Kosmik “çayka” – Valentina Tereşkova kimdir?

Post date:

Author:

Category:

“Çayka” radioqram şifri ilə uçuşuna hazırlaşan Tereşkova startdan qabaq bu sözləri deyir: “Ey! səma! Şlyapanı çıxar!” (Həmin sitat V.Mayakovskinin “Şalvarlı bulud” poemasında verilib)

30 dekabr 1961-ci ildə SSRİ-də rəsmi olaraq qadın kosmonavtikasının əsası qoyuldu. Kommunist partiyası 5 qadının qəbul olması ilə bağlı qərar qəbul etdi. Lakin 5 qadının seçilməsinə qədər də 500-dən çox namizəd gözdən keçirilmişdi. Tələblər ağır idi: yaş, boy, çəki uyğun olaraq, 30, 170 sm və 70 kq-a qədər olmalı, ən azı 200 saat uçuş təcrübəsi və ya 50 paraşütlə tullanma təcrübəsi lazım idi. Seçim uzun və çətin oldu. Hər şey nəzərə alınırdı. Səhhət, bilik, xarakter. Onları müqayisə etmək çox çətin idi. Hərəsinin özünə görə üstünlükləri var idi. Solovyovada 900, Tereşkovada 78, Ponomaryovada isə 10 paraşütlə tullanma təcrübəsi var idi. Lakin Ponomaryova pilot idi, onun hesabında 320 uçuş saatı var idi və ali təhsilli idi. Solovyova da təhsildə ondan geridə qalmırdı. Tereşkovanın üstünlükləri isə işçi qadın olması idi. Komsomol komitəsinin katibi olan Tereşkova toxuculuq fabrikində işləmişdi. 1963-cü ilin mayında baş konstruktorlar artıq dövlət komissiyasına sistemlərin hazırlığı ilə bağlı məlumat verirdilər. Lakin hələ də kabinədə kimin əyləşəcəyi məlum deyildi. Korolyov Tereşkovanın uçmasını istəyirdi. Həkimlər isə başqa fikirdə idilər. Tibbi göstəricilərə görə Tereşkova heç də ön pillələrdə deyildi. İlk pillələrdə Valentina Ponomaryova və İrina Solovyova idi. Ponomaryovanı eyni zamanda elmlər akademiyası dəstəkləyirdi. Lakin Tereşkovanın mübarizə əzmi və bəzi siyasi gedişlər sonda seçimin Valentinanın lehinə olmasına gətirib çıxartdı. Nikita Xruşşov sonda Valentinanı seçdi. Maraq üçün qeyd edək ki, digər 4 namizəd isə heç vaxt kosmosa uça bilmədi və bir daha qadının kosmosa uçmasına bir müddət zaman tələb olundu.

Bıkovskili “Vostok 5” və Tereşkovalı “Vostok 6” gəmiləri 1 gün intervalla 7 və 8 iyun uçmalı idi. Bəli, Tereşkovadan əvvəl kosmosa başqa bir sovet kosmonavtı da göndərilirdi. Lakin müəyyən səbəblərə görə Bıkovskinin uçuşu və buna görə də Tereşkovanın uçuşu gecikirdi. Bütün bunlar kosmonavtların dərin stress keçirməsinə səbəb olurdu və əvəzedici pilotlar da o zaman gündəmdə idi. Təsadüfi deyildi ki, ilk qadın kosmanavtın birdən-birə 2 əvəzedicisi var idi. Rəsmi sənədlərdə bu hal qadın orqanizminin mürəkkəbliyi ilə izah olunurdu. Nəhayət uçuşun gecikməsinə səbəb olan bütün nasazlıqlar aradan qaldırıldı və start günü gəlib çatdı. 16 iyun 1963-cü il. Televizorun ekranlarından gülümsəyən “Çayka” göründü, daha sonra hər kəs diktorun səsini eşitdi. “Sovet ittifaqının vətəndaşı yoldaş Valentina Vladimirovna Tereşkova tərəfindən dünyada ilk dəfə Yerin orbitinə qadının idarə etdiyi “Vostok 6” kosmik gəmisi buraxılmışdır. Gəmi orbitdə 71 saat qaldı, hansı ki bu vaxt ərzində o 48 dəfə Yeri dövr edərək 2 milyon kilometr yol qət etdi. Müqayisə üçün qeyd edək ki, Yuri Qaqarin kosmosda 107 dəqiqə qalaraq Yeri bir dəfə dövr etmişdir. Bundan başqa Tereşkovanın yerləşməsi və yerləşdiyi yer də daha “narahat” idi. Konstruktorlar özləri bu yeri konserva bankası adlandırırdılar. Bu amma uçuş zamanı baş verən sonuncu problem deyildi. Tereşkova iddia edirdi ki, içində olduğu fəza kapsulunun avtomatik idarəetmə sistemi səhv qurulubmuş. O, atmosferə daxil olmağa hazırlaşanda kapsulun daxil olma bucağının az qala 90 dərəcə səhv olduğunu görmüş və sözlərinə inanmaq istəməyən heyətə uzun müddət yalvarmaq məcburiyyətində qalmışdı ki, səhvi düzəltsinlər. İkinci gün göndərilən siqnallarla kapsulun atmosferə daxil olma bucağı düzəldilmiş və Tereşkova Yerə kömürləşmiş olaraq qayıtmaqdan xilas olmuşdu!

Uçuşdan sonra Valentinanı əsl kosmik məşhurluq gözləyirdi. O, Sovet İttifaqı Qəhrəmanı və eyni zamanda general rütbəsini aldı. Aydakı kraterlərdən biri və 1671 Çayka kiçik planeti onun şərəfinə onun adı ilə adlandırıldı. “XX yüzilliyin ən nəhəng qadın siması” fəxri titulunu aldı.

Bir daha kosmosa gedə bilməyən Tereşkova, SSRİ-nin əsas simalarından biri kimi öz ölkəsinə xidmət etdi və müxtəlif siyasi vəzifələrdə işlədi. Sovet dövründə o, siyasətin hər sahəsində aktiv bir şəkildə fəaliyyət göstərdi. İttifaqın dağılması da onu siyasətdən həmişəlik uzaqlaşdıra bilmədi. 4 dekabr 2011-ci ildə “Vahid Rusiya” partiyasından deputat seçilmişdir. Belə ki, Rusiyanın Yaroslav vilayətinin qubernatoru “Vahid Rusiya” partiyasının bölgə siyahısına rəhbərlik edən Sergey Vaxrukov dövlət dumasına altıncı çağırışda öz istəyi ilə mandatından imtina etmişdir. Nəticədə siyahıda ikinci yerdə duran Tereşkova onun yerinə keçib.

Bir çox fəaliyyətlərinin olmasına baxmayaraq, Valentina Tereşkova həm kitablarda, həm də şüurumuzda ilk qadın kosmonavt kimi qalmışdır. Ondan sonra dəfələrlə qadın kosmonavtlar kosmosa getsə də, bütün qadınlar yalnız ekipajın daxilində kosmosda olmağa müvəffəq olmuşlar. Lakin Valentina isə dünyada ilk və yeganə kosmosa tək uçmuş qadın kosmonavtdır.

STAY CONNECTED

20,764FansLike
2,458FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...