Virus nədir?

Post date:

Author:

Category:

Çox xırda ölçülərə malik olub, digər mikroorqanizmləri keçirməyən bakterial süzgəclərdən süzülüb keçən və müəyyən hüceyrə quruluşu olmayan canlılara “Viruslar” adı verilir (latınca virus – heyvan mənşəli zəhər deməkdir). “Virus” termini ilk dəfə Hollandiya alimi Beyerinq tərəfindən təklif edilmişdir. Bu canlıların varlığını əvvəllər xəstə heyvan və bitkilərdən sürüntünü sağlam orqanizmə daxil etdikdə, orada xəstəliyin əmələ gəlməsi ilə müşahidə etmişlər.
Viruslar cansızlarla canlı təbiət arasında keçid təşkil edən, hüceyrə quruluşu olmayan bioloji fəal varlıqdır. Onların özlərinə məxsus bioloji xüsusiyyətini saxlamaqla kristallaşması virusların ikili təbiətli olmasını göstərir. Amerika alimi Stenli 1945-ci ildə tütündə alabəzək xəstəliyi törədən virusun iynəvari kristallarını almışdır. Sonralar heyvanların virusları, 1965-ci ildə isə bakteriofaqın kristalları alınmışdır. Kristallaşma virusların xüsusi qabiliyyəti olduğundan, onların birmənalı olaraq canlılara aid olmasına şübhə yaradır. Virusların canlı varlıqlara daxil olmasına şübhə yaradan ikinci xüsusiyyət, onlarda canlı maddəyə xas olan sərbəst maddələr mübadiləsinin olmamasıdır. Viruslarda biopolimerlərin sintezini aparan fermentlərin olmamasına görə inert hissəciyə
bənzəyirlər. Bunların bioloji fəallığı yalnız yoluxdurduğu hüceyrədə müşayiət olunur.
Viruslar sahib hüceyrələrdə çoxalaraq onları tələf edirlər. Virusları hüceyrə quruluşlu orqanizmlərdən fərqləndirən əsas xüsusiyyət onlarda yalnız bir tip nuklein turşusu – ya DNT və ya RNT-nın olmasıdır. Bitkiləri yoluxduranda əsasən RNT, heyvan və
insanları yoluxduranda isə həm RNT, həm də DNT tərkibli viruslar olur. Bununla bərabər viruslarda canlılara xas olan xüsusiyyətlər də vardır. Virusların
tərkibində zülal molekulu, bəzilərində hətta lipid və karbohidrat molekulları da olur. Digər canlılar kimi viruslarda da dəyişkənlik və irsi xüsusiyyətləri nəsildən- nəsilə keçirmək qabiliyyəti vardır. Viruslar üçün səciyyəvi xüsusiyyət onların çoxalmasıdır. Amma bu, hüceyrənin maddələr mübadiləsi və enerji ehtiyatı hesabına baş verir. Beləliklə, viruslar spesifik hüceyrədaxili parazit sayılırlar. Virusların mənşəyi məlum deyil və bu barədə yalnız müəyyən fərziyyələr vardır. Virusların təbiətini, xarici görünüşünü, kimyəvi tərkibini, çoxalmasını, yayılmasını, müxtəlif xəstəliklərdə rolunu, onlarla mübarizə üsulunu və mənşəyini öyrənən elmə virusologiya deyilir. Bu
da öz növbəsində ümumi və xüsusi virusologiyaya bölünür. Virusların təbiətini, çoxalmasını, təsnifatını, morfologiyasını, quruluşunu, kimyəvi tərkibini,
dəyişkənliyini, hüceyrələrlə nisbətini ümumi virusologiya öyrəndiyi halda, xüsusi virusologiya virus xəstəliklərinin etiologiyasını, yayılmasını, diaqnostikasını, profilaktika və müalicə üsullarını tədqiq edir. Virusların ayrılması və virusologiyanın
mühüm bioloji fənn kimi meydana çıxması rus alimlərinin adı ilə bağlıdır. 1886-cı ildə məşhur mikrobioloq N.Hamaley qaramalın taun xəstəliyini öyrənərkən, xəstə heyvanın qanını mikrobları keçirməyən bakterioloji süzgəcdən süzüb, sağlam heyvana keçirir və onun xəstələndiyini görür.
1892-ci ildə botanik D.İ. İvanovski krım tarlasında tütünün alabəzək xəstəliyini öyrənərkən bunun adi mikroblardan fərqli, xırda ölçülü “mikroblar”
tərəfindən əmələ gəlməsini kəşf edir, xəstə bitkinin şirəsini Şamberlap süzgəcindən süzdükdə xəstəlik əmələ gətirən canlıların həmin süzgəcdən keçdiyini,
laboratoriya şəraitində adi qidalı mühitlərdə yetişmədiyini göstərmiş, hətta virusların kristallarını da müşahidə etmişdir. Viruslar formalarına görə bir neçə qrupa bölünürlər:


