Ursula K. Le Guin – Gözəlliklə bağlı düşüncələr

Ursula K. Le Guin’in 1992-ci ildə yazdığı “İtlər, Pişiklər və Rəqqaslar: Gözəllik barədə düşüncələr” (Dogs, Cats and Dancers: Thoughts about Beauty) başlıqlı məqaləsi, insanı və gözəlliklər barəsində düşüncələri aydınlatmaq üçün pişik və it kimi metaforlara üz tutan ən uğurlu mətnlərdən biridir. Günümüzdə hələ də müzakirə mövzusuna çevrilə bilən bu məqalənin Brain Pickings‘də yayımlanan qısaldılmış versiyanının vesaire.org tərəfindən tərcümə edilmiş halını Azərbaycan dilinə tərcümə formasında təqdim edirəm.

İtlər nəyə oxşadıqlarını bilməzlər. Böyüklüklərini belə bilməzlər. Bunlara məsul olan şəxslər, heç şübhəsiz, onları qəribə hallara və ölçülərə icazə verəcək şəkildə cütləşdirən bizik. Qardaşımın dachshund’u (itlərin bir cinsi) 20 sm’lik boyu ilə bir danua’ya onu parçalaya biləcəyinə aid möhtəşəm bir güvənlə hücum etdi. Ayaq biləyinə hücum etmək üzərə olan balaca iti görmüş böyük it isə tez-tez təəccübün ən dərin ifadələrinin əks olunduğu gözləri ilə ətrafa baxar; “Onu yeməliyəm?“, “O, məni yeyə bilər?“, “Ondan daha böyüyəm, elə deyil?“. Sonra isə danua gələr və qucağınıza oturmaq istəyəndə bunun bir oyun olduğunu düşünərək hücum edərək sizi ayaqları altına alar.

Pişiklər isə harada başlayıb harada bitdiklərini çox yaxşı bilirlər. Onlar üçün açıq qoyduğunuz qapıdan yavaşca çıxıb bir qədər gözlədikdən sonra quyruqlarını 3-5 sm qədər içəriyə doğru uzatdıqlarını bilirlər. Qapını hələ də onlara görə açıq tutmaq məcburiyyətində olduğunuzdan əmindirlər: quyruqları elə məhz ona görə ordadır. Bu, pişiklərin münasibət qurmaq anlayışlarıdır. Ev pişikləri çox balaca olduqlarını və bunun mühüm bir şey olduqlarını bilirlər. Pişiklər onlar üçün təhlükə yarada biləcək qorxuducu bir itlə qarşılaşdığında şaquli, yaxud üfüqi bir şəkildə qaça bilməyəcəklərini bildiklərindən bir anda qəribə və tüklü bir kirpi balığı imişcəsinə boyunlarını 3 qatına çıxarırlar. Bu da məqsədəyönlü olur, çünki itlərin beyni elə bu halda da qarışır; “Bunun bir pişik olduğunu zənn etmişdim“, “Mən pişiklərdən daha böyük deyiləm?“, “Bu, məni yeyər, görəsən?“.

Pişiklərin xarici görkəmləri ilə bağlı müəyyən fikirləri var. Bir ayağını qulağının arxasına alaraq oturub o mənasız formada özünü təmizləyərkən belə nəyə xısın-xısın güldüyünüzü bilirlər. Lakin bəsit yol bu olduğu üçün fərq etməməyi seçirlər.

Bir zamanlar bir cüt İran pişiyi tanıyırdım; qara rəngli olanı hər zaman divanda ağ yastığın, ağ rəngli pişik isə onun yanında olan qara rəngli yastığın üzərinə uzanırdı. Bunun səbəbi tüklərinin ən çox görünəcəyi yeri tapmaq deyildi, hətta bilindiyi üzərə, onsuz da, pişiklər bu mövzuda olduqca düşüncəli davranırlar. Onlar sadəcə harada daha yaxşı göründüklərini bilirdilər. Həmin pişiklərin sahibi qadın isə onları “dekorativ pişiklərim” deyə xatırlayırdı.

İnsanların çoxu itlərə bənzəyir; böyüklüyümüzü, formamızı, nəyə oxşadığımızı bilmirik. Bu cahilliyin ən uc nöqtəsində, yəqin ki, təyyarələrin oturacaqlarını dizayn edən insanlar durur. Digər uc nöqtədə isə xarici görüntüləri ilə bağlı ən aydın və qüvvətli düşüncəyə sahib olan rəqqaslar var. Heç təsadüfi deyil ki, rəqqasların işləri necə görünməkləri ilə birbaşa bağlıdır.

Mükəmmələ yaxın bədənim “uf” oldu” deyən gənc bir rəqqas xatirimə gəlir. Bu çox şirin bir şəkildə məzəli idi, lakin bir yandan da doğru idi: bədəni mükəmmələ yaxın idi.

