Yanğı nədir? (Ensiklopedik bilgi)

Post date:

Author:

Category:

Yanğı -orqanizmdə su çatışmamasını göstərir. Toxumalarda su yığıldıqda da (ürək və böyrək ödemləri, daxili sekresiya vəzilərinin fəaliyyətinin pozulması və s.) yanğı ola bilər. Ağız boşluğunun və udlağın selikli qişası çox qurudutda, habelə bunların səthindən su tez buxarlandıqda müvəqqəti hal kimi də yanğı olur. Mədə möhtəviyyatının evakuasiyası yavaş olduqda həzm şirələrinin bol ifraz olunması da yanğı törədə bilər. Yüksək temperatur şəraitində (isti sexlərdə, isti iqlimdə, yayda və s.) işləyən işçilərdə şiddətli yanğı olur, buna səbəb çox tərləmə nəticəsində orqanizmin su və mineral duzlar itirməsidir. Patoloji halda yanğı şəkərsiz və şəkərli diabetdə olur. Cərrahiyyə əməliyyatından sonra xəstədəki yanğını söndürmək üçün dodaqların və ağzın selikli qişasını isladırlar. Bə’zən xəstə ağzını su ilə yaxalayıb tüpürür.

Mənbə: Mənbə: Tibb bacısının məlumat kitabı (2008)

STAY CONNECTED

20,764FansLike
2,449FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

İnsanlar dünyaya necə yayıldı?

İlk insanlar İnsanlar Antarktika istisna olmaqla hər qitəyə daimi olaraq yerləşiblər. Ancaq biz dünyanın fərqli bölgələrində təkamül etməmişik. Biz,...

Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik...

5G Texnologiyası nədir?

İndiki həyatınızı və internet istifadənizi fikirləşin. Sürətlidir, elə deyilmi?! Lakin 5G istifadəsindən sonra arada böyük fərq olduğunu görə biləcəyik.