1) dəyirmi formalı viruslar – heyvan, insan və bitki xəstəlikləri əmələ gətirən viruslar (qrip və qızılça)


2) kubvari formada olan viruslar (çiçək)


3) basil formalı viruslar (arpanın xətli virusu)


4) çöp formalı viruslar (tütündə, kartofda alabəzəklik xəstəliyi törədən viruslar)


5) sapşəkilli viruslar (kartof virusu, şəkər çuğundurun saralmasına səbəb olan virus)

Virusların təsnifatı:

Viruslar kəşf edildikcə onların biologiyası barədə faktiki materiallar da çoxalmış və bu da onları təsnifləşdirməyə imkan vermişdir. Hazırda virusları təsnifləşdirdikdə 1965-ci ildə mikrobioloqların Moskvada keçirilən beynəlxalq konqresdə qəbul olunan təsnifatdan istifadə edilir. Bu təsnifatda nuklein turşuları nəzərə alınmaqla Viruslar tipi iki yarım tipə bölünür:

  1. Tərkibində RNT olan viruslara – Ribovira
  2. DNT-yə malik olan viruslara – Deoxyvira

RNT tərkibli virsulara aşağıdakı qrupları misal göstərmək olar: Ortomyxoviridae (qrip virusları), Paramyxoviridae (buraya qızılca, epidemik parotit və digər viruslar daxildir), Rhabdoviridae (quduzluq, vezukulyar stomatit və s.), Retroviridae (QİÇS virusu və s.), Picornaviridae (enteroviruslar, A hepatit virusu və s.), Reoviridae (reoviruslar, rotoviruslar) və digərləri.

DNT tərkibli viruslar qrupuna isə Poxviridae (məs: təbii çiçək virusu, çiçək vaksini virusu və b. ), Herpesviridae qrupu (sadə herpes, su çiçəyi, sitomeqaliya virusları və s.), Hepadnoviridae (insanın B hepatit virusu), Adenoviridae (insanın adenovirusları), Parvoviridae (adenoassosiyalaşmış viruslar) və digər qruplar daxildir.

Mənbə:

“Mikrobiologiya”- Azərbaycan bölməsi səh: 22;23

https://www.google.com/url?sa=t&source=web&rct=j&url=http://unec.edu.az/application/uploads/2015/07/mikrobiolog.pdf&ved=2ahUKEwia4LKcg4npAhUrtYsKHUwHAHMQFjAAegQIAxAC&usg=AOvVaw0uziD4Bz4c3VhPt2IdRqa9

STAY CONNECTED

19,717FansLike
2,185FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Elekron necə kəşf edildi?

İlkin fikirlər Bizim eradan bir neçə əsr əvvəl qədim yunan alimləri yunla sürtülmüş kəhrəbanın yüngül cisimləri...

Beyin donması nədir?

Sizdə də heç belə olub? Soyuq, şirin, dadlı dondurma yeyirsiniz vəə... Budurr! sanki beyniniz donur! Nə baş verdi?

“Qara qızıl” – Neftin tarixi

Neftin fiziki və kimyəvi xassələri Neft, əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar mayedir....