Uzunsov beyin-Medulla oblangata – Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Əlavə beyindən uzunsov beyin və dördüncü mədəciyin aşağı hissəsi diferensiasiya edir.

Uzunsov beyin, əlavə beyin qovuğunun – myelencephalon, törəməsidir. Əlavə beyin qovuğunun qalığı IV mədəciyin aşağı hissəsini təşkil edir.
Uzunsov beyin arxa kəllə çuxurunda ənsə yamacı üzərində, beyinlə onurğa beyninin hüdudunda yerləşir. Onun yuxarı hüdudunu körpünün arxa kənarı, aşağı hüdudunu isə atlasın yuxarı kənarı və ya birinci cüt boyun sinirlərinin köklərinin çıxan yeri, yaxud piramid çarpazının aşağı kənarı təşkil edir.


Uzunsov beynin uzunluğu 25 mm, yuxarı ucunda eni 17-18 mm, aşağı ucunda isə nazikləşərək eni 10-11 mm-ə bərabər olar. Ona görə də uzunsov beyin əsası körpüyə birləşən kəsik konusa oxşayır və beyin soğanağı-bulbus cerebri, adlanır.
Uzunsov beyində müxtəlif refleks mərkəzləri yerləşir.
Qidalanma refleksləri: udma, əmmə, çeynəmə, həzm sisteminin reflektor fəaliyyəti (tüpürcək ifrazı, mədə şirəsi ifrazı və başqa həzm sistemi üzvlərinin şirə ifrazı).


Müdafiə refleksi: asqırma, öskürmə, qusma gözqırpma göz yaşı ifrazı.
Göstərilən reaksiyalar mürəkkəb koordinasiyaya malikdir. Bir neçə sinir nüvələrinin birgə fəaliyyəti hesabına onlar icraçı əzələlərin və vegetativ reaksiyaların kompleks fəaliyyətini əhatə edirlər. Bu reaksiyalardan hər biri spesifık reseptor (refeksogen) sahəyə malikdir. Məsələn, udma aktı ağız boşluğunun arxa divarına qidanın təsiri zamanı, gözqırpma-gözün konyuktiva qişasının qıcıqlanması zamanı baş verir və.s.
Hər bir bulbar reaksiyanı spesifik qıcıqlandırıcı törədir. Məsələn udlağın mexanik olaraq qıcıqlandırılması qusmanı, həmin nahiyənin qida ilə qıcıqlandırılması udma aktını törədir. Uzunsov beyin neyronları nəfəsalma və nəfəsvermənin avtomatiyasını təmin edirlər.


Bulbar, tənəffüs mərkəzlərində avtomatiyanın səbəbi onların daxilində metabolik proseslərin dəyişməsi, azan sinirin korreksiya edici və karbon qazının oyandırıcı təsiridir.
Bulbar mərkəzlər afferent sinirlərlə və humoral təsirlər vasitəsilə arteriyaların tonusuna daimi olaraq enən təsir göstərirlər, bunun nəticəsində də toxuma metabolizmi üçün optimal sayılan qan təzyiqinin səviyyəsi saxlanılır.
Aclıq zamanı bulbar mərkəzlərin azan sinirinin efferent lifləri mədə əzələsinin toniki gərginliyinə və bağırsaq divarına təsir göstərirlər.

Mənbə:

V.B.Şadlinski, Ş.İ.Qasımov, N.T.Mövsumov – ” İnsan Anatomiyası 2 “

Müəllif: Nisə Quluzadə

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,092FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...