Yusif ibn Küseyir türbəsi / Azərbaycan memarlığı

Post date:

Author:

Category:

Yusif ibn Küseyir türbəsi. Naxçıvan şəhərində, xalq arasında “Atababa günbəzi” adı ilə məşhur olan türbə 8 yüz illik yaşını tamamlamasına baxmayaraq, hələ də Naxçıvanın mərkəzində yüksəlir. Abidə yeraltı sərdabədən və yerüstü bürcvari hissədən ibarətdir. Sərdabə planda səkkizbucaqlı şəklindədir. Abidənin yerüstü hissəsi də daxildən və xaricdən səkkizbucaqlı şəklindədir. Türbənin səkkizbucaqlı gövdəsi piramidaşəkilli kərpic günbəzlə
örtülmüşdür. Daxildə isə türbənin günbəzi çatmatağ şəkilli günbəzlə örtülmüşdür. Beləliklə, Yusif Küseyir oğlunun türbəsində biz ikiqat günbəz quruluşunun ən görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş bir nümunəsini görürük. Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlə bəzənmişdir. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, sonra gəc məhlulu ilə tavalar şəklində bərkidilərək səthlərin üzərində möhkəmləndirilmişdir. Quruluşu etibarilə türbənin yalnız bir səthi, qərb tərəfə baxan səthi, başqa şəkildə həll edilmişdir. Burada türbənin giriş qapısı yerləşdirilmişdir. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini almışdır. Türbənin rəis, xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə, yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilmişdir.
Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada da kitabə yerləşdirilmişdir.

Yusif ibn Küseyir türbəsi

Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılmışdır: “Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu”. Yusif Küseyir oğlunun türbəsi həcmi etibarilə bir o qədər böyük tikinti olmasa da, memarlıq bəzəyi sadə olsa da, öz ümumi kompozisiyasının aydınlığı və hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması cəhətdən gözəl bir memarlıq abidəsidir

 

Mənbə: AZƏRBAYCAN İNCƏSƏNƏTİ

STAY CONNECTED

18,750FansLike
1,988FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Dialektik Materializm nədir?

Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır. Karl Marks Materiya nədir və o hansı formalarda...

“Cahil cəsarəti” Danning-Krüger sindromu

Danning-Krüger sindromu nədir? Sindromun tərifi, əlamətləri və təsiri nələrdir? Psixologiyada Danning-Krüger sindromu və yaxud cahil cəsarəti adı...

Qısaca: Fovizm cərəyanı nədir?

1905-ci ildə Parisdə Payız Salonunda Henri Matisse, Georges Rouault, Maurice Vlaminck (Moris Vilamink) və başqa rəssamların əsərləri sərgilənirdi.