Utopiya, Dualizm, Eksiztensializm nədir? – Fəlsəfə lüğəti

Post date:

Author:

Category:

UTOPİYA [yun. U-yox, və topos-yer, hərfən –mövcud
olmayan yer]-uydurulmuş və çox vaxt stastik, durğun sosial idealın təcəssümü olan cəmiyyət.

DUALİZM [alm. Dualismus; fr. Dualisme; ing. Dualism; lat. Dualis ten; osm. tr. süaniye; yun. dualisme] – bir-birindən müstəqil, bir-birilə əlaqəsi çıxmayan yaxud da qarşısında olan iki ideyanın varlığını qəbul edən görüş. Duo-iki deməkdir. Həm dini inanc sistemində [Xeyir və şər kimi], həm də fəlsəfi dünya görüşdə [iki başlanğıc – aləmi Allahın yaratdığı görüş və aləmin
təsadüfi yaranması görüşü] dualizm mövcuddur. Dualizm metafizikada varlıq və biliyin, ideya və təzahürün, bədən və ruhun,
mən və mən olmayanın İkicilik-Seneviyye: Təbiətdə və ya hər hansı bir sistemin təməlində mütləq olaraq birbirinə icra olunmayan iki prinsipin olduğunu qəbul eden görüştür. Dualizm monizmin əksinə maddi və ruhi substansiyaları bərabər hüquqlu başlanğıclar hesab edən fəlsəfi təlim kimi də xarakterizə edilir. Dualizmin əsas motivi çox vaxt materializmi və idealizmi barışdırmaq
cəhdidir. Son nəticədə şüuru materiyadan dualistcəsinə ayırmaq idealizmə gətirib çıxardır. Dualizm daha artıq dərəcədə Dekartın
və Kantın fəlsəfəsi üçün səciyyəvidir.

EKSİZTENSİALİZM [alm. Existenzialismus; fr. Existentialisme; ing. Existentialism; tr. Varoluşçuluq; lat. exsistentia –
varlıq]–Çağımızın bir fəlsəfə cərəyanı. Eqzistensial fəlsəfi təlimi əsas qəbul edən bütün düşüncə sistemlərinə verilən ad. Danimarkalı alim Kierkegaard böyük miqyasda başladığı, eyni zamanda fəlsəfənin əvvəldən bəri ələ aldığı problemləri kökdən yeniləməyə
çalışan modern Avropanın bəzi filosoflarının yaşatdığı fəlsəfi cərəyan. Fəlsəfədə XX əsrdə ziyalıların baxışlarına cavab verən yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist cərəyan.

Mənbə:

Fəlsəfə terminlərinin izahlı lüğəti,2014

STAY CONNECTED

19,742FansLike
2,189FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....