Valyuta nədir?

Post date:

Author:

Category:

Valyuta (italyanca-“valuta”, tərcümədə qiyməti, dəyəri ifadə edir) hər hansı müstəqil dövlətin pul nişanəsidir (məsələn, ABŞ-da dollar, Böyük  Britaniyada funt sterlinq, Azərbaycanda manat və s.) . Valyuta ölkənin beynəlxalq iqtisadi mübadilədə və digər beynəlxalq  əlaqələrdə iştirak edən pul vahidi, milli banknotudur.

Valyutaya eyni zamanda beynəlxalq razılıqlar əsasında yaradılan hesablarda yazı kimi mövcud olan hesablaşma pul vahidləri də daxildir. Valyuta münasibətləri nisbi müstəqilliyə malik olub, tədiyə balansı, valyuta kursu, kredit əməliyyatlar üzrə hesablaşma vasitəsi ilə həyata keçir. Valyuta münasibətləri ayrı-ayrı ölkələrin iqtisadi inkişaf səviyyələrinin və onlar arasındakı beynəlxalq iqtisadi münasibətlərin təkmilləşməsində əsas rol oynayır.

Milli valyutanın beynəlxalq hesablaşmalarda tətbiq edilməsi və onun xarici pul vahidlərinə dəyişdirilməsi ölkənin valyuta qanunları ilə tənzim edilir. Belə ki, bir ölkənin milli valyutası valyuta bazarında başqa ölkənin valyutasına dəyişdirilir və ya alınıb satılır.

Valyutalar işləmə qaydasından asılı olaraq 3 yerə bölünür:

  • Tam çevrilən
  • Qismən çevrilən
  • Çevrilməz (çevrilmə qabiliyyəti olmayan qapalı valyutalar)

Valyuta qanunlarında heç bir məhdudiyyət qoymayan ölkələrin valyutaları tam çevrilən (sərbəst) valyuta adlanır. Belə valyutalar xüsusi icazə olmadan hər hansı bir ölkənin valyutası ilə dəyişdirilə bilər. Buna valyutanın konvertləşdirilməsi deyilir. Belə valyutaya ABŞ, AB ölkələri ,Yaponiya və s. ölkələrin pul vahidlərini misal göstərmək olar.

Qismən çevrilən valyutalara valyuta qanunlarına əsasən yalnız müəyyən sahələrdə dəyişdirilməsinə icazə verilən valyutalar aiddir. Dünyanın bir sıra ölkələrinin valyutaları çevrilmə qabiliyyəti olmayan valyutalar hesab olunur.

Bütün milli valyutalar  “kağızdır’’ . Kapitalizm dövründə pul sisteminin hökmran formaları kimi ya bimetallizmi , ya da gümüş monometallizmi ayırmaq olar. XIX əsrin əvvəllərində Böyük Britaniyada (XIX əsrin ikinci yarısında digər ölkələrdə) qızıl bimetallizm yaranmağa başladı – kapitalizmin ümumi böhran dövrü üçün kağız bimetallizm xarakterikdir. Burada ümumi ekvivalent rolunu qızıla dəyişdirilməyən banknotlar və yalnız tədavül və tədiyə vasitəsi funksiyalarını qızılı əvəz edən kağız pul yox, qızıl oynayır. Bununla belə, dəyər nişanları , bir qayda olaraq, qızılın azalan miqdarını təmsil edir, çünki banknotlar və kağız pullar inflyasiyaya məhkumdur.

II Dünyanın ən dönərli valyutalarından hesab olunan , hətta ən əsas 2 valyuta belə deyə biləcəyimiz iki valyuta – ABŞ dolları və Avronun yaranma tarixinə nəzər salaq.

Dollar necə yarandı?

Dollar sözünün yaranma səbəbi olaraq deyə biləcəyimiz pul vahidi XVI əsrdə,  indiki Çexiya ərazisində yerləşmiş Bohemiya Krallığının Joachimsthal qəsəbəsində istifadə olunmağa başlayan gümüş sikkə idi.

