Vərəmin əlamətləri nədir, yoluxma yollları nələrdir? Vərəmin ilkin forması.

Post date:

Author:

Category:

Vərəm xəstəliyinin 3 əsas klinik-morfoloji növü var.

İlkin vərəm – insanın vərəm mikrobları ilə ilk kontaktı və yoluxması nəticəsində inkişaf edən birinci vərəm xəstəliyinə deyilir.

Çox əksər hallarda ilkin vərəm ağciyərdə, az hallarda isə alimentar yolla yoluxma nəticəsində bağırsaqlarda, yaxud da kontakt  yolla yoluxma nəticəsində dəridə də inkişaf edir. Adətən uşaq yaşlarda təsadüf edilir. Lakin uşaq yaşlarda vərəm əleyhinə peyvəndlərlə əlaqədar hal-hazırda cavan və orta yaşlarda da başlana bilir.

Vərəmin digər klinik-morfoloji növlərindən fərqli olaraq ilkin vərəm aşağıdakı xarakter xüsusiyyətlərlə səciyyələnir:

~Vərəm mikobakteriyaları ilə ilk yoluxmadan sonra başlanır;

~Tuberkulin sınağının müsbət olması nisbətən yaxın dövrlərə rəsadüf edir;

~Adətən uşaq və cavan yaşlarda rast gəlinir.Hematogen və ikincili vərəm isə əksərən orta və yaşlı şəxslərdə inkişaf edir;

~Orqanizmin vərəmə qarşı heç bir immunitetinin olmaması şəraitində başlandığı üçün özünəməxsus morfogenetik inkişafa və morfologiyaya malik olur;

~İlkin vərəm zamanı tez tipli hiperhəssaslıq reaksiyası baş verir və ya üstünlük təşkil edir.Elə bu səbəbdən də ilkin vərəmin morfologiyasında damar-eksudativ və eksudativ-nekrotik toxuma dəyişiklikləri üstünlük təşkil edir;

~Digər növ vərəmlərdən fərqli olaraq ilkin vərəm lokalizə olunduğu yerdən digər üzv və toxumalara da yayılmağa,yəni generalizasiyaya meyilli olur;

~Digər vərəmlərdən fərqli olaraq ilkin vərəm zamanı,xüsusilə də onun remissiya fazasında orqanizmdə ilkin vərəm üçün xarakter paraspesifik dəyişikliklər də inkişaf edir.

İlkin vərəmin morfologiyası ilkin vərəm kompleksindən ibarətdir.Buna ilkin vərəm triadası da deyilir.İlkin vərəm kompleksi 3 komponentdən təşkil olunur:

1.İlkin vərəm ocağı: Buna ilkin vərəm affekti,yaxud lokal spesifik ocaq da deyilir.

2.Limfangit.

3.Limfadenit.

İlkin vərəm ocağı adətən vərəm mikobakteriyalarının toxuma ilə ilk kontaktı nahiyəsində formalaşır. Beləliklə də aerogen yolla yoluxma zamanı ən çox sağ ağciyərin daha yaxşı aerasiya olunan, yəni subplevral III,VIII, IX və  X seqmentlərində yerləşir.

Proses başlanarkən əvvəlcə damar – ekssudativ toxuma reaksiyası baş verir və seroz ekssudativ iltihab ocağı yaranır.Lakin bu ocaq tez tipli hiperhəssaslıq reaksiyası nəticəsində çox qısa müddətdə nekrozlaşaraq kazeoz nekroz ocağına çevrilir. Daha sonra isə bu kazeoz nekroz ocağı ətrafında qısa müddətdə yenidən ekssudativ toxuma reaksiyası baş verir, nekroz ocağı ətrafdan reaktiv seroz ekssudat zolağı ilə əhatə olunur. Bununla da mərkəzində kazeoz nekroz, periferik hissəsində isə ekssudativ iltihabi zona olan kazeoz pnevmoniya ocağı – ilkin vərəm ocağı və ya affekti yaranır.Ölçülərinə görə bu pnevmoniya ocağı ya alveolit, ya da asinar, lobulyar, seqmentar və ya lobar pnevmoniya şəklində inkişaf edir.Yəni onun ölçüləri bir neçə mm-dən bir neçə sm-ə qədər ola bilir.

