Tullantı DNT nədir? “Ruh DNT Effekti”.

Post date:

Author:

Category:

DNT-nin qısa tarixi.

DNT`ni ilk dəfə isveçrəli həkim Friedrich Miescher 1869-cu ildə istifadə olunmuş cərrahi sarğı üzərindəki irini mikroskopla müşahidə edərkən kəşfetmişdir. 1919-cu ildə Phoebus Levene nukleotidləri əmələ gətirən əsası, qlükozanı və fosfat turşusunu müəyyən etmişdir. Levene, DNT`nin bir birinə fosfat qrupları ilə bağlı olan nukleotidlərdən ibarət bir zəncir olduğu fikrini də irəli sürmüşdür. Lakin, Leveno bu zəncirin qısa olduğunu və əsasların özlərini təkrar etdiyi bir sıralamaya malik olduğunu düşünmüşdü. William Astbury, DNT`nin nizamlı quruluşa sahib olduğunu göstərən alfa-şüaların difraksiya görüntülərini əldə etmişdir.

1928-ci ildə Frederich Griffith, pnevmokok bakteriyasının “düz” forma verən xüsusiyyətin “qıvrım” formalı pnevmokok bakteriyasına ötürülməsinin mümkün olduğunu, bunun üçün ölü “düz” bakteriyanı canlı “qıvrım” bakteriyalarına qarışdırmaq kifayət olduğunu göstərdi. Bu təcrübədən istifadə edərək Oswald Avery, Colin MacLeod və Maclyn McCarty 1943-də formanı dəyişən faktorun DNT olduğunu göstərdilər.

1953-də James D. WatsonFrancis Crick DNT-nin indiki qəbul olunmuş modelini “Nature” jurnalında irəli sürmüşdülər. Bu cüt spirallı molekullar olan model alfa-süasının difraksiyasından alınmış rəsmə əsaslanırdı, bu rəsm də 1952-ci ildə Rosalind FranklinRaymond Gosling tərəfindən əldə edilmişdir. Modelin əsaslandığı digər məlumat da Erwin Chargaffın əvvəlki illərdəki məqaləsində DNT-dəki əsasların bir biri ilə birləşməsidir. Chargiffin normaları hər iki zəncirin spiral formalı olmasını aşkar etməkdə böyük rol oynamışdı.

James D. Watson və Francis Crick

 

Junk (tullantı) DNT nədir?

(Junk – türk dilində “hurda”, “çöp” kimi tərcümə olunur. “Çöp DNA”. Azərbaycan dilində heç bir mənbədə bu mövzu haqda məlumat olmadığından, bu məqalədə “Junk DNA” fərdi xarakter daşıyaraq “tullantı DNT” kimi tərcümə edilərək yazılıb.)

1950-ci illərdə DNT qruluşunun öyrənilməsindən sonra, zülal sintezində yalnız bədənimizdəki bütün DNT iştirak etdiyi düşünülürdü. Təqribən 10 il sonra DNT-nin əksər hissəsinin əslində zülal sintezində isştirak etmədiyini, bütün genomun sadəcə 2%-nin bu prosesdə rol aldığı öyrənildi. Geriyə qalan 98%lik hissənin isə funksiyası bilinmədiyindən həmin hissəyə “Zülal kodlamayan DNT” adı verildi. Əvvəllər funksional genlərin təkamül prosesində bilinməyən bir səbədən dolayı zülal sintez etmək qabiliyyətini itirdiyi düşünülmüş və bu səbəblə həmin 98%-lik hissədəki genlər saxta gen (pseudogen) adlandırıldı.

Heç bir genetik material ehtiva etməyən tullantı DNT uzun illər alimlərin böyük marağına səbəb olmuşdu.

İnsan genomunun əksər hissəsini əhatə edən bu quruluş, əslində genlərin transkripsiya zamanı (transkripsiya – “üzünün köçürülməsi” kimi tərcümə olunan zülal sintezindəki proses) zədə almasının qarşısını alır. Daha da çox, tullantı DNT əslində bütün genetik kodlanmanı idarə edən hissədir.

2010-cu ildə Sinqapur Genetika İnstitutu tərəfindən aparılan araştırma nəticəsində tullantı DNT olaraq adlandırılan hissədə insanları digər canlılardan fərqləndirən vacib xüsusiyyətlərin kodlandığına dair sübutlar ortaya çıxardı. Əvvəlki düşüncə ilə “məqsədsizcə təkrarlanan genetik sıralanmaların” olduğu – tullantı DNT hissəsində baş verən bir çox fərqli transkripsiya ilə növlərarası fərqlilikləri müəyyənləşdirdiyi kəşf edildi. Araşdırma nəticələri, bu zülalları bağlayan və onları bir yerdə saxlayan tullantı DNT-nin bəzən yeni bölgələrə yayılaraq həmin bölgənin bütün fəaliyyətini dəyişdirə bildiyini göstərdi. Bu da növlər arası fərqliliklərin aydınlanması baxımından əhəmiyyət daşıyır.