Alman dilində olan Joachimsthal kəliməsi ‘’Joachimin vadisi’’ mənasını verirdi . İlk belə sikkə Joachimsthaller adı ilə 1520-ci ildə dövriyyəyə buraxıldı. Daha sonra ‘’thaller’’şəklində qısaldılan Joachimsthaller sikkəsinin bir üzündə Bohemiyanın simvolu olan aslan və kral II. Luisin adı , sikkənin digər üzündə isə Müqəddəs Məryəmın atası  Joachimin qabardılmış şəkli əks olunmuşdu.

Həmin bölgədə istifadə olunan ‘’thaller’’ sözü , macar dilinə taller, Danimarka və Norveç və İsveç dillərinə daler , island dilinə dalur, italyan dilinə tallero, polyak dilinə talar, ingilis dilinə isə dollar olaraq keçdi.

1520-ci ildə Bohemiyada dövriyyəyə buraxılan həmin metal sikkə

Dollar sözü Avropa qitəsindən kənarda ilk dəfə ispanlar sayəsində yayılmağa başladı . İspanlar Amerika qitəsindəki koloniyalarında və Filippində bu pul vahidindən istifadə etməyə başladılar. Şimali Amerikadakı ingilis koloniyalarında isə 1690-cı illərdə kağız pul dövriyyəyə çıxmağa başladı . 1700-cü illərin sonunda ABŞ müstəqil olduqdan sonra Şimali Amerikadakı İspan Dolları dəyər qazandı.

Bundan sonra Virciniya kimi əyalətlərdə yerli pul vahidi olaraq istifadə olunan İspan  Dolları , Qitə Konqresi tərəfindən ABŞ-ın pul vahidi olaraq  səlahiyyətləndirildi və İspan Dollarına bənzər kağız pullar dövriyyəyə buraxıldı. Ancaq bu pul sürətlə dəyər itirməyə başladı. 1785- ci ildə  ABŞ dolları , Birləşmiş Ştatların rəsmi pul vahidi olaraq qəbul edildi. 1791-ci ildə ABŞ Mərkəzi Bankının qurulmasından sonra 1792-ci ildə ABŞ-ın zərbxanası quruldu və İspan Dolları ilə eyni ekvivalentdə gümüşə sahib ABŞ dolları dövriyyəyə buraxıldı. 1800-cü illərdə ABŞ dollarında gümüş ekvivalenti böyük ölçüdə azaldıldı. İlk ABŞ banknotu isə 1861-də dövriyyəyə buraxıldı.

İspan Dolları, İspaniya İmperiyası koloniyalarını itirdikdən sonar tarixə qovuşdu. Dollar hazırki dövrümüzdə ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya başda olmaqla bir çox ölkənin milli pul vahididir. ABŞ dolları isə ABŞ-dan başqa Ekvador, Marşall adaları, Zimbabve, Palau, Mikroneziya, Şərqi Timor və  Salvador kimi ölkələrdə , Avstraliya Dolları isə Nauru və Kiribati kimi ölkələrdə istifadə olunur.

ABŞ Dolları
100 Avstraliya dolları

ABŞ dollarından sonra dünyanın ən böyük ikinci valyutası olan avro 1999-cu ildə imzalanmış sazişlə Avropa İttifaqının yeni valyutası oldu. 2002-ci ildə isə istifadəyə verilmişdir. 

Avropa İttifaqına üzv olan ölkələr gələcəklərini təmin edə bilmək adına ortaq pul vahidindən istifadə etmək istədilər. Avronun tək pul vahidi olaraq istifadə edilməsi Avropa Birliyi ölkələri arasında ticarət əlaqələrinin daha asan həyata keçməsini təmin etdi.

2002-ci ildə dünya tərəfindən istifadə edilməyə başlansa da, avronun təməli əslində 1995-ci ildə reallaşan Avropa Şurası konfransında atıldı. Yeni bir Avropa Valyuta Sisteminin qurulmasına imkan tanıyan bu pul vahidində, dünyanın ən güclü ölkələri arasında olan İngiltərə yer almır. İngiltərənin Avrodan istifadə etməməsinin bir çox səbəbləri sıralansa da, əsl səbəb poundun hələ də güclü olmasıdır. 