İlkin vərəm ocağı çox vaxt subplevral seqmentlərdə yerləşdiyi üçün adətən prosesə plevra da qoşulur və visseral plevranın müvafiq hissəsində finrinoz xarakterli ekssudativ plevrit inkişaf edir. İmmun komplekslərin destruktiv təsirinə daha davamlı olduqları üçün ilkin vərəm ocağı nahiyəsində olan bütün elastik və retikulin liflər uzun müddət öz strukturlarını saxlamış olurlar.

   Limfangit. İlkin vərəm ocağından toxuma mayesini ağciyər qapısındakı limfa düyünlərinə aparan limfa damarlarında baş verir.İlkin vərəm ocağındakı vərəm çöpləri qısa müddətdə həmin limfa damarlarına da keçir.Limfa damarlarında limfostaz,damarətrafı sahələrdə kəskin ödem,limfa damarları boyunca limfo-histiositar infiltrasiya,çoxlu sayda vərəm qranulomaları inkişaf edir.Beləliklə,limfa damarlarının vərəm mənşəli iltihabı – kazeoz limfangit baş verir.

Limfadenit. Çox qısa müddətdə vərəm prosesi limfangitə məruz qalmış limfa damarlarından ağciyər qapısındakı ilk rast gəlinən regionar limfa düyününə  — bronxopulmonal,bronxial və bifurkasion limfa düyünləri də keçir.Bu limfa düyünləri kəskin şəkildə böyüyürlər və nekrozlaşırlar.Beləliklə,vərəm prosesinə regionar limfa düyünləri də cəlb olunur və ilkiin vərəm kompleksinin üçüncü komponenti olan spesifik  vərəm limfadeniti baş verir.Onu da qeyd etmək lazimdir ki,limfa düyünlərində vərəm prosesi yalnız ilkin vərəm zamanı inkişaf edir.

 

Related image

İlkin vərəm xəstəliyi yuxarıda göstərilən öz xarakter morfoloji kompleksi ilə tam formalaşdıqdan sonra müxtəlif istiqamətlərdə inkişaf edə bilər. İlkin vərəmin inkişaf variantları, daha doğrusu bu xəstəliyin sonrakı gedişi əsasən 3 istiqamətdə ola bilir:

  1. İlkin vərəmin sağalması;
  2. İlkin vərəm remissiyaya keçərək xroniki şəkil ala bilir. Buna xroniki ilkin vərəm deyilir.
  3. Vərəm prosesinin proqressivləşərək generalizasiyası. İlkin vərəm daha da şiddətlənərək digər nahiyələrə də yayıla bilər.

İlkin vərəmin proqressivləşməsi aşağıdakı 5 formada ola bilir.

  1. Kontakt yolla – ilkin vərəm ocağının daha da böyüməsi yolu ilə.
  2. Limfogen yolla – limfa düyünləri vasitəsilə.
  3. Hematogen yolla.
  4. Kanalikulyar yolla.
  5. Qarışıq formada

 

AĞCIYƏR TOXUMASI

İlkin vərəmin sağalması.

İmmun sistemin qüvvətlənməsi zamanı baş verir. İlkin vərəm formalaşarkən hansı istiqamətdə inkişaf etmişdisə, həmin istiqamətdə də sağalır. Sağalma zamanı əvvəlcə orqanizmin immun sistemi qüvvətlənir, sonra isə sağalma proseslərinə əvvəlcə ilkin vərəm ocağı, daha sonra limfangit və limfadenit məruz qalır.

