Rəssamlar hər zaman çətin və keşməkeşli həyatları ilə diqqəti çəkirlər.Maraqlıdır ki,dünyaca məşhur fırça sahiblərinin ən məşhur əsərlərinin yaranması məhz elə həyatlarının ən çətin dövrlərinə təsadüf edir.
Alber Kamyunun fikrincə “Rəsmdən anlamayan holland yoxdur.” Bu məqalədə siz rəsmdən daha yaxşı anlayan holland simalardan birini yaxından tanıyacaqsınız.Ağır və çətinliklərlə dolu həyata sahib fırça sahiblərindən biri də postimpressionizm cərəyanın ən məşhur nümayəndələrindən biri – holland Vinsent Van Qoq olmuşdur.Maraq üçün qeyd edək ki,Postimpressionizmin mənası təəssürat deməkdir.
Van Qoq 1853-cü il 30 mart tarixində Hollandiyanın Breda şəhəri yaxınlığında dünyaya göz açmışdır.Yaradıcılığına başlamamışdan öncə 7 il (1869-1876) öncə Avropanın bir neçə böyük şəhərlərində ilk öncə rəssamlıq müəssisələrində satıcı vəzifəsində çalışmış,daha sonra isə bir neçə il müəllim kimi fəaliyyət göstərmişdir.Çox güman ki,incəsənətə olan marağı məhz elə rəsm müəssisələrində çalışarkən yaranmışdır.Onun yaradıcılığında tünd rənglərə,kəskin keçidlərə və daha çox “qəmgin” əsərlərə rast gəlinir.
1888-ci ildə Arl şəhərinə yollanan Van Qoq öz üslubunu daha da inkişaf elətdirməyə başlamışdır.Rəssam əsərlərinin (Arlda yataq otağı,Süsənlərlə Arl mənzərələri,Arlda mənzərə və.s) böyük əksəriyyətini burada çəkmişdir.Fransız rəssam Pol Qogenin ən yaxın dostlarından biri olan Van Qoqu Arlda məhz elə Qogen müşayət etmişdi.Təxminən 9 həftə müddətində Arlda dolaşan dostlar öz yaradıcılıqlarını daha da zənginləşdirmişdilər.
Ümumiyyətlə Van Qoq 2000-dan artıq şəkil və 3000-ə yaxın rəsm əsərinin müəllifidir ki,bu əsərlərdən də ən məşhurları həyatının son iki ilinə təsadüf edir.Həyatının ən çətin iki ilini yaşayan Van Qoq bu illərdə öz qulağını kəsmiş,və dostu Pol Qogendən ayrılması ilə yadda qalmışdı.
Maddi problemlər onun həyatında tez-tez ruhi sarsıntılara səbəb olurdu.Van Qoqun pozğun bir qadına aşiq olması və bu sevgini ona nümayiş etdirməsi istəyi sonda onun qulağını kəsməsilə nəticələndi.Ruhi xəstəliklə əlaqəli olaraq xəstəxanaya yerləşdirilən Van Qoq həyatının son dövrlərini də elə xəstəxanada keçirmişdir.Belə ki,1890-ci il 29 iyun tarixində Ovür-sür-Uaz ruhi xəstəxanasında son əsəri olan “Buğda tarlası və qarğalar” əsərini tamamlayaraq onun qarşısında intihar etmişdir.Ölüm anında onun yanında olan qardaşı Teo ondan “La trsistesse durera toujours” sözlərini eşidir.(Azərbaycanca “Qüssə daim davam edəcək”).
Əgər rəssamın həyatı sizdə cüzi də olsa təəssürat yaratdısa o zaman İrvinq Stounun müəllifi olduğu və Vinsent Van Qoqun həyatından bəhs edən “Yaşamaq Yanğısı” adlı avtobioqrafik əsəri oxuya bilərsiniz.Qeyd edək ki,İrvinq Stoun avtobioqrafik janrın banisi hesab olunur.

 

Şərh yaz

Şərhinizi daxil edin!
Adınızı daxil edin