Yenidoğulmuşların sarılığı nədir? / Ensiklopedik bilgi

Post date:

Author:

Category:

Yenidoğulmuşların sarılığı fizioloji prosesdir. Adətən yenidoğulma dövrünün ilk günlərində körpələrdə sarılıq müşahidə edilir və bu vəziyyət 10-15 gün ərzində keçib gedir. Lakin yarımçıq doğulmuş uşaqlarda sarılıq daha uzun müddət davam edə bilər. Sarılığın bu forması qlükuroniltransferaza fermentinin fəallığının yenidoğulma dövründə nisbətən az olması ilə izah edilir. Buna görə, yeni doğulmuş uşaqlarda eritrositlərin lizisinin hər hansı səbəblə əlaqədar olan sürətlənməsi qanda sərbəst bilirubinin artması və sarılığın inkişafı ilə nəticələnir.

Normal şəraitdə fizioloji sarılıq yeni doğulmuş körpənin orqanizminə zərər vurmur. Lakin sarılığın uzun müddət davam etməsi körpənin inkişaf etməkdə olan beyninə zərər vura bilər. Yaşlı şəxslərdə sərbəst bilirubin hematoensefalik baryerdən keçə bilmədiyinə görə beyin hüceyrələrinə təsir göstərmir. Lakin yenidoğulmuşlarda hiperbilirubinemiya zamanı bilirubin beyin hüceyrələrinə daxil ola bilir. Buna görə ağır dərəcəli hiperbilirubinemiyası olan körpələrdə qıcolma və sinir sisteminin geriyə dönməyən dəyişiklikləri törənə bilər.

Mənbə: İnsan Biokimyasının Əsasları , Tibb Universiteti üçün dərslik. (F.Q.İslamzadə; F.İ.İslamzadə; A.M.Əfəndiyev)

 

Redaktə etdi: Ziya Mehdiyev

Tərtib etdi: Aysel Əliquliyeva

STAY CONNECTED

20,156FansLike
2,244FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...