Ilk əvvəl ilkin vərəm ocağındakı perifokal ekssudat sorulur və ekssudativ toxuma reaksiyası proliferativ toxuma reaksiyası ilə əvəz olunur. Kazeoz nekroz kütləsi içərisində olan vərəm çöpləri faqositoz yolu ilə məhv edilir. Proliferativ hüceyrə zolağında fibroblastlar meydana çıxır və kazeoz nekroz ocağı tədricən birləşdirici toxuma ilə əhatə olunur. Sonra isə kazeoz nekroz kütləsi quruyur və bərkiyir, distrofik kalsinoza məruz qalaraq əhəngləşir və daşlaşır. İlkin vərəm ocağının yerində Qon ocağı yaranır. Bağırsaqlarda lokalizə olunan ilkin vərəm ocağı sağaldıqda isə onun yerində çapıq toxuması yaranır.

Kazeoz limfangitə məruz qalmış limfa damarı sağaldıqda perivaskulyar ödem çəkilir, damar boyunca çoxlu miqdarda yaranmış vərəm qranulomaları sklerozlaşır. Nəticədə limfa damarı bütünlükdə sklerozlaşaraq bağlanır.

Limfa düyünlərində də sağalma ilkin vərəm ocağındakı kimi gedir. Lakin kazeoz zədələnmə burada ilkin ocağa nisbətən daha iri həcmdə olduğu üçün onların sağalması da ağciyərdəki ilkin vərəm ocağına nisbətən ləng gedir və gec başa çatır.

İlkin vərəmin xroniki formaya keçməsi.

Bu o zaman baş verir ki, immunitet yüksəlir  ilkin vərəm ocağında sağalma baş verir. Lakin ilkin vərəm kompleksinə daxil olan kazeoz limfadenitdə proses tam sağalmır, müvəqqəti olaraq nisbi sağalmadan sonra yenidən proqressivləşərək hər dəfə digər yeni-yeni limfa düyünlərinə yayılır. Sonra yenidən nisbi sağalma başlanır və s. Beləliklə orqanizmdə immunitetin hiperergiyanın üstünlük təşkil etməsindən asılı olaraq kəskinləşmə və remissiya fazaları vaxtaşırı olaraq bir-birini əvəz edirlər. Buna xroniki ilkin vərəm deyilir. Xroniki gedişli ilkin vərəmin remissiya dövründə orqanizmin sensibilizasiyası yüksəldiyi üçün müxtəlif qeyri-spesifik amillərin təsirinə qarşı paraspesifik reaksiyalar – Ponse revmatizmi və s. meydana çıxır.

 

QON OCAĞI

İlkin vərəmin proqressivləşməsi  və generalizasiyası

Orqanizmin immunsisteminin kəskin şəkildə zəiflədiyi və hiperergiyanın yüksəldiyi bəzi hallarda ilkin vərəm  daha da şiddətlənə bilir. Bu zaman proses müxtəlif vari¬antlarla öz “ilkin vərəm kompleksi hüdudlarından da kənara çıxır  və nəinki ağciyərin digər nahiyələrinə, hətta bəzən digər üzv və toxumalara da yayılır. İlkin vərəmin proqressivləşməsi aşağıdakı 5 formada ola bilir.

  1. Kontakt yolla – ilkin vərəm ocağının daha da böyüməsi yolu ilə.
  2. Limfogen yolla – limfa düyünləri vasitəsilə.
  3. Hematogen yolla.
  4. Kanalikulyar yolla.
  5. Qanşıq formada
  6. Kontakt yolla, yəni ilkin vərəm ocağının daha da böyüməsi yolu ilə ilkin vərəmin proqressivləşməsi orqanizmi həddən artıq zəifləmiş xəstələrdə baş verir. Ona görə də proqressivləşmənin ən ağır və təhlükəli forması hesab edilir. Bu zaman ilkin vərəm ocağındakı perifokal ekssudativ iltihab zonası da kazeoz nekrozlaşır (kazeifıkasiya). Sonra böyümüş kazeoz nekrozun ətrafında yenidən perifokal ekssudat zonası yaranır. Daha sonra isə qısa müddətdə bu da nekrozlaşır. Beləliklə, ilkin vərəm ocağı, daha doğrusu kazeoz nekroz öz ölçülərini get-gedə artıraraq bütöv bir seqmenti, hətta bütöv bir payı da tuta bilir. Buna kazeoz lobar pnevmoniya və ya total pnevmoniya deyilir və xəstələr adətən bundan ölürlər.

