Yeni dövrün başlanğıcı olan Mikroçiplər

Post date:

Author:

Category:

Mikroçip

Bir kiçik cihaz – mikroçip fərdi kompüterlərin yaradılmasını təmin edərək plastik çiplər və kvant kompüterləri dövrünü başlatdı.

Müəllif: Prof. Robert Uinston (ing. Lord Robert Winston), Britaniyalı professor, həkim, siyasətçi

Adı kimi özü də kiçik olan mikroçiplərin cəmiyyətdəki təsiri möhtəşəmdir. Eyni silikon çipə bağlanmış bir çox elektrikli parçadan ibarət mikroçiplər telefonlardan fərdi kompüterlərə və kredit kartlarına qədər bir çox şeydə istifadə edilirlər.
Mikroçiplərdən əvvəl sxem lövhələr hazırlanır, parçalara tək-tək tellər taxılır və topluca lehimlənirdi. Lakin 1950-ci illərdə ABŞ-lı elektrik mühəndisi Cek Kilbinin (ing. Jack Kilby, 2000-ci il Fizika üzrə Nobel laureatı) ağlına parlaq bir fikir gəldi.

Jack Kilby və mikroçiplər

Kilbi anladı ki, hər bir parça eyni yarımötürücü materialdan hazırlanarsa, birlikdə bağlanmalarına gərək qalmayacaq. 1958-ci ildə Germanium elementindən hazırlanan ilk işlək çipi “Texas İnstruments” şirkətindəki kolleqalarına göstərdi. Bütün hissələrin eyni elementdən hazırlanması maya dəyərini azaltmaqla qalmayıb, hazırlanma mərhələsini də qısaltmışdı.
10 il ərzində mühəndislər yüzlərlə hissəni eyni çipə sabitlədilər. İncə silikon layların üzərinə yerləşdirmək üçün kimyəvi maddələr, qaz və yüksək tezlikli işığın istifadə olunduğu fotolitoqrafiyanın inkişafı ilə birlikdə yüksək sıxlıqlı hissələr düzəldildi. Ortaya çıxan “mikroçiplərə” zamanla daha mürəkkəb hesablamalar aparan həddən artıq kiçik elektron hissələr əlavə edilirdi. Bu mikroçiplərdən mikrodalğa sobalarından telefonlara, notbuklara qədər bir çox cihazda istifadə edilməyə başlandı.
2008-ci ildə mikroçip istehsalçısı olan “İntel” şirkəti tək bir kiçik çipə iki milyard hissə yerləşdirməyi bacardıqlarını elan etdi, lakin bu uğurlar texnologiyanı sərhədlərdə dayanmağa məcbur edir. Hissələrin sıxlığı artdıqca aralarındakı “paraziti” əngəlləmək də çətinləşir. Daha yüksək hesablama gücü, daha çox enerji istehlakı temperaturla bağlı yaranmış daha çox problem deməkdir.

Çiplərin gələcəyi

Bu problemləri həll etmək üçün mühəndislər yeni materiallara yönəldilər. Qələm kimi gündəlik nəsnələrdə uzun zamandan bəri qrafitdən istifadə etsək də, “qrafen” deyilən atom qalınlığında qrafit təbəqə 2004-cü ildə kəşf edildi. 2009-cu ildə “MİT”-də məlum silikon çiplərin daha da yüksək sürətdə hesablaya bilməsini təmin edəcək təcrübi, super sürətli qrafen çip yaradıldı.
Kvant fizikası da çip texnologiyasında böyük rola sahibdir. Bəzi mütəxəssislər gələcəkdəki çiplərin hissəciklərinin eyni anda fərqli xüsusiyyətlərə sahib olması kimi kvant sistemlərinin qəribə xüsusiyyətlərindən istifadə edəcəklərinə inanırlar. Bu vəziyyət eyni anda bir çox problemi həll edəcək, ultra sürətli, paralel işlək kompüterlərə qapı açacaqdır. Böyük problemlər var, lakin dünya səviyyəsində tədqiqatçılar onları həll etməyə çalışırlar. 2011-ci ildə “California” Universitetindən bir heyət real həyatdakı problemləri həll edəcək şəkildə hazırlanmış kvant kompüteri hazırladıqlarını elan etdilər.
Belçikanın Leuven şəhərindəki yarımötürücülər araşdırma mərkəzi olan İMEC-də Cen Ceno (ing. Jan Genoe) və kolleqaları şüşə hazırlanmasında istifadə edilən plastikdən (polietilen naftalat) bir çip hazırladılar. Buradakı tək problem ortalama bir notbukun sürətinin təxminən milyonda biri qədər sürətlə çalışması idi. Silikon çipləri kiçik elektron hissələrə birləşdirmək üçün təxminən bir milyard dollarlıq fabrikə ehtiyac var. Bu səbəbdən də, plastik çiplərin hazırlanmasının ucuzlaşdırılmasına və onların elastik görüntü ekranlarının inkişafına yol açması ümid edilir.
Görünür, Cek Kilbinin yarım əsr əvvəl başlatdığı inqilab yenidən yaşanacaq.

Tərcüməçi: Fəridbəy Həsənli

Redaktor: Ziya Mehdiyev

 

Məqalə “Rezonans Toplusu-1” kitabı üçün tərcümə edilmişdir.

STAY CONNECTED

20,764FansLike
2,460FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Tisian Veçellionun Urbinolu Venera əsəri

Üst Renesans dövrünün ən yaxşı rəssamlarından biri hesab edilən Tisian Veçellionun (1480/1485 – 1576) ən məhşur, gözəl, cəsur və qalmaqallı əsərlərindən olan...

Parasetamol (Asetaminofen) dərmanın təsirləri

Digər bilinən adları ilə: "Panadol", Tylenol və.s. Aid olduğu farmakoloji qrup: Qeyri-steroid iltihab əleyhinə maddələr. Farmakodinamikası:...

Diklofenak (Voltaren) dərmanının təsirləri

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) Farmakodinamikası: Diflofenak qeyri-selektiv SOG 1 və SOG 2-nin inhibitorlarıdır. SOG 1 və SOG...