Diklofenak (Voltaren) dərmanının təsirləri

Post date:

Author:

Category:

Diklofenak dərmanının farmakoterapevtik qrupu: Qeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP)

Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG 2-lər ağrı və iltihabi proseslərlə əlaqəli prostoqlandinlərin biosintezində iştirak edirlər. Fenilsirkə turşusunun törəməsidir. Voltaren iltihab əleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir.  Müxtəlif səbəblərdən əmələ gələn kəskin və xroniki iltihab və ağırlarda ilkin müalicədə istifadə oluna bilər. Mədədə  qoruyucu mukus sintezini azaltdığı üçün mədə-bağırsaq xorası inkişaf riskini artırır, lakin digər QSİƏP-lərə nisbətən qastroinstestinal xora əmələ gətirmə riski daha azdır. Voltaren mizoprostol ilə birlikdə istifadə olunduqda mədə xorası riskini azaldır, ancaq yan təsir kimi diareya ortaya çıxa bilər.

Farmakokinetikası:

Tez və tamdır. Qida ilə birlikdə qəbul olunsa absorbsiya sürəti 1-4 saat gecikir və maksimal konsentrasiya (Cmax) 40% azalır. Aktiv maddənin  60%-i “ilk keçid” zamanı metabolizə məruz qalır. Biomənimsənilməsi  60% -dir. Absorbsiyası 25-150 mg aralığında doza ilə əlaqəlidir. 50 mq peroral qəbuldan sonra 1,5 mkq/ml səviyyəsində  maksimal konsentrasiyası (Cmax) 2-3 saatdan  sonra əldə edilir.

Xaric olunur:

Ümumi dozanın 60-70 faizi böyrəklər vasitəsi ilə metobolitlər şəklində xaric olur, qalan 30 faizi isə nəcislə (ödlə) xaric olur. Ağır böyrək çatışmazlığı zamanı metobolitlərin ödlə xaric olunması artır.   

İstifadəsinə göstərişlər:  

  • Osteoartroz
  • Revmatoid artrit
  • Ankilozlaşdırıcı spondilit
  • İltihabla müşayiət olunan posttravmatik ağrı sindromu
  • Əməliyyatdan sonrakı dövrdə ağrı hissi və iltihab ödemini azaldılmasında
  • Zəif və orta güclü ağrı sindromlarında
  • Baş ağrısı
  • Miqren
  • Diş ağrısı
  • Dismenoreya (ağrılı mensturasiya)

Əks göstərişlər:

  • Mədə və bağırsağın eroziv-xoralı xəstəliyində
  • Bağırsağın iltihablı xəstəliyində (Kron xəstəliyi) Və.s.
  • Hamiləliyin 3. Trimestri, ana südü ilə qidalandırma dövrü
  • Ürək çatışmazlığı (II-IV sinif)
  • Serebrovaskulyar pozğunluq
  • Hemostaz (Qan yaranma) pozğunluğu
  • Hiperkaliemiya
  • Ağır böyrək çatışmazlığı
  • Laktozaya qarşı dözümsüzlük
  • 15 yaşa qədər uşaqlar

Əlavə təsirləri:

  • Həzm sistemində: qarın ağrısı, qusma,ishal, dispepsiya,MBT- nın qanaxması və ya xorası
  • Qaraciyərdə baş verən pozğunluqlar: QSİƏP-lar arasında ən çox aminotransferaz fermentini yüksəldən maddədir.
  • Böyrəkdə: Kəskin böyrək çatışmazlığı, artmış plazma kreatinini, hematuriya, nefrotik sendrom
  • Dəridə: qızartı, angiyoödəm
  • Qan və limfa sistemində: Anemiya, trombositopeniya
  • Baş ağrıları, vertiqo,tremor, qıcolmalar, yorğunluq…

Doza həddinin aşılması zamanı:

Simptomlar:

  • Qusma
  • Mədə-bağırsaq qanaxması
  • Qulaqda səs
  • Baş gicəllənmə
  • Hipertenziya
  • Tənəffüsün zəifləməsi
  • Qıcolmalar
  • Hepatotoksik təsir

Mənbə:

https://go.drugbank.com/drugs/DB00586

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm

Mandela Effekti – “Əzbərə bildiyimiz” şeyləri həqiqətənmi doğru xatırlayırıq?

Effekt barədə danışmazdan əvvəl, bu terminə adını verən şəxs – Nelson Mandela barədə danışmaq lazımdır. Siyasi azadlıqlar döyüşçüsü barədə.Apardığı fəal mübarizəyə...

Əsrarəngiz yunan küçə filosofu Sokrat haqqında 7 fakt

Jak-Lui David tərəfindən çəkilən bu məşhur "Sokratın ölümü" rəsm əsərində Sokrat, ardıcılları ilə əhatələnərək zəhərlə dolu (red. baldırğan) fincanı içdiyi təsvir olunur.