Yarım beyinlə yaşamaq – Qəribə səslənsə də həqiqətdir.

Post date:

Author:

Category:

İnsanların çoxu beyinlərini mikroçip və şəbəkələrlə dolu kompüter, öyrəndikləri məlumatlar və xatirələri ilə dolu anbar və yaxud milyonlarla mürəkkəb mexanizmə malik saat kimi düşünür.

Buna görə də, kiminsə beyninin yarımkürələrindən biri olmadan yaşadığını düşünmək bizə ağlasığmaz gəlir. Bəli, bu mümkündür. Çox rast gəlinməsə də, beyninin yarısı və yaxud da bir hissəsi olmadan yaşayan müəyyən qədər insan var. Bu insanlar belə doğulmurlar. Onların çoxunda uşaqlıq dövründə keçirilmiş epileptik tutmaların üz göstərdiyi Rasmussen ensefaliti kimi bir xəstəliyi olur.

Biz epilepsiyanı beynin müəyyən bir hissəsində ani yaranan və şimşək çaxan buludlar kimi irəliyə doğru hərəkət edərək beynin içində yayılan elektrik fırtınası kimi düşünə bilərik. Bu impuls axını müəyyən bir sahəyə çatdıqda həmin ocaqda neyronlar oyanmağa başlayır və fırtına yayılmağa davam edir. Beləliklə, həmin elektirik dalğası beynin hərəki zonasına (motor korteks) çatarsa sürətli əzələ yığılmaları baş verir və qıcolmalar ortaya çıxır.

Bir sıra epilepsiyalar var ki, onlar dərman müalicəsinə cavab verirlər və kifayət qədər yaxşı nəzarət altında saxlanıla bilir. Ancaq hər zaman müalicəyə cavab verməyən qayıdan epilepsiya adlanan və beyin toxumasının zədələndiyi müəyyən bir qisim epilepsiyalar da mövcuddur.

Epileptik tutmalar həmin uşaqlarda çox tez-tez baş verdiyinə görə beyinləri heç vaxt istirahət etmir. Davamlı şəkildə tutmalar keçirir və epileptik tutmaları yenidən təkrarlandığı üçün beyinləri yaxşı inkişaf edə bilmir. Bu problemin tək həlli isə epileptik ocaqların dağıdılmasıdır. Əgər epileptik ocağın yeri müəyyən edilə bilməsə və beyin epipleptik tutmalara görə zədələnsə, yeganə yol beynin böyük bir hissəsinin çıxarılması olur.

Beynin yarısının çıxarıldığı və hemisferektomiya adlanan bu əməliyyatın necə icra olunacağı bir yana bu haqqda fikirləşmək belə bir xeyli qəribə gəlir. Ancaq keçən əsrdə cərrahlar müalicəsi olmayan xəstəliklər üçün yüzlərlə dəfə bu əməliyyatı icra etmişdir…

İlk hemisferektomiya əməliyyatı 1888-ci ildə alman fizioloqu Fredrix Qoltz tərəfindən itlər üzərində aparılıb.

İnsanlarda isə bu əməliyyat ilk dəfə Con Hopkins xəstəxanasında neyrocərrah Uolter Dendinin (Walter Dandy) rəhbərliyi ilə beyin şişi olan xəstə üzərində icra olunub. (Sözü gedən xəstə xərçəngə düçar olmadan öncə 3 il yaşamışdır.)

Son araşdırma Kliemann və əməkdaşları tərəfindən 2019-cu ilin noyabrında beyninin yarısı çıxarılaraq hemisferektomiya əməliyyat keçirmiş 6 insanın beyni üzərində aparılmışdır. Nəticələr, tədqiq olunan digər 6 sağlam ortayaşlı insan və ortalama yaşı 22 olan 1500 digər sağlam insanın nəticələri daxil olan məlumat bazası ilə müqayisə olundu.

Əməliyyat olunan zaman xəstələrdən yaşca ən kiçiyi 3 aylıq, ən böyüyü isə 11 yaşında idi. Altı xəstənin hər biri uşaqlıqdan epileptik tutmalardan əziyyət çəkirdi, onlardan birində epileptik tutma doğuşun ilk dəqiqələrində baş vermişdi. Xəstələrdən dördündə beynin sağ, qalan ikisində isə sol yarımkürəsi çıxarılmışdır. Səbəblər müxtəlif idi: ikisində doğuşdan gələn hemoragik insult, digər üçündə beyin zədələnməsinə və epilepsiyaya səbəb olan Rasmussen ensefaliti və altıncıda isə kortikal displaziya idi.