Bəzən isə ilkin ocaq böyüyərək paycıq və ya seqment boyda olur, daxilindəki kazeoz nekroz kütləsi irinləyərək əriyir və bronxa axıb tökülərək boşalır. İlkin ocağın yerində isə boşluq – kaverna (mağara) əmələ gəlir. Buna ilkin kəskin ağ ciyər kaveması deyilir. Proses xroniki formaya keçir, kavernanın divarlarında birləşdirici toxuma – fıbroz kapsula inkişaf etməyə başlayır. Buna isə ilkin xroniki ağciyər kavernası deyilir. İlkin xroniki ağ ciyər kavernası ikincili vərəmdəki fıbroz-kavernoz vərəmə çox oxşayır. Lakin ilkindən fərqli olaraq ikincili vərəmdə kazeoz limfangit və limfadenit olmur, bundan başqa ağ ciyərdə Qon ocağı da aşkar olunur.

  1. İlkin vərəmin Limfogen yolla proqressivleşmesi limfa düyünləri vasitəsilə baş verir. Bu zaman ilkin vərəm kompleksinə daxil olan və iltihablaşmış (kazeoz limfadenit) limfa düyünlərindən vərəm prosesi digər növbəti limfa düyünlərinə də keçir. Həmin qrup limfa düyünlərini tamamilə əhatə edir və digər növbəti bifurkasion, paratraxeal, mediastinal, boyun, qoltuqaltı və s. qrup limfa düyünlərinə də keçir və bu yolla vərəm prosesi daha da şiddətlən¬miş və ya yayılmış olur. Vərəm prosesi ayrı-ayrı qrupları əhatə etdikcə həmin nahiyədə iri düyünlər şəklində konqlomeratlar əmələ gəlir. Konqlomeratlar bir- biri ilə sıx yapışmış, böyümüş və kazeoz nekroza uğramış çoxlu limfa düyün¬lərindən təşkil olunur. Ağciyər kökü yaxınlığında isə onlann arasında iltihablaşmış bronx da olur (vərəm bronxoadeniti). Bu konqlomeratlar, xüsusilə də bronxoadenit rentgenoskopiyada xarici görünüşcə şişə bənzədikləri üçün buna “şişəbənzər bronxoadenit” deyilir.
  2. İlkin vərəmin hematogen yolla proqressivleşmesi vərəm mikobakteriyalarının qana düşməsi və qanla generalizasiyası mexanizmi ilə baş verir. Vərəm prosesinin digər nahiyələrə, üzv və toxumalara da səpələnmə Şəklində yayılmasına disseminasiya deyilir. Hematogen proqressivləşmə adətən ilkin vərəmin ilk dövrlərində baş verir. Vərəm çöpləri qana çox vaxt ilkin vərəm ocağından, ya da limfadenit nahiyəsindən keçir. Qanla başqa yerlərə də yayılan vərəm çöpləri digər üzv və toxumalara düyüncüklər və ya qabarcıqb şəklində çoxlu miqdarda vərəm qranulomalarının əmələ gəlməsinə səbəb olurlar. Ağımtıl-boz rəngdə olan bu düyüncüklər ölçülərinə görə çox xırda – (darı dənəsi boyda, yaxud da iri – 1 sm-dən də çox ola bilirlər. Xırda ölçülü olarsa buna miliar vərəm (yunanca: milus – “darı”), iri ölçülü olduqda isə buna iri ocaqlı vərəm deyilir. Bununla da əlaqədar hematogen generalizasiya olunmuş vərəmin 2 forması ayırd edilir: xırda ocaqlı miliar vərəm və iri ocaqlı vərəm. Hematogən disseminasiyaya ən çox ağ ciyər toxumasının özü, onurğa sütunu, böyrəklər, böyrəküstü vəzlər, diz oynağı, bud-çanaq və digər oynaqlar, perikard, beynin yumşaq qişaları və s. məruz qalırlar.

