Türk Rokunun Şahzadəsi – Teoman

Post date:

Author:

Category:

Bəzən çılğın , bəzən duyğusal, bəzən sevgi və adrenalin , bəzən xarizmatik və ehtiras dolu bir sənətçidən bəhs edəcəyik. Şübhəsiz ki, türk musiqi tarixinin ən gözəl və istedadlı rok musiqiçilərindən biri Teomandır. Biz isə Teomanın həyat və yaradıcılığını 11 maddədə ümumiləşdirdik.

  1. Teoman 20 noyabr 1967-ci ildə İstanbulda dünyaya gəlmişdir. Tam adı Fazlı Teoman Yakupoğludur. Əslən Türkiyənin  Giresun  şəhərindəndir. Onun atası vəkil idi və Teoman 2 yaşında olanda atası dünyasını dəyişdi. Ailədə maddi vəziyyətlərinin o qədər yaxşı olmamasına görə ona ilk gitarasını qonşuları almışdı. Liseyi Kültür Kollecində oxuduqdan sonra , Boğaziçi Universitetinin Sosiologiya ixtisasına daxil oldu. Master təhsilini isə İstanbul Universitetində Qadın Araşdırmaları üzrə oxudu. Onun burada araşdırdığı əsas mövzu isə, Yumoristik Kitablarda Qadının Rolu idi.

2. Teoman musiqi karyerasına 1986-cı ildə qurduğu Mirage adlı qrupda başladı. O burada vokalist idi. Qrup dağıldıqdan sonra isə Mavi Sakal, İndians, Black Rose qruplarında fəaliyyət göstərdi. Daha sonralar isə artıq solo fəaliyyətinə başladı. 1996-cı ildə Roxy Musiqi Yarışında “Ne ekmek ne de su” mahnısı ən yaxşı bəstə mükafatını, “Yollar“ mahnısı isə ən yaxşı söz mükafatını qazandı. Teomanın ilk albomu da elə həmin il işıq üzü gördü. Albomun adı “Teoman“ idi.

3. Daha sonralar Teoman “17“, “Gönülçelen“, “Teoman 2003“, “En Güzel Hikayem“,“Rengli Rüyalar Oteli “ albomlarını buraxdı. “O“ mahnısının video klipi 1998-ci ildə Cümhuriyyət qəzeti tərəfindən ilin ən yaxşı klipi seçildi. 2000-ci ildə isə Altın Kelebek mükafatını qazandı. 2009-cu ildə “İnsanlık Halleri“, 2011-ci ildə “Aşk ve Gurur“, 2012-ci ildə “Konserler“, 2015-ci ildə “Eski Bir Rüya Uğruna“ və ən son olaraq 2018-ci ildə “Koyu Antoloji” albomu işıq üzü görmüşdür. Teoman musiqi karyerası ilə yanaşı, bəzi filmlərə də çəkilmiş və filmlər üçün musiqi də bəstələmişdir. 2002-ci ildə çəkilmiş “Romantik” filmini bu siyahıda göstərə bilərik, Teoman filmdə həm aktyorluq etmiş. həm də musiqiləri ona məxsusdur. 2004-cü ildə ”Balans ve Manevra” filminin həm ssenarisini yazmış, həm rejissorluğunu etmiş, həm də musiqilərini bəstələmişdir.

4. Teoman öz mahnılarında həyat və özü ilə olan mübarizəsindən, alkoqol, qadın kimi mövzulardan bəhs edir. Amma Teomanın fəaliyyəti Türkiyədə heç də birmənalı qarşılanmır. Belə ki, bəzi auditoriya üzvləri onun mahnılarında anormallıq, öz çərçivəsindən çıxma, açıq-saçıqlıq olduğunu bildirərək dəfələrlə onu tənqid ediblər. Teoman isə öz dünyasını musiqilərində ifadə etdiyini dəfələrlə bildirmişdir.

5. Teomanın spirtli içki aludəçisi olduğu onu izləyənlər tərəfindən həmişə diqqət mərkəzində olub. Hətta özü də içkilərə olan düşkünlüyü ifadə etməkdən çəkinməyib. Xüsusilə də onu izləyən media nümayəndələrinin kameralarına dəfələrlə sərxoş halda yaxalanmışdır.

