“Ulduzlar atəşböcəyi zənn edilməkdən qorxmazlar” – Taqor

Post date:

Author:

Category:

Taqor (Rabindranath Tagore) zəngin brahman ailəsində anadan olmuşdur. Gənc yaşlarından yaradıcılığa atılmış, 17 yaşında “Şairin tariхçəsi” adlı ilk poemasını çap etdirmişdir.

Taqoru ümumi bir neçə açar sözlə başa salmalı olsaq, çalışdığı yüzlərlə sahənin adını çəkməkdə çətinlik çəkərik. Buna görə də şair, dramaturq, filosof, bəstəkar, rəssam ifadələrini işlətmək kifayət edə bilər.

Onun yaradıcılığı öz rəngarəngliyi ilə seçilir və 1880-ci illərdə yazdığı əsərlərin ardından 1890-cı illərdəki əsərlərində daha kamil və yetkin üslub Taqorun yaradıcılığında inkişafı ilə bağlı bir sıra təsəvvürlər canlandırmağa kömək edir. Bu kamil üslubu isə “Manasi”nin çap olmağı təsdiq edir.

Taqor 1891-ci ildə atasının torpaqlarını idarə etmək üçün Şileyda və Seyidpura getdi. Burada kənd adamlarıyla tanış olmağa bolluca vaxtı oldu. Kənd sakinlərinin geri qalmışlığı, yoxsulluğu, çətin həyat tərzi yaradıcılığında dərin izlər qoymağa başladı və əsərlərinin əsas mövzularından biri oldu.

Bəsit insanlar və onların kiçik ağrıları“nı əks etdirdiyi hekayələrini “Galpaguchchha” adı altında cəmləşdirdi.

Bu zaman içərisində siyasi və  ictimai problemlərlə də maraqlanır, amma Hindistanın azadlığını heç bir zaman öz başına bir məqsəd kimi görmürdü. Elə məhz bu zamanlar yayımladığı əsərlərdən bəziləri bunlardır:

  • Sonar Tari (1893),
  • Citra (1896),
  • Chaitali (1896),
  • Kalpana (1900),
  • Kshanika (1900),
  • Naibedya (1901).134946-004-5A73CF5B

1902-1907-ci illər Taqor üçün çox çətin illər idi; həyat yoldaşını və 2 uşağını itirdi, amma ən gözəl şeirlərindən çoxunu da elə bu dövrdə yaza bildi.

Məşhur şeiri “Gitanjali” nin İngilis dilinə tərcüməsi ona 1913-cü ildə Nobel Mükafatını qazandırdı.

Həmçinin bu kitaba daxil olan şeirlər, bir sıra romanları və nəsr əsərləri də Azərbaycan dilinə tərcümə olunmuşdur.

1912-ci ildə yazdığı “Jana Gana Mana” şeirini 1919-cu ildə “Hindistanın Sabah Mahnısı” (əsl adını tapmaq mümkün olmadı)na dönüşdürmüş və bu mahnı da daha sonradan Hindistanın milli himninə çevrilmişdir.

Çox fərqli sahələrdə aktiv olmasına baxmayaraq, Taqor daima düşünən, yazan və yaradan bir yazar idi. Ömrünün son 25 ilində 21 kitab nəşr etdi və eyni dönəmlərdə də bir tərəfdən Avropada, Şimali və Cənubi Amerikada, Çində, Yaponyada və İndoneziyada konfranslar verdi.

Şeir və hekayələri qədər parlaq və möhtəşəm olmamağıyla birlikdə bir sıra romanlar da yazdı ki, bunlardan ən tanınmışı və tarixə iz qoymuş olanı “Gora” idi.

O, bəzi əsərlərini şəxsən özü İngilis dilinə tərcümə edirdi. Yetmiş yaşına yaxınlaşarkən rəsmlər çəkməyə başladı və çox keçmədən Hindistanın öndə gedən rəssamları arasına öz adını yazdırdı.

1901-ci ildə bir məktəb təsis etdi, 1921-ci ildə isə həmin məktəbin yerində universitet açdırdı.

134948-004-BA002271

Əsərlərində incə bir lirizmlə mistisizm vəhdətdə verilir. Özünün isə panteist dünyagörüşünə sahib olduğu fərz olunur. Hind dilində “Guride” (böyük üstad) deyə yad olunur: ona bu ləqəbi yaxın dostu Gandhi vermişdir.

Taqorun yaradıcılığında öz əksini tapmış ilahi sevgi həyatın inkarına çalışmırdı, əksinə həyatın reallıqları əsasında qurulmuşdu. Onun “dərin sevincin cidd mistisizmi və idrakı bütün intellektual təqibdən, ya da kitabi-fəlsəfədən daha yüksək oldu“.

