4)-ün birləşməsi baş verir. Bu da fermentlərin katalitik aktivlikliyində rol oynadığına görə, metabolizmə təsir edir.

 

Hüceyrə içi tsiklik AMF-i artıran hormonlar:

katexolaminlər (beta)

qlükagon

adrenokortikotropik hormon

vazopressin

lüteinləşdirici hormon (LH)

follikullu stimulə edici hormon (FSH)

melanositi stimulə edici hormon (MSH)

parathormon (PTH)

histamin

tiroid stimulə edən hormon (TSH)

prostaqlandinlər

seratonin

Hüceyrə içi tsiklik AMF-i azaldan hormonlar:

İnsulin

katexolamin (alfa)

 

Klinika: Psevdohipoparatiroidizm (PHP), Hiperkalsiuriya, Qaraciyər xəstəlikləri, Bronxial astma, tiroid xəstəlikləri, Nevroloji və Psixiatrik pozuntular, Travmalar, narkomaniyada və xərçəng xəstəliyində AMF-in dəyişikliyini müəyyənləşdirmək diaqnostika üçün önəmli rol oynayır. Xüsusilə xərçəng hüceyrələrin çoxalması həmin hüceyrələr AMF-in azlığı ilə bağlıdır. Psixiatrik xəstəliklər zamanı xüsusilə də, depressiya anında AMF-in azaldığı, mania halında isə artdığı müəyyən olmuşdur.

 

 

 

1971-ci ildə Erl Saderland (ing. Earl Sutherland) tərəfindən Vanderbilt Universitetində kəşf edilmişdir. Kəşfə görə Nobel Tibb və Fiziologiya mükafatı verildiyini də qeyd etmək lazımdır.

 

Mənbə: Siklik 3′, 5′ – Adenozin Monofosfat
(cAMP) ve Klinik Önemi

 

Tərcümə: Ziya Mehdiyev

 

Əlavə oxu:

AMP təkamüldə – https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3909795/

STAY CONNECTED

18,751FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.