Bunu da, mükəmməl olmadığı nöqtəni də bilirdi. Onu ola bildiyi qədər mükəmmələ yaxın tutmaq istəyirdi, çünki bədəni onun musiqi aləti, məcrası, gəlir yeri və sənətinin icra etmək forması idi. Bədəninin içində bir uşaq doyanacan orada məskunlaşırdı, ancaq bunu edərkən daha şüurlu idi. Və həm də bundan razı idi.

Mükəmməllik “düz”, “gərgin” və “çətin”, iyirmi yaşında atlet oğlan, ya da on iki yaşında bir gimnast qız kimi. Bu əlli yaşında bir adam, ya da hərhansı bir yaşdaki qadın üçün necə bir bədən idi? “Mükəmməl”mi? Mükəmməl nədir? Ağ yastıq üzərində qara, qara yastıq üzərində isə ağ bir pişik… Mükəmməl olmağın olduqca çox yolu var, heç birinə cəzalandırmaq ilə çatmaq mümkün olmur.

1940 dövrlərində orta məktəbdə oxuyarkən ağ dərili qızlar saçları qıvrılsın deyə müxtəlif kimyəvi maddələrdən istifadə edirdi, zənci qızlar isə saçları qıvrılmasın deyə kimyəvi maddələrlə pis günə salırdı. O zamanlar evində perma etdirmək şansları yox idi, bir çox uşaqda bu bahalı müalicələrdən ala bilmirdi və bu gözəllik qanunlarını izləyə bilmədikləri üçün pərişan olurdular. Gözəlliyin hər zaman qanunları var. Bu, bir oyundur. Bundan sərvət qazanan və kimə zərər verdiyini vecinə almayan insanların əlində olduğunu görəndə gözəllik oyununun özünə əsəbləşirəm. İnsanları aclıq, fiziki deformasiya və özlərini zəhərləmək həddinə gətirəcək qədər özündən məmnun olmayan hala soxduqlarını gördüyümdə onlara nifrət edirəm. Əsasən, bu oyunu öz-özümə kiçik şeylərin vasitəsilə oynayıram; təzə bir dodaq boyası almaq, yeni bir ipək materiallı gödəkcəyə görə xoşbəxt hiss etmək…

Oyunun bir çox zaman və məkan üçün mümkün qanunlarından biri gözəl olanların gənc olmasıdır. Gözəllik idealı hər zaman gəncliyə məxsus bir şeydir: bu,qismən bəsit bir reallıqdır. Gənclər, həqiqətən də, gözəldirlər. Hamısı elədir. Qocaldıqca bunu daha təmiz şəkildə görür və bundan həzz alıram. Buna rəğmən, mənim yaşımdakı və daha yaşlı qadın və kişilərə baxıram: onların beyin dəriləri, oynaqları, xalları və şişlikləri, cürbəcür və qəribə olsalar da, onlarla bağlı fikirlərimə dəyişiklik göstərmir. Bu insanlardan bəzilərinin çox gözəl olduğunu düşünürəm, bəzilərinin isə yox. Qocalar üçün gözəllik, gənclər üçün olduğu kimi hormonlarla birlikdə gəlmir. Sümüklərlə, insanın kim olduğu ilə əlaqəlidir bu, biraz da; o budaqlı üz və bədənlərin arasından parlayanlarla əlaqəli olduğu daha da aydınlaşır.

Güzgüyə baxıb beli olmayan o yaşlı qadını görəndə məni ən çox narahat edən şeyin nə olduğunu bilirəm. Gözəlliyimi itirməyim deyil: heç bir zaman o qədər çoxuna sahib olmamışam, onsuz da. Məsələ o qadının mənə oxşamamasıdır. Olduğumu düşündüyüm, zənn etdiyim şəxs deyil. Bəlkə də, biz itlər kimiyik: harada başlayıb harada bitdiyimizi bilmirik. Məkan baxımından belə deyil, amma zaman baxımından bu cür ola bilər.

Bir uşağın bədənində yaşamaq çox asandır. Bir yetkinin bədənində yaşamaq isə heç də elə deyil. O dəyişiklik çətindir. Və bu, o qədər əzəmətli bir dəyişiklikdir ki, bir çox yeniyetmənin kim olduğunu bilməməsi çox da təəccüblü gəlmir artıq. Güzgüyə baxanda soruşurlar: “Bu, mənəm?”, “Mən kiməm?”. Sonra bu, ya altmışında, ya da yetmişində yenidən təkrarlanır.