Avropada Taqor yaradıcılığına heyranlıq ötən əsrin 30-cu illərində qismən dəyişdi və nisbi laqeydliklə əvəz olundu. Benqal mütəfəkkiri haqqında bir sıra tədqiqat əsərləri yazan Meri Leyqo bunu müəllif tərcümələri istisna olmaqla, Taqordan edilən tərcümələrin qeyri-mükəmməlliyi, qeyri-dəqiqliyi və azlığı ilə əlaqələndirir.

Buna baxmayaraq, istənilən halda, Taqor dərin düşünən böyük bir mütəfəkkir olaraq qalmaqdadır. Çünki onun xalqı üçün yerinə yetirdiyi ən böyük xidməti Hindistanın Britaniya asılılığında olduğu dövrdə ölkəsinin səsini dünyaya duyura bilməsində və onun zəngin tarix və mədəniyyətini öz yaradıcılığı timsalında nümayiş etdirməyin öhdəsindən asanlıqla gələ bilməsində idi.

Bütün əsərlərinin siyahısı üçün klikləyin.

593038-rabindranath-tagore

  • Çünki yaz günləri təkrar-təkrar qayıdır; ay batıb yenə də çıxır; çiçəklər hər il budaqlarda öz vaxtında açılır, solur. Deməli, bəlkə, mən də yalnız qayıtmaq üçün vidalaşıram.

 

  • Ruhlar qatında yaşamaq həyat gerçəklərinə üz çevirməyi gərəkdirmir.

 

  • Doğulan uşaqlar Tanrının hələ də insanlardan ümidini kəsmədiyinin göstərgəsidir.

 

  • Mən qəlbimdə sənin üçün bəslədiyim ən qiymətli sözü söyləmək həsrətilə yanıram, amma cürət eləmirəm, qorxuram ki, gülərsən.
    Buna görədir ki, öz-özümə gülürəm və sirrimi zarafat kimi israf edirəm.
    Mən ürək dərdlərimi nəzərə almıram, qorxuram, sən də belə edərsən.
    Mən qəlbimdə sənin üçün bəslədiyim ən səmimi sözləri söyləmək həsrəti ilə yanıram, amma cürət eləmirəm, qorxuram ki, inanmazsan.
    Bax buna görə də onları yalan şəklinə salıb, olmayan şeyləri sənə söyləyirəm.
    Mən öz dərdlərimi gülünc edirəm, qorxuram, sən də belə edərsən.
    Mən ürəyimdə sənin üçün bəslədiyim ən qiymətli sözləri söyləmək həsrəti ilə yanıram, amma cürət eləmirəm. Qorxuram ki, onlara layiqi qiymət verilməz.
    Bax buna görə də sənə layiq olmayan adlar qoyub, öz kobud qüvvəmlə öyünürəm.
    Mən səni təhqir edirəm, çünki qorxuram sən heç bir zaman iztirabın nə olduğunu bilməzsən.
    Mən sənin yanında dinməz-söyləməz olmaq istəyirəm, amma cürət eləmirəm, qorxuram ki, dodaqlarım ürək sirrimi açar.
    Bax buna görə də mən çərənləyirəm və boş sözlərlə qəlbimin sirrini gizlədirəm.
    Mən öz iztirabımla amansız rəftar edirəm, qorxuram ki, sən də belə edərsən.
    Mən səndən uzaqlaşmaq həsrəti ilə yanıram, amma cürət eləmirəm, qorxuram ki, qorxaqlığımı başa düşərsən.
    Bax buna görə də mən başımı qürurla qaldırır və sənin yanına saymazyana gəlirəm.
    Sənin gözlərinin əbədi baxışları mənim iztirablarımı daim təzələyir.

Mənbələr: kayzen.az
britannica.com
blogs.economictimes.indiatimes.com
az.wikipedia.org
en.wikipedia.org
turkedebiyati.org
uludagsozluk.com
tilqi.com

Tərcümə etdi: Pəri Abbaslı

Redaktə etdi: Pəri Abbaslı

STAY CONNECTED

19,696FansLike
2,176FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Kralların zəhəri və ya zəhərlərin kralı – Arsen

Napoleon Bonapartı öldürən, Claude Moneti kor edən, Vinsent Van Qoqun ağlını itirib qulağını kəsməsinə səbəb olan...

Biotibbi texnikada elektronika amili

Biotibbi texnikanın inkişafı bilavasitə elektronika sahəsində əldə olunan naliyyətlərə əsaslanır. Buna görə də elektronikanın inkişaf mərhələlərinə uyğun olarq biotexniki vaisətlərdə müxtəlif...

Müştərini əldə tutmağın yolları

“Sadəcə bir müdir vardır: Müştəri… Və o, başqa bir yerə pulunu xərcləyərək, rəhbərdən aşağıdakı bütün hər kəsi şirkətdən qova bilər.”...