Yerdən Aya oksigen göndərilir?

Post date:

Author:

Category:

1969 və 1972ci illər arasında Ayın səthinə 12 astronavt göndərilib. Lakin yeni araşdırmalara əsasən belə deyə bilərik ki, bizim planet öz peykinə başqa bir həyat nişanəsi – oksigen göndəməkdədir, həm də bu proses milyon illərdir ki, davam edir. Və baxmayaraq ki, hesablamalara görə təqribən 4×10(üstü 36) sayda oksigen atomu Ayın səthindədir, hələ yaxın 2,4 milyon ildə ( bəlkə daha çox ) Ayda heç bir canlının yaşaması üçün lazımi şərait yaranmayacaq.

 

Yer atmosferinin çox kiçik bir hissəsi ( 5 kvardilyon ton havadan, sadəcə 90 tonu ) hər gün kosmosa sızmaqdadır. Atmosferin yuxarı qatlarında olan atom və molekullar Yerin cazibə qüvvəsindən asanlıqla çıxırlar. Lakin planetimizin maqnit sahəsi sayəsində yüklü hissəciklər çox böyük sürət əldə edir və göz yaşı formasında olan( altdan yumru, günəşə tərəf sivri uclu ) maqnitosfer təbəqəsinin daxilində qalır. Yerdən çıxa bilən hissəciklər isə, günəş küləkləri vasitəsilə planetlərarasl fəzaya yayılır.

 

Yaponiya, Osaka universitetinin kosmokimyaçı alimi Kentaro Terada deyir: “Bir ay ərzində, əksər günlərdə, günəş partlayışları və günəş küləkləri vasitəsilə hərəkətə gələn sürətli atomlar, Yerin təbii peykini bombardman edir. Lakin hər ayın 5 günü olur ki, bu günlərdə Yerin maqnitosfer təbəqəsi bu prosesə mane olur və daha az sürətə malik olan zərrəciklərin açıq fəzada öz yerini almasına imkan yaradır. 2008ci ildə, Yaponiyanın “Kaguya” adlı araşdırma peyki, oksigen ionlarının hərəkətində dəyişiklik müşahidə edirlər.

 

Belə ki, həmişə yüksək sürətə malik olduğu bilinən oksigen atomlarından fərqli olaraq, Ayın səthində daha yavaş sürətli atomlar müşahidə edilmişdir. Bunu da qeyd etmek lazımdır ki, həmin yavaş sürətli atomlar yuxarıda haqqında danışdığımız 5 gün ərzində Aya çatırlar. Bütün bu faktorlar onu deməyə imkan verir ki, Ayın səthindəki oksigen atomları Yer mənşəlidir. Tədqiqat komandası bildirir ki, Yer mənşəli oksigen atomları atmosferin ozon qatinda formalaşır, müəyyən dalğalar ozon qazından ayrılaraq oksigen molekullarına tərəf istiqamətlənir. Daha sonra, atomlar atmosferin yuxarı qatlarından “süzülür” və açıq fəzaya çıxır.

 

Milton Keynes universitetinin kosmokimyaçı alimi Maheş Anand: ” Hələ heç kəs ayın səthində olan bu anomaliyaların tam dürüst cavabını tapmamışdır. ” Avropa Kosmos Agentliyinin ( ESA ) fizika üzrə alimi Filipp Eskubet və onun kolleqaları ESA peyki vasitəsilə Ayda toplanmış məlumatları analiz edirlər. ” Biz onları ( oksigen atomlarını ) görmüşük, lakin dəqiq olaraq Yer atmosferinin hansı hissəsindən gəldiyini bilmirik.” – deyə F.Eskubet bildirir. İndi o və komandası planetimizin atmosferi və Yerətrafi fəzada gedən prosesləri yaxından izləyirlər. Aparılan ən son araşdırmalar, müxtəlif hündürlüklərdə atmosferin kimyası haqqında daha yaxşı nəticələr əldə etməyə imkan verəcək.

 

Mənbə; sciencemag.org

 

Hazırladı; Jalə Rəcəbova

STAY CONNECTED

20,400FansLike
2,280FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Mona Liza portreti

Mona Liza şəksiz ki, dünyanın ən məşhur portretidir. Heç incəsənətlə maraqlanmayan bir insandan, balaca bir uşağa...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir. 

Ən çox bilinən 3 narkotik maddə və onların orqanizmə təsirləri

Kokain Kokain və elmi adıyla benzoylemetil ekgonin Formulu: C17H21NO4 Kokain...