XX əsrin müxalif incəsənəti-Dadaizm və ya Dada nədir?

Post date:

Author:

Category:

“..Dada sonu olmayan dünya müharibəsi, başlanğıcı olmayan bir inqilabdır… “

İncəsənət cərəyanları çox zaman tənqidçilər tərəfindən adlandırılır,ancaq dadaizm incəsənət cərəyanın elə bir növüdür ki, tarixdə birbaşa sənətkarların özləri tərəfindən adlandırılmışdır.Dada sözü fərqli dillərdə müxtəlif şəkildə tərcümə olunur.Məcazi mənada desək rabitəsiz uşaq danışığına bənzəyir, yəni xüsusi bir mənası yoxdur.

Dadaizm və ya Dada,dövrünün ictimai,siyasi və mədəni dəyərlərinə cavab olaraq yaranan müxalif bir cərəyan idi.

Birinci və ikinci dünya müharibələrinin baş verdiyi illər aralığında ortaya çıxmışdır.Müharibə ictimai, siyasi və iqtisadi həyata olduğu kimi incəsənətə də öz təsirini göstərmişdi,Leninin də o vaxtlar(1917) İsveçrədə sürgündə olarkən yazdığı kimi müharibə “hadisələrin gedişini sürətləndirirdi”. Rəsm,musiqi,şeir,teatr, rəqs və siyasi ünsürlərə qucaq açan bu axım kubizm və ya fovizm kimi bir cərəyan deyil-bir anti-quruluş manifest ilə başlayan etiraz idi.

1910-cu illərin ortaları 1920-ci illərin əvvəllərində Qərbi Avropa və ABŞ-da ədəbi-bədii avanqard cərəyan yaranmağa başladı.Nyu-Yorkda fransız rəssamları M.Düşan və F.Pikabiam fəaliyyəti ilə hazırlanmış və Sürixdə müxtəlif ölkələrdən olan mühacir sənət adamları mühitində(“Volter” ədəbi kabaresi ilə əlaqəsi olan qrup-H.Ball,T.Tsara,J.Arp) hərəkat kimi formalaşmışdır.

“Volter”kaberesi
İsveçrə-Sürix şəhəri

Hərəkata Dadaizm adını rumıniyalı şair Trisan Tsara vermişdir. O, deyirdi ki dadaizm ədəbi və incəsənət cərəyanı olmaqdan əlavə daha çox anarxist, nihilst və dağıdıcı hal alan bir fikirdir.

Sosial-tənqidi və antimilitarist yönümlü “siyasi dadaistlərin” Berlin qrupu bir qədər seçilirdi.Sonralar onun nümayəndələri siyasi qrafika və karikatura sənətkarları oldular.

5 İyun 1920,Berlin

Planlı quruluşlu sənəti rədd edən dadaistlər təsadüfiliyi yayırdılar. Parodiyanı və bədii formanı dağıdan üsullara əl atırdılar.Təsviri incəsənət sahəsində bu təmayüllər M.Düşanın redi-meydində,F.Pikabianın əsərlərindəki yenidən çəkilmiş texniki çertyojlarda,K.Şvitters və J.Arpın(Hans Arp) kollajlarında təzahür edirdi.

Hans Arpın təsadüfi kollajı
K.Şvitters -“The Merz Barn”

Ənənəvi ədəbi formaları ələ salan və parodiya edən(“Anna Blüme”, Şvitters, 1919) dadaistlər nəinki ənənəvi poetik və məna strukturunu dağıdır (“İyirmi beş şeir”, Tsara, 1918; “Bulud nasosu”, Arp, 1920), həmçinin qrammatikanı məhv etməklə, yeni sözlər yaradaraq dilin öz quruluşuna üstün gəlməyə cəhd edirdilər(“Prasonata”,Şvitters, 1923).Dadaistlər dilin öz qrafikasını təsvir vasitəsinə çevirməyə çalışırdılar (Şvitters, Pikabia, Tsara, R. Hausman).