Genomda vacib hissə olan, ancaq tullantı DNT adlandırılan bu genetik material “tullantı” olmadığını hər tədqiqatla daha da yaxşı başa düşülür. Amerikada siçanlar üzərində aparılan bir təcrübədə, funksiyasız deyilən bu DNT zəncirinin silinərək yox edilməsi nəticəsində siçanın damarlarınında daralmalar müşahidə olunmuşdur.

Başqa bir araşdırmada, infarktın əsas səbəblərindən olan, ürəyi qidalandıran damarların trombla tutulması nəticəsində yaranan tac damar xəstəlikləri olan hər kəsdə, genomun 9p21 bölgəsində bir ədəd nukleotidin mutasiya etdiyi müəyyən olundu. Bu nukleotid, DNT-nin zülal kodlamayan, yəni, tullantı hissəsində yerləşirdi. Siçanlarda bu bölgəyə təsadüfedən gen informasiyasının silinməsi bu bölgədən 100.000 əsas uzaqlıqdakı iki genin pozulması ilə nəticələndi. Həmçinin, bu siçanlarda, şiş əmələ gəlməsi və erkən ölüm halları baş verdi.

 

DNT-nin əsl funksiyası.

Milyonlarla il əvvəl, həyat təzə başladığında heç vaxt əsri bərabəri olmayacaq bir məlumat ötürmə (Data transmission) sistemi meydana gəlmişdi. Bu kimyəvi mesaj əsrlər boyu kopyalanaraq günümüzə gəlib çatmışdır. İlk zamanlara görə daha mürəkkəb olsa da bu mesaj həmişə eyni qaldı. DNT məlumat ötürücü qurğu kimi işləyir, hüceyrələrimizə kodlamış olduğu saysız məlumatları sonrakı nəsillərə ötürür. DNT-nin məlumat ötürmə mexanizması olduğu bilindikdən sonrakı araşdırmalar onun bioloji internet şəbəkəsi olduğunu və yenidən programlana bildiyini göstərdi.

Ruh DNT Effekti (DNA Phanton Effect). 1995-ci ildə Dr. Vladimir Poponin və Dr. Peter Gariaev DNT-ni sınaq şüşəsinə qoyulub üzərinə lazer şüaları tutulması ilə başlayan təcrübələrində, DNT sınaq şüşəsindən çıxarıldıqdan sonra həmin lazer şüasının DNT nin spiral formasında qalmasını müşahidə etdilər. bu qəribə hadisəyə “Ruh DNT Effekti” adını verdilər. Bunun səbəbi DNTnin kosmos zaman sistemində pozulma təsiri ilə izzah olunur. belə ki, kosmosda DNT vakum effekti göstərərək mikroskopik qurdcuq dəliyi (Wormhole) əmələ gətirir. Enşteynin nisbilik nəzəriyyəsində varlığını təxmin etdiyi Wormholelərin canlı orqanizmlər tərəfindən yaradılma ehtimalı yüksək idi. Bu dəliklər kainatın tamam fərqli nöqtələrini bir-birinə bağlayıb məlumatın zamandan asılı olmadan ötürülməsini təmin edir. DNT-nin sınaq şüşəsindən çıxarılmasından sonra hələ də DNT-nin formasının görülə bilməsinin səbəbi də bu Wormholelər nəticəsində məlumatın enerji olaraq daima var olmağa davam etməsidir. Bu effekt günümüzdəki paranormal hadisələrə də qismən aydınlıq gətirir. Misal: çox güman ki, sizin də elə tanışlarınız olub ki, gecə gördüyü yuxuların reallaşdığını, hissərinin çox vaxt doğru çıxdığını iddia eləsin, ya da anidən heç bir tanışında olmadığı xəstəliyə tutulsun yaxud da anidən hansısa bir xəstəliyi yox olub getsin. Bunların səbəbi bu təcrübələrlə əldə edilən məlumatlar canlı organizmlərin genetik miraslarını istifadə edərək bir kvant əlaqə sahəsi yarada bilməsini, buradan məlumat alış-verişi eləyə bildiyini göstərir. Buna uzun illər əvvəl Kvant fizikasında “Kvant Qarışıqlıq” adı verilmişdir. Bu “qarışıqlıq” – bir birindən uzaqda olsalar belə cisimlərin və ya orqanizmlərin məlumat alış-verişi edə bildiyini deyir. Əslində, bu əlaqə mexanizması bütün kainatı əhatə edir. Əslində, təbiətdə belə inkişaf etmiş bir əlaqə sistemi bir çox növ tərəfindən milyon illərdir ki, aktiv olaraq istifadə olunur. Məsələn. Quş və kəpənəklər köç əsnasında bir-birləriylə bu yolla əlaqə qurur, sürüdən geridə qalsalar və hətta bu köç yolunu ilk dəfə istifadə eləmiş olsalar belə istiqamətlərini tapma mövzusunda çətinlikyaşamırlar. Eyni qaydada bitkilərində bir-birlərinə oxşar siqnallar yollaya bildiyi və özlərini böcəklərdən qoruya
bilmələri məlumdur.

