Ubixinon və ya koenzim Q canlı aləmdə çox geniş yayılmış kofermentlərdən biridir. Ona canlıların toxuma və hüceyrələrində təsadüf edilir. Koenzim Q əksəriyyət etibarilə hüceyrələrin mitoxondrilərində olur. O, toxuma tənəffüsü (bioloji oksidləşmə) prosesində elektronların membran dehidrogenazalarından sitoxrom sisteminə keçirilməsində iştirak edir. Lakin ona başqa ferment sistemlərində də (məsələn, qaraciyərin aldehidoksidazasının tərkibində) təsadüf olunur. Koenzim Q-nün kimyəvi quruluşunun əsasını 2,3-dimetoksi-5-metil-1,4-benzoxinon təşkil edir.
Mənbə:
Bioloji kimya