Vitamin B12 -defisitli anemiya (Ensiklopedik məlumat)

Post date:

Author:

Category:

B12-defisitli anemiya bədxassəli qan azlığıdır. Bu xəstəliyə Adisson-Brimer anemiyası da deyilir. Pernisioz və ya bədxassəli anemiyanı 1855-ci ildə ingilis alimi Adisson, 1868-ci ildə Birmer təsvir etmişdir. Sonralar Fenwick bu anemiyanın ən çox atrofik qastrit zamanı təsadüf edildiyini qeyd etmişdir. Ehrlich belə xəstələrin sümük iliyində meqaloblast hüceyrəsi tapmışdır.

Etiologiyası. 1. Daxili faktorun – qastromukoproteinin olmaması səbəbindən B12 vitamininin sorulmasının çətinləşməsi, əsasən mədənin fundal hissəsinin vəzilərinin atrofiyası, mədə xərçəngi, bağırsaq xəstəlikləri, Kron xəstəliyi.

2. B12 vitamininin həddindən çox istifadə olunması və sümük iliyində mənimsənilməsinin pozulması (bağırsaq parazitləri, disbakterioz,hepatit və qaraciyər sirrozu və s.). Qeyd etmək lazımdır ki, daxili faktora qarşı mədə şirəsində antitellər tapılıb.

3.Qastroqlükoprotein sintezinin pozulması.

4. Spirtli içkilərin təsirindən qastromukoproteinin sintezi zəifləyir.

5. Uzunmüddətli pəhriz zamanı B12 vitamininin çatışmazlığı.

6. Bəzi dərman preparatlarının (bəzi sulfanilamidlər, qıcolma əleyhinə preparatlar) tətbiqi.

Patogenezi. Qanda B12 vitamininin miqdarının azalması nəticəsində fol turşusu özünün aktiv formasına – folin turşusuna çevrilə bilmir. Bu isə qanyaradıcı hüceyrələrdə DNT-nin sintezinin pozulmasına səbəb olur, hüceyrə yetişməsi baş vermir. Eritrositlər böyüyərək meqaloblastlara çevrilir. Sonuncuların çox hissəsi özünün yetişkən formasına (meqalosit) çatmamış elə sümük iliyində məhv olurlar. Beləliklə, qanyaranma embrional dövrə məxsus xarakter alır.

Klinik mənzərəsi. Xəstəliyin klinik gedişində ən çox qan törədici hüceyrələr, həzm və sinir sistemi müxtəlif formada dəyişikliyə uğrayır. Tədricən xəstələrdə tez yorulma, zəiflik, ürək döyüntüsü, təngnəfəslik baş verir. Bu hal ən çox fiziki gərginlik zamanı baş verir. Çox xəstələr uzun müddət dispeptik pozğunluqdan şikayət edirlər. Xəstəlik ən çox yaşlı, bəzən də cavan adamlarda müşahidə edilir. Belə xəstələrin dəri rəngi solğun və sarı rəngdə olur. Gözlərində sarılıq müşahidə edilir. Xəstələrdə subfebril temperatur, dillərində ağrı, iltihabi proses, qlossit əlaməti tapılır, dil tünd moruğu rəngdə, səthi hamarlaşmış, sanki laklanmış şəkil alır (Xanter simptomu), dalaq böyümüş olur. Mədə bağırsağın rentgenoskopiyasında evakuasiya fəaliyyətinin pozğunluğu, selikli qişanın atrofiyası müəyyən edilir.

Sinir sistemində funikulyar mieloz (onurğa beyninin arxa yan köklərinin zədələnməsi), ilkin paresteziya, soyuqluq hissi, əzələ zəifliyi əzələ atrofiyası müəyyən edilir. Xəstələrdə polinevrit əlamətinə onurğa beyninin dəyişikliyi də qoşulur. Bəzi xəstələr iybilmə qabiliyyətini də itirirlər. Q.A. Alekseyev ağır trofik dəyişiklik zamanı çanaq orqanlarının funksional pozğunluğunu da müşahidə etmişdi. Ağır hallarda sinir sistemi tərəfindən psixi pozğunluə, sayıqlama, eşitmə, görmə hallüsinasiyaları da olur, dadbilmə pozulur, epileptik tutmalar baş verir, aşağı ətraflarda iflic və ümumi kaxeksiya halı inkişaf edir.

Qanın analizi. VitaminB12-nin defisiti zamanı hiperxrom anemiya, bəzən normoxrom anemiya inkişaf edir. Qanın analizində oval formada çox böyük həcmli eritrositlər nüvə qalığı ilə (Jolli cismi, Kebot həlqəsi), tipik makrositoz müşahidə edilir. Periferik hüceyrədə leykositlərin, trombositlərin miqdarı azalır. Sümük iliyində meqaloblastlar tapılır. Metamielositlərin, çubuə nüvəlilərin, seqment nüvəli leykositlərin həcmi və sayı artır. Hiperbilirubinemiya sümük iliyində baş verən məhvolma ilə əlaqədar meydana çıxır. Kəskinləşmə dövründə zərdab dəmirinin miqdarı da arta bilər. Eritrositlərin həyat tutumu da azalır.

Müalicəsi. Əsas prinsip:

1)Əsas səbəbi aradan götürməli;

2) Qidanı və həyat tərzini düzgün qurmalı;

3) Xəstələrə yüksək dozada vitamin B12 təyin olunmalıdır (200-400 mkq), müalicə 4-6 həftə aparılmalıdır. Əgər fol turşusunun və dəmirin çatışmazlığı yoxdursa, müalicədə bu dərmanların təyinatına ehtiyac olmur. Sonradan həftədə bir dəfə saxlayıcı doza siankobalamin 500 mkq təyin edilməlidir. Qastroektomiyadan sonra əzələyə mütəmadi vitamin B12 vurulmalıdır. Nadir halda eyni qrup və rezusdan olan eritrosit kütləsi yeridilməlidir. Qaraciyər preparatlatlarından vitohepat, sirepar yeritmək olar.

Mədə-bağırsaqda olan patoloji proses aradan götürülməlidir. Xəstəliyin anadangəlmə, irsi formalarının müalicəsi xeyli çətindir.

STAY CONNECTED

20,443FansLike
2,290FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.