Zərdüştlük necə bir dindir?

Ulduz Müharibələrindən (Star Wars) Taxt Oyunlarına qədər (Game of Thrones) bir çox filmə ilham verən, Volter (Voltairevə Nitsşedən Freddi Merkyuriyədək (Freddie Mercury) çox insana təsir edən Zərdüştlük necə bir dindir?

Zərdüştlüyün yaradıcısı Zərdüştün e.ə. 1500 – 1000-ci illər arası hazırkı İran ərazisində yaşadığına inanılır. Zərdüştlükdən əvvəl İranda hind-aryan dini olan hinduizmə bənzər bir dinə inanıılırdı. O isə sadəcə bir tanrıya sitayiş edilməli olduğunu söyləyərək insanlığın ilk təktanrılı dinlərindən birinin əsası qoydu.

Zərdüştlükdə olan tək tanrı fikrindən əlavə, Cənnət və Cəhənnəm, Qiyamət günü, Mələk və şeytan kimi anlayışlar da daha sonra İudaizm, Xristianlıq və İslam dinlərində özünə yer tapdı.

Zərdüştün e.ə. 1500 – 1000-ci illər arası yaşadığı güman olunur

Bu fikirlərin yəhudilərə Əhəməni hökmdarı Böyük Kirin (ll Kir) Babildə onları xilas etməsiylə keçdiyi düşünülür.

Bir vaxtlar İranda dövlət dini olan və fars əhalinin üstünlüklə yaşadığı Əfqanıstan, Tacikistan və Mərkəzi Asiya ərazilərində inanılan Zərdüştlük, hal-hazırda azlığın dinidir. Lakin bu dinə aid bir çox ənənə İran mədəniyyətində öz yerini saxladığı kimi Qərbi Avropaya da təsir göstərib.

Dantenin (Dante Alighieri) “İlahi Komediyası“ndan əsrlər əvvəl Zərdüştlüyün kitabı olaraq bilinən “Ardavirafnamə”də Cənnət və Cəhənnəmə səfər ətraflı şəkildə təsvir edilmişdi. Bəlkə də, Dante X əsrdə son halına düşən bu kitabdan təsirlənmişdi.

London Universitetində (University of London) Şərq və Afrika Tədqiqatları Şöbəsindən Ursula Sims-Villiams (Ursula Sims-Williams) xristian Avropasında Zərdüştün sehirbaz, filosof və astroloq olaraq tanındığını bildirir.

Fransa Aydınlanma filosoflarından Volter (Voltaire) XVlll əsrdə yazdığı bir əsərdə Zərdüşt bir fars qəhrəmana yer verib. Eyni şəkildə alman şairi Göte (Johann Wolfgang von Goethe) “Qərb-Şərq Divanı” adlı əsərini İranlı şair Hafizə həsr eləmiş və bir hissəsini Zərdüştlük mövzusuna ayırmışdır. İrland şair Tomas Mour (Thomas Moore) oriental bir eşq hekayəsindən bəhs edən “Lalla Rookh” adlı əsərində Zərdüştlərin başlarına gələn müsibətlərdən bəhs etmişdir.

Musiqi dünyasında da oxşar təsirlərdən danışıla bilər. Motsartın (Mozart) “Sehirli fleyta” əsərində od və su ilə sınanma, işıq və qaranlıq, ağıl və yaxşılıq axtarışı kimi Zərdüştlüklə əlaqədar mövzularla oxşarlıqlar hiss edilir.

Queen” qrupunun məşhur vokal ifaçısı Freddi Merkyuri (Freddie Mercury) adıyla tanınan Fərrux Bulsara (Farrokh Bulsara) zərdüş olduğu üçün qürur duyurdu. Bacısı Karişma Kuk (Karishma Cooke) 2014-cü ildə verdiyi bir reportajda Merkyurinin əzim, çalışqanlıq və xəyallarının arxasınca gedə bilmə xüsusiyyətlərini Zərdüşt inancına bağlılığıyla əlaqələndirirdi.

Özbəkistanda “Səssizlik qülləsi”

Çox güman ki, Zərdüştlüyün musiqi üzərində təsirini ən yaxşı ifadə edən əsər Rixard Ştrausun (Richard Strauss) “Zərdüşt belə deyirdi” əsəridir. Bu əsər Stenli Kubrikin (Stanley Kubrick) “2001: Kosmos macərası” filminin (2001: A Space Odyssey) musiqisi olaraq yaddaşlara qalır.

İlham mənbəyi Nitsşenin (Nietzsche) eyni adlı şahəsəridir. Burada Zərdüşt adlı bir peyğəmbərdən danışılır, lakin filosofun bildirdiyi fikirlər, əslində, Zərdüştünkilərlə təzad təşkil edir. Alman filosof yaxşılıq və pisliyi qəbul etməyən bir ateistdir.

İranda bir Zərdüşt məbədi

“Mazda” avtomobil markasının adı Zərdüştlükdə “bilginin ağası” sayılan Ahura Məzdadan gəlir.

Eyni zamanda Corc Martinin (George R. R. Martin) “Taxt Oyunları“nda (Game of Thrones) qaranlığa qalib gələn yarım-tanrı qəhrəman Azor Ahai də Zərdüştlükdən təsirlənilərək yazılmışdır. “Ulduz Müharibələri“ndə (Star Wars) qaranlıq və aydınlıq güc arasındakı kosmik münaqişənin də qaynağının eyni olduğu məlumdur.

Mənbə: BBC“dən tərcümə edilmişdir

Tərcümə etdi: Əhməd İsmayılov

Redaktə etdi: Pəri Abbaslı

- Advertisement -

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Read More

İnsan bədənindən mikroskopik şəkillər

GÖZ Gözümüz hər zaman fotoqraflara möhtəşəm mənzərə olmuşdur. Buna təəcüblənməməli. 2. SAÇ Qırılmış saçlarımızın taxta parçasından fərqlənmədiyini bilmirdiniz. Bu hala gəlməmələri üçünonları qoruyun. 3.Ağciyər alveolları Tanış olun aldığımız...

Buddizm – Bütpərəstlik // Fəlsəfə lüğəti

BUDDİZM – Etiqad edənlərin sayına görə dünya ən böyükqeyri-ibrani dinlərindən biridir; istəklərdən imtina etmək yolu ilə iztirablardan azad olmağı və ―nicat‖a – nirvanaya çatmağı təbliğ...

Kapqras sindromu

Psixoloji xəstəliklər sırasında çox nadir eşitdiyimiz, ancaq Avropa ölkələrində həm psixiatrların, həm də klinik psixoloqların rastlaşdığı bir neçə qəribə sindrom var. Bunlardan biri Kapqras...

Recent

Ünsiyyət nədir və necə olmalıdır?

Ünsiyyətin tərifi, məzmunu, məqsədi, vəzifələri. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi (ünsiyyət)  aparır, bir-birinə qarşılıqlı təsir göstərir və...

ALBERT CAMUS – TİPASAYLA NİKAH

Albert Kamyu - Tipasayla Nikah : "Yazda Tipasada allahlar dolaşır. Onlar günəşin va yovşan ətrinin, gümüşü zirehə buxovlanmış dənizin, gömgöy səmanın, çəmən çiçəklərinin içində itib-batan...

Bronxial ağac nədir? / Ensiklopedik Bilgi

Bronxial ağac traxeyadan ayılan iki baş bronxdan, baş bronxlardan çıxan pay bronxlarından, bunlardan çıxan seqmentar bronxlardan və son olaraq terminal bronxiollardan ibarətdir. Bronxların divarında epitel,...