6. Dostları onun haqqında fikir bildirərkən Teomanın şən və zarafatcıl, həyatsevər, mahnılarını pul qazanmaq üçün yox, özünü təmin etmək üçün oxuduğunu ifadə ediblər.

7.  4 avqust 2011-ci ildə öz web saytından etdiyi açıqlama ilə musiqi karyerasına son qoyduğunu bildirmişdi. Amma 1 il 3 aydan sonra,  24 noyabr 2012-ci ildə karyerasını yenidən bərpa etdi və musiqiyə geri döndü.

 

8. 30 dekabr 2012-ci ildə Ayşe Kaya adlı biri ilə evləndi . Onların nigahından 1 övladları dünyaya gəldi. Amma cütlük 2015-ci ilin mart ayında ayrılmağa qərar verdilər.

9.  “Teoman 2003” albomunda yer alan mahnılarından biri də “Kupa Kızı ve Sinek Valesi”dir. Oyun kartlarının tarixi 14-cu əsrin Fransasına gedib çıxır. O vaxt Fransada 4 sinif mövcud idi. Ürək(kupa)-yüksək təbəqəni və kilsəni, qara ürək-ordunu, kərpic-orta sinifi, xaç(sinek) -kəndliləri təmsil edirdi. Hekayə də elə burada başlayır. Mahnının sözlərində keçmişdən gələn “varlı qız və kasıb oğlan” ideyası dinləyiciyə göstərilmişdir. Kəndli oğlanı isə bir növ hər daim itirməyə alışmış bir obraz kimi göstərmişdir. Hekayənin bir tərəfində varlı, gözəl qız digər tərəfində kasıb, çəlimsiz və itirmiş oğlan.  Mahnıya çəkilən klip isə Türkiyədə çəkilən ilk animasiya klipidir.

 https://www.youtube.com/watch?v=PtsMi4dtl1o

 

10. Teomanın mahnıları içərisində ən çox sevilən və hekayəsi kədərli olan mahnılardan biri “17” mahnısıdır. Mahnı Teoman tərəfindən qohumu olan Erdal Eren üçün yazılmışdır. Erdal Eren bir əsgəri öldürməkdə ittiham olunaraq edam cəzası almışdı və asılaraq edam edilmişdi. Erdal Eren edam olunduğu vaxt 17 yaşı var idi.

 

11. Teoman bu ilin yazında özünün həyatından bəhs edən “Fasa Fiso” adlı kitabını nəşr etdirmişdir.

Mənbə:  http://www.biyografi.info/kisi/teoman

  https://onedio.com/haber/turk-muziginin-serseri-cocugu-teoman-552498

https://www.wannart.com/en-can-alici-11-teoman-sarkisi/

Hazırladı: Tofiq Cəfərov

Redaktə etdi: Tofiq Cəfərov

STAY CONNECTED

19,095FansLike
2,046FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Tofiq Cəfərovhttp://rezonanss.com
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN, İQTİSADİYYAT VƏ COĞRAFİYA ÜZRƏ MƏQALƏLƏR YAZIR.

Medulla Spinalis-Onurğa beyni (anatomiyası)

Onurğa beyninin uzunluğu kışilərdə 45 sm, qadınlarda 43 sm-dir Çəkisi yetkinlik dövründə 30-35 q, həcmi 33 sm3, en kəsiyinin sahəsi 63 mm2-ə...

Atmosferin Quruluşu Sxemi

Atmosfer - Yerin cazibə qüvvəsi ilə onu əhatə edən qaz təbəqəsinə deyilir. Tərkibinin əsas hissəsi 78% azot, 21% oksigen, 0.93% arqon, 1%-i...

Əgər iybilmə və dadbilmə duyğularınızı itirmisizsə, koronavirusun “gizli daşıyıcısı” ola bilərsiz.

İngiltərənin öndə gələn rinologlarının yığdığı dəlillərə görə iybilmə duyğusunu birdən itirən şəxs, digər simptomları göstərməsə belə koronavirusun "gizli...