Almaniya və Niderlandda ədəbi Dadaizmi ekspressionizm və konstruktivizm (T. Van Dusburq) bəzi təzahürlərindən ayırmaq çətindir. Fransada dadaistlər dərnəyi tezliklə sürrealizm mövqeyinə keçdi. Dadaizm ədəbi təcrübələri konkret poeziyaya, heppeninqə və performansa təsir göstərmişdir.

Dadaistlər cəmiyyət tərəfindən qəbul edilən bütün dəyərləri xüsusən ədəbiyyat və incəsənət sahəsində olanları inkar edir və hal-hazırkı sənətin ölüm sancısı çəkdiyini söyləyirdilər.

Dadaizm tərəfdarları arasında ən çox seçiləni və radikalı Marsel Düşan olmuşdur.Müharibə dövründə ömrünün çoxunu Nyu-Yorkda keçirmişdir.O deyirdi ki:

“Həqiqi dadist, dadaizmə də qarşı olmalıdır.”

Düşamp deyirdi ki onun hazır əşyaları sırf sənətkar tərəfindən seçildiyi üçün sənətə çevrilir.Bununla o hər kəs tərəfindən qəbul olunmuş sənət nümunələrinə meydan oxuyur və “sənəti” rədd edirdi.

O, “sənəti”  hazır əşyaya qədər adiləşdirməklə qalmamış “sənət”in içində gizlənən zövqü, bacarığı və başqa ünsürləri də dəyərdən salmışdır.

Düşamp həmişə vurğulamışdır ki,istifadə etdiyi bu hazır əşyaları heç vaxt hər hansısa xüsusi səbəbə görə seçməyib.Seçimini ona görə edirdi ki, həmin əşyalar dəyərsiz qəbul edilir, yaxşı və ya pis kimi mütləq ayırımlarla qarşı-qarşıya qalmır. Marsel Düşan obyektləri dizayn olunduqları yerlərdən ayırıb sənət səviyyəsinə gətirərək izləyiciləri bir yandan əyləndirir,digər bir yandan da sənətin necə qiymətləndirildiyini ciddi bir şəkildə düşündürtmək istəyirdi.

“Fəvvarə”(1917)
Marsel Düşan
“Velosiped təkəri”(1913)
Marsel Düşan
“Karawane” (1916)
Hu
q Ball

“Dadaist Manifesto”dan bəzi parçalar:

Huq Ball

14 iyul 1916

 “İncəsənətdə yeni bir cərəyan Dada…Yeni bir cərəyan çünki indiyə qədər heç kəs bu haqqda bilmirdi, ancaq sabah Sürix şəhərində hər kəs ondan bəhs edəcək. Dada lüğətdə olan bir kəlimədir və mənası olduqca sadədir… Fransız dilində “oyuncaq at” mənasını daşıyır,alman dilində “xudahafiz”.. v.s. Beynəlxalq bir sözdür.Və elə bir sözdür ki hərəkatı tamamilə izah edir. Başa düşülməsi çox rahat bir sözdür…Dada psixologiyadır, Dada ədəbiyyatdır, burjuaziyadır. Və Dada sizlərsiniz, hər zaman kəlimələrlə yazan ancaq heç vaxt doğru kəliməni istifadə etməyən,əsas nöqtənin ətrafında fırlanan siz hörmətli şairlər.. Dada sonu olmayan dünya müharibəsi, başlanğıcı olmayan bir inqilabdır. Dada sizlərsiniz dostlar,siz hörmətli şairlər və bəylər… “

Konstruktivistlər və dadaistlərin Veymar şəhərində görürüşü-1922
Tristan Tsara “Dadaizm Manifest”ini oxuyur:

Mənbə:

Azərbaycan Milli Ensiklopediyası

John Fleming,Hugh Honour-Dünya Sanat Tarihi

Dada Manifestoları-Kaan Çaydamlı

STAY CONNECTED

18,748FansLike
1,989FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.