Hematogen yolla disseminasiya olunmuş vərəm sonradan ya sağalır, ya da xroniki formaya keçir. Bəzən isə ölümlə də nəticələnir. Məsələn, prosesin yumşaq beyin qişalanna yayılması – vərəm leptomeningiti zamanı. Baş beynin yumşaq qişalannın vərəmi adətən beyin əsası nahiyəsində özünü daha qabanq şəkildə büruzə verir. Ona görə də buna əvvəllər bazilyar meningit də deyilirdi. Vərəm zamanı yumşaq qişada tərkibində fibrin telləri və neytrofillər də olan sanmtıl-bozumtul rəngdə ekssudat əmələ gəlir. Seroz-fibrinoz ekssudat fonunda kiçik vərəm qranulomalan da görünür.

Proses sağaldıqda bütün vərəm düyüncükləri sklerozlaşır və onlann yerində kiçik çapıq toxuması qalır. Toxuma səfhələri və ya qatları arasında isə (plevra, perikard, beyin qişalan, müsariqə və s.) çoxsaylı bitişmələr meydana çıxır. Bəzən isə ola bilər ki, klinikada zahirən tam sağalma olsa da, sklerozlaşmış tək-tək vərəm düyüncükləri içərisində vərəm mikobakteriyalan qala bilir və orada uzun müddət – illərlə qeyri-aktiv vəziyyətdə yaşayırlar. Belə “natamam sağalmış” skleroz düyüncükləri müxtəlif üzv və toxumalarda yer¬ləşə bilər. Ağ ciyərlərdə yerləşən belə ocaqlara isə Simon ocaqları deyilir. Ağ ciyərlərdə Simon ocaqlan adətən zirvədə, yəni I—II seqmentlərdə yerləşirlər Klinikada çox böyük patoloji əhəmiyyət kəsb edən Simon ocaqlan endogen infeksiya mənbəyi rolunu oynayırlar.

4. İlkin vərəmin kanalikulyar yolla proqressivləşməsi. İlkin vərəmin yuxarıda göstərilən 3 əsas proqressivləşmə formalarından başqa bəzən onun kanalikulyar variantı da göstərilir. Bu zaman infeksiya ilkin vərəm ocağından anatomik kanallarla – bronxlar və bronxiollar vasitəsilə ağciyərin digər nahi¬yələrinə də yayılır və bu yolla proses daha da şiddətlənmiş olur.

5.İlkin vərəmin qarışıq yolla proqressivleşmesi zamanı isə prosesin şiddətlənərək generalizasiyasında yuxanda göstərilən variantlardan bir neçəsi iştirak edir. Qarışıq yolla proqressivləşmə adətən müxtəlif səbəblərdən immun sistemi çox zəifləmiş xəstələrdə baş verir.

Uşaqlarda vərəmin əlamətləri təxminən böyüklərdə olduğu kimi keçir. Lakin böyüklərdən fərqli olaraq uşaq yaşlarda vərəm özünün bəzi xüsusiyyətləri ilə xarakterizə olunur. Belə ki, uşaq yaşlarda əsas etibarilə ilkin vərəm rast gəlinir; vərəm mikobakteriyalarına yüksək immun həssaslıq və hüceyrə immuniteti çatışmazlığı ilə müşayiət olunur; daim və çox tez olaraq qan və limfa sistemləri prosesə cəlb olunur, proses limfogen və hematogen yollarla proqressivləşir və generalizə olunur, disseminasiya edərək ayrı-ayrı üzvlərdə vərəm törədir. Erkən və pubertat yaş dövrlərində uşaqlar vərəmə daha çox həssaslıq göstərirlər.

Mənbə: Ə.B.Həsənov, Patoloji anatomiya, Tibb Universiteti üçün dərslik

STAY CONNECTED

19,742FansLike
2,189FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....