Əlbəttə DNT bu cür həddindən artıq inkişaf etmiş bir ünsiyyət üsulundan istifadə edə bilirsə, bunun üstünlükləri olduğu kimi bəzi əks təsirləri də var. Məsələn. İnsanların elektromaqnit dalğalar qarşısındakı həddindən artıq həssaslığı bu əks təsirlərdən biridir. Orqanizmin elektromaqnit dalğalarını uzun müddət qəbul etməsi insan sağlamlığı baxımından zərərli olmasının səbəbi, tullantı DNT şüa formasındakı məlumatı da köçürdüyü üçün radiasiyanı da köçürmüş sayılmasıdır ki, bu da öz növbəsində getetik pozğunluqlara gətirib çıxara bilir.
Təcrübənin ən maraq kəsb edən qismi isə tullantı DNT-nin günümüzdə istifadə olunan danışıq dilləri ilə eyni xüsusiyyətə malik olmasıdır.DNT-nin də bir qrammatikası, mənası və sözlər sırası var. DNT-nin istifadə elədiyi dilin “insanlardakı danışaraq anlaşmanın atası” olabildiyi düşünülür.

Bu təcrübə genetik materialın dəvamlı sabit bir quruluşda olmadığını göstərir. DNT öz quruluşunu özü dəyişə bilir. Alimlər sınaq şüşəsindəki DNT-yə lazer şüası tutduqlarında bu işığın dalğa uzunluğunda bir qrup xüsusi kodları (səs tezliyi ilə ötürülən sözcüklər) DNT-yə ötürməyi bacardılar. Bu isədanışıq dilinin də işıq dalğaları kimi ötürülə bilməsi və genetik proqramlaşdırmanın təzədən düzəldilə bilməsi mənasına gəlir. DNT əlaqə şəbəkəsi qurmaqdan əlavə səs vasitəsi ilə də proqramlaşdırıla bilir. Bunun üçün tək lazım olan faktor düzgün seçilmiş tezlikdir. Bu yöntəmlə xəstəlikləri belə sağalda bilirlər. Dəri xərcəngi müalicəsində, dəridə kiçik bir ləkə qalmadan xərçəngli hüceyrələri məhv eləmək mümkün olur. Hal hazırda bu üsuldan istifadə edərək tam sağalma ilə nəticələnə biləcək xəstəliklər kifayət qədər çoxdur.

Daha əvvəl edilən araşdırmalarda DNT-nin 150 MHz tezlikli dalğalar yaydığı öyrənilmişdi, bunun nəticəsində həmin dalğaları dərk edə bildiyi ortaya çıxmışdı. Bunun nəticəsində heç bir əks təsiri olmadan DNT programlaşdırmaları başlandı. Bu da tibb sahəsində çox böyük bir inqilaba səbəb oldu. Uzun illərdin funksiyasız olduğu düşünülər tullantı DNT-nin əslində genetik materialımızın əsil əlaqə qaynağı, həmçinin dillərin də mənşəyi olabilməsi ortaya çıxdı.

Gələcəkdə bu araşdırmalar DNT-nin komputerlərdə istifadə oluna biləcəyini göstərir. Belə görünür ki, DNT-nin uzun illər ən vacib olduğu bilinən funksiyası – zülal sintezi, bəlkədə DNT-nin ən əhəmiyyətsiz funksiyası olduğu təsdiqlənəcək. bütün bu tətqiqatların ən böyük ortaq nöqtəsi isə, işığın bədənimizə enerji və məlumat ötürməsinə zəmin yaratmasıdır. Kvant fizikasının genetika ilə birləşməsi nəticəsində insan bədənində kvant fizikası ilə bağlı əhəmiyyətli kəşflər oluna bilər.

Mənbə:
*http://www.buergerwelle.de/assets/files/warnke_warum_koennen_kleinste_leis.pdf?cultureKey=&q=pdf/warnke_warum_koennen_kleinste_leis.pdf
* “Biltek” jurnalı. 36. sayı
* http://www.bibliotecapleyades.net/ciencia/ciencia_genetica04.htm

 

Hazırladı: Paşa Paşayev

STAY CONNECTED

20,428FansLike
2,286FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...