Yer Planeti;Dünyamız

90
142

Kütləsi …………………………………..5.9736×1024 kg
Həcmi………………………………….1.08321×1012 km3
Sıxlığı…………………………………………….5.515 g/cm3
Diametri…………………………………………..12742 km
Orbit sürəti…………………………………………30 km/sn
Günəşə olan orta məsafəsi……………149,5 milyon km
Öz ətrafında dövr müddəti………………………..24 saat
Günəş ətrafında dövr müddəti ……….365 dünya günü
Peykləri………………………………………………………Ay

Dünya…Bizim evimizdir.Günəşə ən yaxın 3-cü planet olan Yer kürəsi,hələ ki həyatı dəstəkləyən yeganə planet olaraq bilinir.Ancaq yaxın zamanlarda bu sahədə rəqiblərinin çıxacağı dəqiqdir.Nəysə,keçək mövzumuza.

Böyüklüyünə görə Günəş sistemində 5-ci planetdir.Belə ki,Yer kürəsi Yupiter,Saturn,Uran və Neptun kimi qazdan ibarət qiqantlardan geri qalır.Merkuri,Mars və Venera kimi bərk zəminə malik planetlərdən böyükdür.Dünyanın 71%-i su,29%-i isə qurudur.

Dünyanın orbiti mükəmməl dairə deyildir.Oval şəkilldir və müəyyən maililiyə malikdir.Yer kürəsi bu maililik nəticəsində Yanvar ayında Günəşə bir qədər yaxın və İyul ayında bir qədər uzaq olur.Lakin dönmə oxunun əyikliyi səbəbindən,bu uzaqlıq və yaxınlığın temperatura təsiri yox deyiləcək dərəcədə az olur.Dünya Günəş sisteminin Goldilocks bölgəsində yerləşdiyi üçün burada suyun maye halda qalması üçün lazım olan temperatur qorunub saxlanır.
Dünyanın yaranmağı və təkamülü
Mütəxəssislərin fərziyələrinə görə Dünya Günəş və digər planetlərin yarandığı bir vaxtda formalaşmışdır.Belə ki, 4.6 milyard il bundan əvvələ qədər Günəş sisteminin yerində nebula (ulduzların yarandığı qaz və toz hissəcikləri) olmuşdur.Qaz və tozun çox sıx olduğu nebulanın ən sıx yerində əvvəlcə Günəş meydana gəlmiş,daha sonra onun cazibə qüvvəsi nəticəsində digər planetlər yaranmışdır.Sonradan asteroid və meteroid yağmurları nəticəsində dünyada su,eləcə də canlı orqanizmlər yaranmışdır.Geniş danışılmalı mövzu olduğundan,bu haqda növbəti məqalələrimizdə yazılacaq. Dünyanın atmosferinin 78%-i azot,21%-i oksigen, qalan hissəsi isə su,arqon,karbon dioksid və başqa qazlardan ibarətdir.Atmosferin sıxlığı yuxarı qalxdıqca azalır.Atmosferin ən aşağı təbəqəsi troposferdir.Biz bu təbəqədə yaşayırıq.Şəkildə atmosferin təbəqələri haqqında geniş məlumat verilmişdir.

Kimyəvi elementlərin paylanmasına gəldikdə isə deyə bilərik ki,oksigen yerin üst qatında ən çox yayılan elementdir(47%).İkincisi silikondur (27%).Üçüncüsü isə aliminiumdur (8%).Sonrakılar dəmir,kalsium,sodium,potasium və maqneziumdur.Dünyanın nüvəsi ən çox dəmir və nikeldən ibarətdir.Mantiyası dəmir və maqneziumdan yaranmışdır.

 

 

Mənbə; Space

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here