Kaliforniya Texnologiya İnstitutu (Caltech) Beyin Görüntüləmə Mərkəzində 6 xəstə beyin funksiyalarını yaxşı görüntüləmə imkanı ilə təmin edən funksional MRT üçün könüllü olaraq müraciət etdi. Nəticələr tədqiq olunan digər 6 sağlam ortayaşlı insan və ortalama yaşı 22 olan 1500 digər sağlam insanın nəticələri daxil olan məlumat bazası ilə müqayisə olundu. Diqqəti cəlb edən odur ki, indi iyirmi və ya otuz yaşlarında olan bu insanlar həyati fəaliyyətləri kifayət qədər yaxşı yerinə yetirmiş, iş sahibi olmuş, dil funksiyaları normal olmuş və skanerdən keçirildikdə normal insanlar kimi söhbət etmişlər.

Tədqiqatçılar beyni hər yarımkürədə 200 bölgə olmaqla 400 bölgəyə ayırdılar və yeddi funksional şəbəkə yaratdılar.

Quruluş sturukturuna görə sağlam beyinli insanlarla yarım beyinli insanlar asanlıqla fərqlənir. İkinci mərhələnin əsas məqsədi beyin barmaq izi adlanan üsulla eyni şəxsin bir müddət sonra eyni tapşırıq üçün skan edildikdə eyni aktivlik nümunəsini göstərdiyini görmək idi. Tədqiqatın ikinci hissəsinin nəticəsi aktivlik nümunələrinin zaman keçdikcə dəyişməz qalmasıdır. Araşdırmanın son hissəsinin əsasını yarım beyinli iştirakçılarının funksional şəbəkələrinin sağlam insanların şəbəkələri ilə eyni və ya fərqli olduğunu görmək təşkil edirdi.

Beyində duyğularımızın, idrakımızın, davranışımızın əsasını təşkil etdiyinə inandığımız bir sıra sinir şəbəkələri və funksional şəbəkələr var. Tədqiqatçılar görmə, hərəkət, duyğu və düşüncəni tənzimləyən idrak prosesi adlanan şəbəkələrdə beyin aktivliyinə baxdılar. Beynin yalnızca bir funksiyasına nəzarət edən sinir şəbəkələri çox vaxt hər iki yarımkürədə də paylandığına görə tədqiqat qrupu hemisferektomiya xəstələrində daha zəif sinir aktivliyi görəcəklərini gözləyirdilər, ancaq bu belə olmadı.

Tədqiqatçılar qrupu hemisferektomiya xəstələrində eyni şəbəkələri tapdılar. Əsas və təəccüblü nəticə isə budur ki, əməliyyat olunan altı nəfər və yoxlamalar göstərdi ki, eyni funksional şəbəkəyə aid edilən beyin bölgələri arasında əlaqələr güclü və oxşardır.

Həkimlər onsuz da, hemisferektomiya xəstələrinin həyati funksiyaları yaxşı yerinə yetirdiklərini görmüşdülər. Lakin ən çox diqqəti cəlb edən şey neyro görüntüləmədə görülən yüksək kompensasiya dərəcəsi idi. Onların hamısı, hətta, Broca və ya Wernicke bölgəsi kimi insanların danışıq ilə əlaqəli zonalarının yerləşdiyi sol yarımkürəsi çıxarılanlar da danışa bilirdilər. Görünür ki, əməliyyatdan sonra danışıq zonası bir yarımkürədən digərinə keçir. Sol yarımkürə çıxarılmış və ya zədələnmişsə, danışıq sahəsi sağ yarımkürə ilə əvəz olunur.

Bu nəticələr funksional şəbəkələrin paylanmış sisteminin dərki mümkün etdiyi və müxtəlif şəbəkələr arasındakı qarşılıqlı əlaqələrin hemisferoktomiyadan sonrakı funksional yenidən təşkil etmə üçün əsas aspekt ola biləcəyi hipotezini dəstəkləyir.

Bu nəticələr gözlənilməz və maraqlı idi. Çünki zərbə, qəza, şiş və ya digər səbəblərdən yaranan kiçik lezyonlar dağıdıcı təsirlərə səbəb olur. Bu böyük bərpa qabiliyyəti böyük ehtimalla iki aspektə əsaslanır: beyin bir sıra əlavə sistemə malikdir və ya bəlkə də daha təəccüblü bir şəkildə neyronal elastiklik adlanan adaptasiya və elastiklik kimi olduqca geniş qabiliyyətə sahibdir. Bu səbəbdən müalicə perspektivlərini artıran strategiyaları həyata keçirmək üçün beynin bu bərpaedici və ya kompensasiya edici prosesləri necə hərəkətə keçirdiyini anlamaq vacibdir.

Rasmussen ensefaliti səbəbi ilə beyninin yarısı çıxarılmış və hemisferektomiya adlanan əməliyyat keçirmiş qızın BBC Stories-a müsahibəsi.

Mənbə:

Living with half a brain

Redaktə etdi: Yaqubov Şəhriyar

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm