Yaşam daha mı mürəkkəb hala gəlir?

Post date:

Author:

Category:

 

Modern dünyada yaşayan çoxqıllı qurdlarla (Polychaeta) Kembri dövrünə aid əcdadı arasındakı maraqlı bənzərlik 500 milyon il içində çox da dəyişməyən bir yaşam tərzinin göstəricisidir.

Yer üzündəki canlılar bəsit mikroorqanizmlərdən böyük və kompleks varlıqlara çevrilmə yolunda – üstəlik təkcə bir dəfə deyil, iki dəfə – necə belə böyük bir dəyişiklik keçirdi? Elm adamları 570 milyon illik fosillərdə bəzi ip ucları aşkar etdilər.

Newfoundland-ın cənub-şərqi sahilində, şimali Amerikanın şərqə ən yaxın hissələrində “Mistaken Point” adı verilən dik qayalı sahillərdən (red. qayaların aşınması ilə yaranan yüksək mailli sahil) ibarət bir burun var. “Xəta burnu” mənasına gələn adını isə dumanlı havalarda kapitanların bu nöqtəni başqa bir yerlə qarışdırması və nəticədə, tez-tez gəmi qəzalarının baş verməsi səbəbilə almışdır. Halbuki, günümüzdə olduqca fərqli bir məsələnin mərkəzindədir: Yer üzündə canlıların ən müəmmalı və ən təəccüblü sirlərindən birinə dair son dönəmdə açıqlanan möhtəşəm ip uclarını daşıyır. 3 milyard il ərzində təkhüceyrəli kiçik varlıqlar kimi ortaya çıxmış canlılar niyə birdən-birə bir partlayış nəticəsində sayları yüksəlişə keçən qarmaşıq – çoxhüceyrəli, böyük və möhtəşəm – canlılara çevrildi? Bu yeni canlı formaları 570 milyon il öncəsindən başlayaraq bütün dünyaya yayılmış olsa da, varlıqlarına dair ən qədim sübutlar tək bir yerdə toplanır: Mistaken Point. Paleontoloqlar, əslində onlarca ildir ki, bura gəlirlər. Ancaq mütəxəssislər indilərdə bu kiçik fərqliliklərdə bir şeylər gördüklərini düşünürlər: yeni, radikal və təsiri böyük olan şeylər.

Sərin bir payız günü Newfoundland-ın paytaxtı St. John’s şəhərindən bir cip kiralayır, küknar meşələri arasında qara bir cizgi kimi qıvrılaraq uzanıb gedən avtomobil yolunda Mistaken Point-ə doğru yola çıxıram. Yanımda Toronto Mississauga Universitetindən Mark Laflam (Marc Laflamme) və illərdir birlikdə işlədiyi Vanderbilt Universitetindən (Neşvill) ingilis həmkarı Saymn Derek (Simon Darroch) var.

Mistaken Point-ə çatdığımız zaman bizi mavi bir səma və parlaq bir günəş qarşılayır. Laflamın az rast gəlinən olduğunu söylədiyi bu günəşli hava – xüsusilə axşamüstü saatlarında – bucaqla düşən güclü işıq sayəsində görməyə gəldiyimiz, çətinliklə fərqinə varılan fosillərin daha aydın görünməsinə kömək oldu.

Bəsit bir başlanğıc: Balıq, sürünən, quş, məməli və günümüzdə yaşayan digər onurğalılar kimi möhtəşəm betta balığı da bədən quruluşunu Kembri dövründə yaşamış Pikaia gracilens (yuxarıda) kimi ilk xordalılara borcludur. Balığa bənzəsə də, tam olaraq balıq olmayan Piakianın notokord (red. Notokord xordalıların ibtidai skeletinə deyilir) adlanan və onurğalılarda onurğa beyninə dönüşən çevik qığırdaqdan bir kürəyi vardı. “Bütün onurğalılar ehtimal ki, buna bənzər bir varlıqdan təkamül etdi” – deyir Jan-Bernard Karon (Jean-Bernard Caron).

Fosil yataqlarını qorumaq üçün ərazi hökuməti tərəfindən qurulan Mistaken Point Ekoloji Qoruma zonasında çınqıl daşlar döşənmiş bir yoldan aşağıya, dəniz sahilindəki bir qayaya doğru enirik. Laflam 30 dərəcəlik bucaqla yan-yana yatmış, bənövşəyiyə çalan boz rəngli, hamar qaya parçasını işarə edir. Üzərindəki qarmaşıq, kölgəyə bənzər bir forma, təkrarlanan qabırğa və onurğa modeli ilə bir metr uzunluğundakı bir ilanın skeletinə bənzəyir. Ancaq bunlar nə bir skelet, nə də sümükdür. Çox-çox qədim zamanlarda ölüb dəniz zəmininə basdırılmış yumşaq bədənli bir canlının izidir bu. Nə üzürdü, nə də yerdə sürünürdü. Bu günkü orqanizmlərin hər hansı biri yaşamış ola bilməzdi. Bir çox insanın varlığından belə xəbəri olmadığı, başqa bir dünyadan gəlmiş kimi görünən əsrarəngiz canlıların yaşadığı çox da bilinməyən bir dönəmə aid idi. “Yaşamın ilk dəfə böyük formalara çatdığı bir zamandır bu” – deyir Laflam, qayanın düz yanında diz çökərkən.

Ediyakara olaraq bilinən, faunaya aid bu canlı növlərinin sirri cənubi Avstraliyadakı tərk edilmiş Ediyakara mədəninə nəzarət etmək vəzifəsi ilə 1946-da bölgəyə gedən Reqinald Spriq (Reginald Sprigg) adlı gənc geoloqun qum daşı (red. Qum dənələrinin təbii bir sement maddəsinin köməyilə yapışması nəticəsində yaranan fiziki çöküntülü daşdır) yataqlarında bəzi maraqlı basma izlər gördüyü ucqar Flinders sıra dağlarına qədər uzanır. “Bu biçimlər meduzaları xatırladır” – deyə Spriq ifadə etmişdir. Amma əslində meduza deyildilər. Bildiyimiz – yaşayan ya da nəsli kəsilmiş – hər hansı bir canlıya bənzəməyən bəzi başqa biçimlər də vardı. Aralarından biri quma basılmış barmaq izinə bənzəyirdi.

Daha öncə bu qayalarda bənzər fiqurlar tapıb bir məna çıxara bilməyən digərləri kimi Spriq də bu fosillərin 550 milyon yaşında olduğunun və təkamülün məşhur əsəri Kembri partlayışından ən azı 10 milyon il əvvələ aid olduğunu bilmirdi.
Elm adamlarının o zamanki düşüncəsinə görə, Kembri partlayışı Yer üzündəki canlıların möhtəşəm varlıqlar, yəni alt soyları hələ də var olan qarmaşıq və böyük canlılar olaraq – ki, biz onlara heyvan deyirik – ulduz yağışı kimi ətrafa yayıldığı an olmuşdu. Spriqin kəşfi Kembri dövrünün deyil, bu gün Ediyakaran olaraq bilinən öncəki dövrün böyüklük və qarmaşıqlıq dastanının başlanğıcı olduğuna dair ilk işarə kimi önəm daşıyırdı.

(Devid Litşvaqa) David Liittschwager

Sonra 1967-də S. B. Misra adlı magistr tələbəsi Newfoundland-dakı Mistaken Point-də fosil baxımından zəngin bir çöküntü qalığı parçası tapdı. Üzərindəki köhnə formaların bəziləri cənubi Avstraliyadakı “meduza”ya çox bənzəyirdi. Bəziləri ayıdöşəyi yarpağını xatırladır, bəziləri isə elmin tanıdığı hər hansı bir şeyə bənzəmirdi.
Prekembriyə aid bir tort kimi bir-birinin üzərində oturan bölgədəki digər yataqlarda da qruplar halında bir yerdə qorunmuş fərqli və çox sayda fosil olduğu ortaya çıxdı. Çoxunun üzərində bir tortun qatları arasındakı krem kimi incə bir vulkanik kül təbəqəsi ilə örtülü idi. Radioaktiv uran və çürüyərək çevrildiyi güllə qalıqlarından ibarət kül, yataqların radiometrik tarixlənməsinin tam olaraq düzəldilməsini təmin etdi. 570 milyon yaşındakı Mistaken Point fosilləri Yer üzündəki böyük və bioloji baxımdan kompleks canlıların erkən tapıntıları idi.

Günümüzdə Antarktidadan başqa bütün qitələrdə 40 ayrı yerdə bir-birindən fərqli 50-dən çox bilinən Ediyakara forması var. Milyardlarla il ərzində Yer üzündə təkcə mikroorqanizmlər yaşadıqdan sonra Ediyakaraların ölçülərinin böyüyərək bütün dünyanı əhatə etməsinə səbəb olan şey nə idi? Böyüklükləri daxili anatomiyaları, qidalanma formaları və yaşam biçimləri baxımından nə mənaya gəlirdi?

Ediyakaraların Yer üzündə çoxalmağa başlamasından əvvəl heyvanın maddələr mübadiləsini bəsləyən oksigen elementi qıtlığının mane olduğu təkamül, ümumilikdə mikroskopik ölçüdə işləyirdi. Fotosintezin nəticəsi olaraq oksigen buraxan dəniz bakteriyaları sayəsində qaz səviyyəsi 2 milyard il öncə yüksəlmiş, ancaq 1 milyard il daha nisbətən aşağı düşmüşdü.
717 milyon – 635 milyon il öncəki bir müddətdə bir sıra buzlaşma dövrləri yaşanmışdı. O qədər yayılmış və o qədər şiddətli idilər ki, bəzi elm adamlarının “Qartopu dünya” adını verdikləri bir vəziyyət yaradaraq, böyük ehtimalla, bütün Yer kürəsinin donmasına səbəb olmuşlar. Bu müddətdə hələ də tam olaraq anlaşılmayan səbəblər nəticəsində oksigen səviyyəsi yenidən yüksəlmişdi.

Uzaq qohumlar: Zürafə ilə sağdakı Ciona savignyi (bir dəniz canlısı) kimi onurğasız ascidia-lar (sərt zəminlərə tutunaraq yaşamlarını davam etdirirlər) qədər bir-birindən fərqli iki heyvan çətin tapılar. Halbuki Kembri xordalılarından ortaq bir əcdadları var.
Zürafənin onurğa sümüyü anlayışını ən uc nöqtəyə daşımasına qarşılıq, ascidia-larda sadəcə larva dönəmində keçici bir notokord olur. Larva əzələli quyruğu sayəsində bir neçə gün boyunca üzərək tutunmaq üçün uyğun bir yer axtarır. Ardınca quyruğunu əridib soraraq onurğası olmayan hərəkətsiz bir yetkinə çevrilir.

Vulkanik partlayışların atmosferə karbondioksid buraxaraq dünyanı qızdırması və okeanları əridən bir istixana təsiri yaratması nəticəsində böyük buzlaşma dövrü sona çatmışdı. 580 milyon il öncə yaşanan və Gaskiers olaraq xatırlanan qısa müddətlik bir buz dövrü qlobal miqyasda olmasa da, digər bir çox yer kimi Newfoundland-ı da soyuducuya çevirmişdi. Bütün bu dəyişikliklər Ediyakaraların fosil qeydlərində ilk dəfə ortaya çıxmasından öncə idi.

Bundan sonra yaşananlara onlar cavabdeh idi? Buzlaqların yox olması, istifadə edilə bilən oksigenin artması və daha kompleks hüceyrələrin təkamül etməsi Ediyakaraların yazın ilk çiçəkləri kimi cücərməsinə yol açmış ola bilərdimi? Bəlkə də.

Eyni tərzdə günümüzdəki canlılarla olan münasibətləri də olduqca müəmmalıdır. Alman paleontoloq Adolf Zailaxa (Adolf Seilacher) çoxhüceyrəli heyvanların çoxunda olmayan “toxumanı xatırladan bənzərsiz bioloji quruluşları”na görə onları heyvanlar aləmindən tamamilə fərqli, özlərinə məxsus bir aləmə qoyur. “Toxuma” effekti skeletin olmamasının təsirlərini yox edən quruluşlu bir stabillik yaratmış ola bilərdi. Bəlkə də, bu toxuma quruluşu və yarpağa bənzər biçimləri üz hissəsinin maksimuma çıxmasını və dəri yoluyla soraraq daha çox qida almalarını təmin edirdi.

Ediyakalar üçün qidalanma çətin bir iş olmalı idi, axı bu günə qədər tapılan fosil sübutları, demək olar, heç birində ağız olmadığını ortaya qoyur. Bağırsaqları və anusları da yox idi. Nə də ki, baş, göz və ya quyruq sahibi deyildilər.
Bəzilərinin bir ucunda tutunmaq üçün bir növ buğum və ya disk vardı. İndilərdə çəngəl və ya qısqac olaraq bilinən bu quruluş dəniz zəmininə tutunur və yarpaq biçimli bədənin suda dik halda hərəkət etməsinə imkan yaradırdı. O zamanlar dəniz səviyyəsinin çoxu bölümlü qalın bir mikroorqanizm təbəqəsi ilə örtülü idi və çöküntüləri sərt bir torpaq təbəqəsi kimi sabit tutmağa kömək edirdi. Ancaq bu yarpaq bir bitki deyildi – və fotosintezlə bəslənə bilməzdi – çünki Ediyakaraların çoxu suyun ən azı min metr altında, işığın çata bilmədiyi dərinliklərdə yaşayırdı.

 

 

Mənbə:

http://m.nationalgeographic.com.tr/makale/kesfet/yasam-karmasiklastiginda/3937

 

Redaktə etdi: Fatimə Əliyeva

STAY CONNECTED

20,126FansLike
2,240FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...