1997-ci ildə Amsterdam sammiti Avropa İttifaqına üzv ölkələrin büdcə sahəsindəki intizam qaydalarına daimi uyğunlaşmasını təmin etmək məqsədi güdən Stabillik və İnkişaf Paktının yaradılmasını təsdiqlədi.

17 noyabr 1997-ci ildə ECOFIN (üzv ölkələrin iqtisadiyyat və maliyyə nazirlərinin iştirakı ilə yaradılan şura), Avro banknotlarının və sikkələrinin 1 yanvar 2002-ci ildən qüvvəyə minməsini qərara aldı.

1998-ci ildə Brüsseldə bir araya gələn Aİ üzvləri, hansı ölkələrin avroya keçməsinə qərar verdi. Bu ölkələrin istifadə etdikləri pul vahidlərinin qarşılıqlı sabit məzənnə dərəcələri qərarlaşdırıldı. Maastrixt razılaşmasıyla birlikdə meyarlara uyğunlaşan ölkələr avroya keçməyə haqq qazandı. Bu ölkələr Almaniya, Avstriya, Belçika, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq və Portuqaliya idi. O zamandan bəri avro Avropa İttifaqının rəsmi valyutası oldu.

Avropa İttifaqına  üzv olmayan bəzi ölkələr avro istifadə edə bilirlər. Andorra, Monako, San Marino və Vatikan Aİ üzvü deyil, ancaq müqavilələr çərçivəsində avrodan istifadə edirlər. Monteneqro, Kosovo və Zimbabve AB ilə müqavilə imzalamadan avrodan istifadə edirlər.

Avro əskinazları

Valyuta Sistemi

Valyutanın fəaliyyəti ilə bilavasitə bağlı olan iqtisadi və hüquqi münasibətlərin məcmusu valyuta sistemi adlanır. Valyuta sisteminin məqsədi ölkə daxilində və ölkələr arasında pul hesablaşmalarının təmini üçün şərait yaratmaqdır.

Valyuta sisteminin ən mühüm elementlərinə aiddir:

  • Valyuta məzənnəsinin seçilməsi
  • valyuta məhdudiyyətlərinin mövcud olub-olmaması
  • valyutaların qarşılıqlı çevrilməsi şərtləri
  • beynəlxalq valyuta və qızıl bazarlarının işi
  • beynəlxalq valyuta-kredit təşkilatlarının, məsələn,Beynəlxalq Valyuta Fondunun statusu və.s.

Milli valyuta sistemi

Ölkənin valyuta münasibətlərinin təşkilinin milli qanunvericilikdə müəyyən edilmiş formasıdır. Milli valyuta sisteminin əsasını ölkənin pul vahidi təşkil edir. Daha geniş mənada valyuta dedikdə, beynəlxalq hesablaşmalarda istifadə edilən və milli valyuta ilə ifdadə olunan pul öhdəliyi və ya hər hansı tədiyə sənədi nəzərdə tutulur.

Valyutaya tələb və təklif ölkənin müxtəlif valyutalar şəklində ifadə edilmiş xidmətlərin, əmtəələrin beynəlxalq mübadiləsində və kapitalın hərəkətində vasitəçi rol oynayan pul öhdəliklərindən və pul tələblərindən asılıdır. Ölkələrin valyuta qanunvericiliyi milli valyutadan beynəlxalq hesablaşmalarda istifadə etməyin formalarını və mümkünlüyünü, eləcə də milli valyutanın xarici ölkələrin pul vahidləri ilə mübadilə edilməsi qaydasını tənzimləyir.

Dünya valyuta sistemi

Beynəlxalq valyuta, kredit və hesablaşma münasibətlərinin ölkələrarası sazişlərdə təsbit edilən təşkilati formasıdır. Tarixən birinci dünya valyuta sistemində pul qismində yalnız qızıl və gümüş kimi nəcib metallardan sonra isə yalnız qızıldan istifadə edilmişdir. Qızıl standartı adlanan bu mexanizm qızıl-sikkə, qızıl-külçə və qızıl-deviz standartları şəklində mövcud olmuşdur.

XIX əsrdə beynəlxalq ticarətin inkişaf etməsi ilə əlaqədar əksər ölkələrdə qızıl-sikkə standartı tətbiq edilmişdir (Paris valyuta sistemi). Həmin vaxtdan etibarən valyutaların məzənnəsi və dəyəri pul vahidinin tərkibindəki qızılın miqdarı ilə müəyyən edilməyə başlamışdır. Qızıl sikkələr sərbəst şəkildə zərb edilirdi . Bu halda bəzi nişanları, məsələn, başqa metallardan hazırlanmış sikkələr və bank biletləri qızıl ilə sərbəst mübadilə edilə bilərdi .

Valyuta idarələri və ya dövlət bankları kağız pulları müvafiq miqdarda qızıla mübadilə etməyə brclu idi. Banklar qızılı çox vaxt beynəlxalq bazarda tədarük edirdi. Hər bir milli valyutanın qızıl tərkibi vardı və bu tərkibə uyğun olaraq həmin valyutanın pariteti müəyyən olunurdu. Valyuta pariteti müxtəlif ölkələrin pul vahidlərinin tərkibində olan qızılın çəki ilə miqdarının nisbətidir.

Valyuta məzənnəsi

Bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində ifadə olunan qiymətidir. Valyutanın məzənnəsinin müəyyən edilməsi “valyuta kotirovkası” adlanır. Təsbit olunmuş valyuta məzənnəsi sistemi (1944-1970) qızıl-valyuta standartlarına əsaslanırdı ki, burada ehtiyat kimi dollar və qızıl çıxış edirdi. Dünya valyuta münasibətləri haqqında sazişi imzalayan ölkələr dollarda və ya qızılda  (1 unsiya qızıl = 35 dollar nisbəti olduğu zaman) öz valyutalarının məzənnələrini təsbit etdilər. Yamayka valyuta sistemi çərçivəsində üzən valyuta məzənnəsi rejimi qanuni hal aldı və Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsi ilə dövlətlərarası valyuta tənzimlənməsi gücləndi.

Beynəlxalq valyuta münasibətləri sferasında birbaşa kotirovka yayılmışdır ki, burada xarici valyutanın müəyyən vahidinin qiyməti (adətən 1, 100) bu ölkənin pul vahidlərində ifadə olunur. Mərkəzi emissiya bankı, yaxud hər hansı hökümətin valyuta orqanı tərəfindən müəyyən edilən rəsmi məzənnə və valyuta bazarında (birjalarda) yaranan sərbəst məzənnə fərqləndirilmir. Valyuta məzənnəsinin dəyişməsi xarici iqtisadi əlaqələrin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir etmək iqtidarındadır.

Belə ki, milli valyutanın məzənnəsinin aşağı düşməsi , bir qayda olaraq , ölkənin ixracat imkanlarını yüksəldir, məzənnənin artması isə onu pisləşdirir. Valyuta məzənnəsi dövlət tənzimlənməsinin mühüm obyekti hesab olunur.

Tənzimlənmə aləti kimi dövlət aşağıdakılardan istifadə edir: valyuta müdaxiləsi, diskont siyasəti, valyutaların devalvasiyası və revalvasiyası, valyuta möhtəkirliyi və s.

İstifadə olunmuş mənbələr:

Böyük İqtisadi Ensiklopediya V cild səh.271-284 , Bakı 2012

https://www.sozcu.com.tr/2016/ekonomi/iste-gozumuzu-ayirmadigimiz-dolarin-tarihi-1538383/

https://www.paradurumu.com/altin-dolar-euro/euro-nasil-ortaya-cikti-haberi-3923

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Tofiq Cəfərovhttp://rezonanss.com
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN, İQTİSADİYYAT VƏ COĞRAFİYA ÜZRƏ MƏQALƏLƏR YAZIR.

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...