X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Post date:

Author:

Category:

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə “nəsil” ; “generasiya fərqi’” deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya da kiçikdirlər, “bizim kimi deyillər”. Buna görə də bizi anlayabilmirlər. Bəs həqiqətən də hansı zaman dilimində doğulmuş olmağımız xarakterimizi müəyyənləşdirəbilir ?

Gəlin, bu nəsilləri qısaca tanıyaq.

1.1945-ci ilə qədər doğulanlar – “ƏNƏNƏÇİLƏR” və ya Səssiz nəsil

Bu nəsil, 1926 və 1945-ci illər arasında doğulmuş, 2-ci Dünya Müharibəsində iştirak etmiş insanlara aid edilir. “Səssiz nəsil” adı isə 1950-ci illərdə “Time” qəzetində yayımlanmış bir məqalədən götürülüb. Bu qrupdaki insanlar nizam-intizamlı, dəyərlərə önəm verən və sadiq kimi xarakterizə olunur. Birbaşa, canlı ünsiyyətin tərəfdarı olduqları üçün, texnoloji yeniliklərdən zövq alabilmirlər.

2. 1946-63 -cü illərdə doğulanlar – “ BABY BOOMERLƏR “

2-ci dünya müharibəsindəki hədsiz insan itkisindən sonra bu dönəmdə kütləvi uşaq doğumları – demoqrafik artım müşahidə olunur. Bu səbəbdən də, bu nəsilə ‘uşaq partlayışı’ deyilir.
Bu qrupdaki insanlar kiməsə ehtiyac duymadan, özözünə bəs edən, ünsiyyətcil, çalışqan və rəqabətcil olaraq xarakterizə edilir. Avtoritetdirlər. Zəif cəhətləri, tənqid qəbul etməmələri və səbrsizlikləridir. “Baby Boomerlər” də səssiz nəsil kimi, texnoloji yeniliklərə adaptasiya etmək istəmir və radikal dəyişiklikləri xoşlamır.

3. 1964-76 -cı illərdə doğulanlar – “ X NƏSİL “

Dünya üzrə, təqribən, 41 milyon insan. Texnologiyanın inkşaf etdiyi dövrdə böyüyüblər.
Əvvəlki 2 nəsil həyat şəraitləri səbəbindən (Dünya müharibəsi və bundan sonra ölkələrin dirçəliş dövrü) kollektiv işə meyilli idilərsə, bu nəsil fərdi əməyi üstün tutur. Yeniliklərə tez adaptasiya ola bilmələri ilə seçilsələr də, təşəbbüskar deyillər və onlara verilən konkret iş- plan üzərə hərəkət edirlər.

4. 1977-97 -ci illərdə doğulanlar – “ Y NƏSİL və ya Millenniallar “

Dünya üzrə, təqribən 71 milyon insan. Sərhədləri konkret deyil, adətən 1980-95 -ci illərdə doğulmuş insanlar bu nəsilə aid edilir. Digər nəsillərdən fərqli olaraq, uğura ‘pillə-pillə çıxmağı’ deyil, birbaşa yüksəyə çatmağı arzulayırlar. Bu da onların ən zəif cəhətidir. Lakin dəyişikliklərə açıq, texnologiyanı mənimsəmiş, əzmkar və hərtərəfli məlumatlı olmaları iş həyatında önə çıxardan cəhətləridir.

5. 1998- müasir dövr – “ Z NƏSİL və ya ZOOMERLƏR “

Dünya üzrə, təqribən bu nəslə aid 23 milyon insan var və artmağa davam edir. Ünsiyyətcil, özünə inamlı ( bəzən özündən razı ) , çoxyönlü, sərbəst fəaliyyətə və əyləncəyə meyilli nəsil. Bununla belə, işləməyi də sevirlər. Dəyişikliklərə çox tez adaptasiya edəbilən, texnologiya ilə ən yaxın olan nəsildir. Bu nəsilin nümayəndələrini ağıllı telefonlar, kompüter və s. olmadan görmək mümkün deyil.

Mənfi cəhətləri isə, nizam-intizamsız olmalarıdır. Daimi nəzarət tələb edirlər.

“ Z nəsil “ dən sonra isə artıq yeni bir nəsil formalaşır.

6. Alfa nəsli.

2010-cu ildən sonra doğulmuşlar, sosial araşdırmacı Mark McCrindle tərəfindən ‘Alfa nəsil’ olaraq adlandırılır.

Bu nəsil hələki çox öyrənilməyib. “ Mən “ mərkəzli, sərhədləri olmayan, azadlıqlarına düşkün olmaları ilə seçiləcəkləri güman olunur. Eyni zamanda, dünyadaki nizamı kökündən dəyişəcəkləri düşünülür.

Son olaraq, nəsillərin bu analizinə rəğmən qeyd etmək lazımdır ki, hərkəs özlüyündə tək bir fərddir və ümumi xarakteristika ilə ziddiyət təşkil etməsi də normal haldır.

Mənbə :

https://www.matematiksel.org/x-y-z-kusagi-sizin-kusak-hangisi-ve-tum-bunlar-ne-anlama-geliyor/

https://www.iacet.org/news/iacet-blog/blog-articles/do-you-know-the-difference-between-generation-x-y-z/

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...