Ürək əzələ qatının iltihabı – Miokardit nədir?

Post date:

Author:

Category:

Ürək əzələ qatının – miokardın iltihabına deyilir. İnfeksion infeksion-allergik toksiki metabolik allergik və ya immun xarakterli ola bilirlər.Lokalizasiyasına görə ocaqlı və diffuz miokarditlər var. Ən çox infeksion mənşəli və ya infeksion – toksik mənşəli miokarditlərə rast gəlinir. Virus etiologiyalı miokarditlər də nisbətən geniş yayılmışdır.

Xəstəlik zamanı ürək əzələsində aşağıdakı dəyişikliklər baş verir:

  1. Iltihabi hüceyrə infiltratı, stromanın ödemi, nekrozu, distrofiyası.
  2. Miokardın yığılması və sol mədəciyin sistolik funksiyasının zəifləməsi.
  3. Sol mədəciyin diastolik funksiyasının zəifləməsi.
  4. Kiçik və böyük qan dövranında durğunluq.

Miokardit zamanı xəstədə zəiflik, başağrısı, tez yorulma, tərləmə, əzələ və oynaqlarında ağrılar, mədə – bağırsaq sistemində dəyişikliklər müşayiət olunur. Xəstədə zökəm əlamətləri meydana çıxır. Xəstələr ürək nahiyyəsində ağrıdan, tənginəfəslikdən, ürəkdöyünmədən, ayaqlarda ödemdən baş dönməsindən şikayət edirlər.

Image result for miokardit

Miokarditin yaranma səbəblərinə aşağıdakılar daxildir:

 

İnfeksion və ya kimyəvi faktorlar fonunda immun sisteminin zəifləməsi;

Virus və ya bakteriya mənşəli infeksion xəstəliklər;

Göbələk patologiyaları;

Parazitar invaziyalar;

Kardioskleroz;

Arterial hipertenziya;

Bəzi hallarda miokardit cərrahi müdaxlə zəminində yarana bilər;

Autoimmun xəstəliklər

Uşaqlarda miokarditin yaranmasına adətən dərman preparatlarının qəbulu, ionlaşmış şüalanma səbəb olur. Böyükyaşlı insanlarda isə bu xəstəlik daha çox siqaret çəkmə, çirklənmiş atmosfer, spirtli içkilərin qəbulu zəminində yaranır.

Baş vermə səbəbinə görə birincili və ikincili miokarditlər ayırd edilir.İkincili miokarditlər daha çox rast gəlinir. Və nozoloji vahid olmayıb bir sıra xəstəliklərin əlamət və ağırlaşması kimi inkişaf edir. Məsələn bəzi virus infeksiyaları (kəskin respirator virus infeksiyaları, qızılca və s. ), rikketsiozlar (səpkili yatalaq), bakterial infeksiyalar (sepsis, tonzillit, difteriyanın əsnək forması, bəzən isə hətta yuxarı tənəffüs yolları forması, vərəm, skarlatina və sair), göbələk xəstəlikləri, xüsusilədə kandidozlar, parazitar xəstəliklər, infeksion-allergik xəstəliklər (revmatizm, qırmızı qurd eşənəyi), endogen intoksikasiyalar (uremiya, tireotoksikoz, yanıq xəstəliyi, bəd xassəli şişlər) və s.

Hansı struktur elementlərinin zədələnməsindən asılı olaraq miokarditlərin parenximatoz və interstitsial (ara və ya stromal) formaları ayırd edilir. Parenximatoz dəyişikliklər kimi kardiomiositlərdə parenximatoz zülal və piy distrofiyalarının inkişafı, nekrobiotik və nekrotik dəyişikliklər, kardiomiositlərin destruksiyası və mioliz, əzələ liflərinin fraqmentasiyası (daha kiçik fraqmentlər şəklində qırılması)  və sair bu kimi parenximatoz tipli proseslər baş verir. Stromal dəyişikliklərə isə miokardın stromasında, yəni kardiomiositlərarası və damarətrafı sahələrdə ödem, limfo-leykositar və ya limfo-histiositar infiltrasiya,  xırda kalibrli damarlarda kəskin doluqanlılıq  və s. aiddirlər.

Related image

Histoloji görüntü.

Mənbə: Ə.B.Həsənov, Patoloji anatomiya, Tibb Universiteti üçün dərslik

 

Aysel Əliquliyeva

 

STAY CONNECTED

20,458FansLike
2,296FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.