Kim olduğum xarici görüntümün bir parçasıdır, heç şübhəsiz. Həmçinin tam tərsi də mümkündür. Harada başlayıb harada bitdiyimi, böyüklüyümü, mənə nəyin yaraşdığını bilmək istəyirəm. Mən bu bədənin “içində” deyiləm, mən bu bədənəm. Belim olsa da, olmasa da. Fəqət yenə də məndə vücudumun yaşadığı bütün o diqqətəlayiq, həyəcanverici, qorxuducu və xəyal qırıqlıqlarına yol açan çevrilmələr arasında dəyişməyən, dəyişməmiş şeylər var. Orada yalnızca göründüyündən ibarət olmayan bir insan var, onu tapmaq və tanımaq üçün də içəriyə, dərinlərə baxmağım gərəklidir. Sadəcə məkan olaraq deyil, zaman olaraq da.

Çox dəyişməyən və həmişə etibarlı olan gənclik və sağlamlıq gözəlliyi idealı var. Film ulduzları və reklam modellərinin ideal gözəlliyi, davamlı və yerdən yerə görə qaydalarını dəyişdirən və heç bir zaman tamamilə etibarlı olmayan gözəllik oyunu idealı var.

Anam səksən üç yaşında xərçəng ucbatından, acı içində öldü: dalağı genişlənmiş, bədəni deformasiya olmuşdu. Onu düşündüyüm zaman gördüyüm insan budurmu? Bəzən. Belə olmamağını istərdim. Real bir obrazı bulanıqlaşdırır, qaralayır. Anamla əlli illik xatirələrim arasında bir xatirə. Zaman baxımından axırıncı. Davamında xəyal gücü, söz-söhbət, şəkillər, xatirələrdən toplanmış daha dərin, qarma-qarışıq və hər zaman dəyişən bir obraz. Kolorado Dağlarında qırmızı saçlı bir uşaq, kədərə boğulmuş üzü ilə həssas universitetli bir qız, mehriban və daim gülümsəyən bir ana, ağıllı və intellektual bir qadın, rəqibsiz bir eşqbaz, ciddi bir sənətçi, müdhiş bir aşpaz görürəm. Onu sallananda, ot yolanda, yazanda, güləndə görürəm. Həssas, çilli qollarındaki mavinin ən gözəl tonlarında bilərzikləri görürəm. Hamısını bir anda, hamısını birdən görürəm, heç bir güzgünün əks etdirə bilməyəcəyi bir obraza, keçən illəri aydınladan ruha baxıram. Nə gözəl. Böyük sənətçilərin görüb rəsmini çəkdiyi budur, yəqin. Rembrandt-ın portretlərindəki yorğun, yaşlı üzlərin bizə bu cürə həzz verməsinin səbəbi budur, böyük ehtimal ki: gözəlliyi səthi yox, həyati əks etdirə bilmələri“.

Mənbə:

 https://vesaire.org/ursula-le-guin-guzellik-uzerine/

Tərcümə etdi: Pəri Abbaslı

Redaktə etdi: Pəri Abbaslı

- Advertisement -

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

Dahiləri divanə edən qadın – Lou Salome

Tarix ona hər zaman XIX əsrdə yaşamış 10-a yaxın intelektual kişinin baş bəlası kimi yanaşıb. Necə deyərlər, XIX əsr intelektuallarının “Lilith”i kimi ona qarşı...

Günümüzdə yaşayan 20 ən nüfuzlu elm insanı

Elm insanları dünya üzərindəki ən təsirli insanlardır. Tibb və texnologiyada sürətli bir irəliləmə təşkil edilməsinə kömək olan elm insanları, eyni zamanda, dünyanın nə olduğunu...

Ağıl nədir? // Fəlsəfə lüğəti

AĞIL – hissiyyatın qarşılığı olaraq düşünmə, anlamaq, dərk etmək qabiliyyəti arasında məcburi əlaqələr qurmaq qabiliyyəti. Ağıl insanın ən yüksək təfəkkür qabiliyyəti hesab edilir və...

Recent

Kompyuterlər: Dünəni, bugünü və sabahı.

XX əsrin ən böyük kəşflərindən biri hesab edilən kompyuter texnologiyası böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici qüvvəsinə, elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin, bir...

Frans Kafka – Yuxu / Novella

Bir gecə Yozef K. qəribə yuxu gördü: Hava mülayim idi və K. gəzmək istəyirdi. Amma iki addım atar-atmaz artıq qəbristanlıqda idi. Orada süni yolla salınmış girintili-çixintılı...

Zamanın idarə olunması. Zamanı necə idarə edək?

İlk dəfə olaraq Danimarkada meydana gələn “Zamanın İdarə Olunması” adlı bir təlim hal-hazırda iş dünyasında xüsusən şirkətlərdə zamanın idarə olunması üçün tətbiq olunan üçün...