Voyniç manuskripti. Deşifrə olunmamış əlyazma.

Post date:

Author:

Category:

Manuskriptin ilk səhifəsi
Manuskriptin ilk səhifəsi

Voyniç əlyazması və ya Voyniç manuskripti ( ing. –Voynich Manuscript) 15-ci əsrdə naməlum müəllif tərəfindən naməlum dildə və naməlum əlifbanın tətbiqi ilə yazılmış  illüstrasiyalı kitabdır.

Əlyazmanın üz qabığı
Əlyazmanın üz qabığı

 

Bəs niyə Voyniç əlyazması?

michal_wojnicz_c-_1885
Uilfrid Voyniç

Kitab onu 1912-ci ildə əldə etmiş antikvar Uilfrid Voyniçin adını daşıyır. Uilfrid Voyniç isə məşhur irland və ingilis yazıçısı Etel Lilian Voyniçin həyat yoldaşıdır. 1959-cu ildə bukinist Hans Kraus əlyazmanı Voyniçinlərin varisindən 24.500 ABŞ dollarına almış və 1969-cu ildə  Yel Universitetində yerləşən  Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanasına bağışlamışdır. Əlyazma hələ də bu kitabxanada saxlanılır.

Kitab təqribən 240 səhifə nazik perqamentdən ibarətdir. Üz qabığında heç bir yazı və ya şəkil yoxdur. Kitabın qalınlığı 5 santimetrdir. Səhifənin ölçüsü 16,2x 23,5santimetrdir.  Səhifə nömrələnməsindəki intervallar  bəzi səhifələrin 1912-ci ilə qədər itirildiyinə işarədir. Buna əsaslanaraq demək olar ki, kitab əslində 272 səhifədən ibarət olub.

800px-f34r
Kitabın “botanika” hissəsindəki səhifədə bitki illüstrasiyası

Manuskriptin 4 səhifəsinin radiokarbon analizindən sonra  əlyazmanın perqamentinin  erkən intibah dövrünün 1404-1438-ci illərində hazırlandığı təyin olunmuşdur.  Əlyazmada yalnız 1 realistik illüstrasiya var və bu da  “qaranquş quyruğu”   dişli divarlı şəhər rəsmidir. XV əsrin əvvəllərində belə divarlar əsasən Şimali İtaliyada yerləşirdi.

Əlyazma həm kriptoqrafiya həvəskarları, həm də professional kriptoanalitiklər tərəfindən araşdırılıb. Araşdıranlar siyahısına hətta İkinci Dünya Müharibəsi dövrü kriptoanalitikləri də aiddir. Araşdırmalara baxmayaraq, manuskriptin kiçik fraqmentini belə deşifrə etmək mümkün olmamışdır və bu silsilə uğursuzluqlara görə Voyniç manuskripti hələ də kriptoanalitiklərin diqqət mərkəzindədir.

Hazırladı: Narmin Quluzadə

Redaktə etdi: Şəfiqə Babayeva (23.11.2017)

 

STAY CONNECTED

18,763FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.