Zamanın idarə olunması. Zamanı necə idarə edək?

Post date:

Author:

Category:

İlk dəfə olaraq Danimarkada meydana gələn “Zamanın İdarə Olunması” adlı bir təlim hal-hazırda iş dünyasında xüsusən şirkətlərdə zamanın idarə olunması üçün tətbiq olunan üçün bir vasitədir. Zamanı biz necə idarə edə bilərik?

Zaman elə bir məfhumdu ki, onu qorumaq və ya saxlamaq qeyri-mümkündür. Yəni,bir həkimin qəbuluna gedirsinizsə,ancaq o zamanda orada olmağınız lazımdır. Bunu saxlamaq,anbarlaşdırmaq,qorumaq mümkün deyil.

Bir bankınızın olduğunu fikirləşin və sizə hər gün 86400 manat kredit verir. Gün ərzində bu krediti nə qədər sərf etməyiniz sizdən asılıdır. Günün sonunda sərf edib etməyəcəyinizdən asılı olmayaraq kreditlərin hamısı geri çəkilir. Belə olduğu halda,son qəpiyinə qədər onu xərcləmək istiyərsiniz. 86400 bir sutkada olan saniyələrin sayıdır. Bu insanın gələcəyinə sərf elədiyi sərmayədir. Əgər,bu sərmayəni kifayət qədər doğru şəkildə yatıra,həyatımıza yönləndirə bilirksə,bu zaman həyatda uğurları gerçəkləşdirə bilərik. Yox əgər zamanı doğru istifadə etməriksə,o zaman həyat bizi istədiyi şəkildə formalaşdıracaq.

Əgər 1 gün ərzində 24 saat deyil,25 saat olsa idi,əlavə olunmuş 1 saatda nə edərdiniz və ya gün ərzində 24 saat deyil,23 saat olsaydı,hansı işi görməkdən imtina edərsiniz?Zamanın idarə olunması bu əlavə bir saatı qazanmadan və bir saatıda itirmədən zamanın doğru istifadə olunmasını əhatə edən bir sistemdir. Insanlar zamanı necə dəyərləndirirlər?Bir çox insanlar “vaxtım yoxdu,heç bir işə vaxt çatdıra bilmirəm” deyir.  Lakin insanlar məcbur olduğu halda hər bir işə vaxt tapa bilirlər.

İstəklərinizi etmək üçün vaxt tapa bilirsinizmi?Əlbəttə ki,zaman hər kəsə bərabər miqdarda paylanılır. Bütün dahilərin hər birinin bir sutkasında 24 saat olub və onlar bu zamanları doğru dəyərləndirən insanlar olduqları üçün fövqəladə nəticələrə nail ola biliblər. Bu zaman ortaya çıxan nələrdir?Zamanı idarə etmə sistemini bilməmək,zaman oğruları ilə mübarizə apara bilməmək,bunlara daxil olan səliqəsizlik və yaxuddakı nizamsızlıq,təxirə salınma,sosial şəbəkələr və s. Əgər,biz zamanımızı doğru şəkildə istifadə edə bilsək, həyatımız önəmli miqdarda dəyişəcək.

Xoşbəxtlik uğura,uğur isə zamanı dəyərləndirməyə bağlıdır.  Uğur qazana bilməsək xoşbəxt ola bilmərik. Zamanı doğru dəyərləndirməsək,uğur qazana bilmərik. Zamanımızın gün ərzində necə planlaşdırılmasına baxdıqda təxminən yuxu,təmizlik,yemək,istirahət və ya yol,iş cəmi 22 saat aparır. Ancaq əlavə olaraq 2 saat bizim əlimizdə qaldığını da görmüş oluruq. Demək,biz zamanın planlanması dedikdə,zamanın 10:00 -23:00 arasında planlaşdırmaqdan bəhs etmirik. Təbii ki,bunların hamısını bir planlaşdıra bilmərik. Lakin gün ərzində əsas işə,fəaliyyətə sərf etdiyimiz zamanın 60 %-i planlaşdıra bilərik. Burada yazılı planlardan söhbət gedir. İnsan nə qədər çox yazılı bir şəkildə planlaşdırarsa,bir o qədər nəticələrini yaxşılaşdıracaqdır. Çünki elə işlər var ki,çox vacibdir. Elə işlər var ki,təcilidir. Digər işlər isə vacib və önəmli deyil. İşlər iki kateqoriyaya görə dəyərləndirilir.

  1. Təcililiyinə görə
  2. Vacibliyinə görə

Sınaq imtahanlarına hazırlaşmaq vacib işdir. Amma imtahana müəyyən müddət qalıb. Lakin bizə onu son anda çatdırmağımız lazım deyil,indidən ona hazırlaşmaq lazımdır. Ona görə ki,biz bunu əvvəl-axır edəcəyik. Elə məqamlar var ki,təcili işlərdir. Məsələn,telefon zənglərinə cavab vermək,müştərinin fakturasını ona göndərmək və ya internetdən bir axtarış vermək. Bunlar təcili olan işlərdir. Bir qab düşünün, zaman bu qaba bənzəyir. Əvvəlcə tenis toplarını qoyuruq,qab dolur. Sonra içərisinə xırda daşlar tökməyə başlayırıq,bu daşlar tenis toplarının arasından süzülərək,yenə qabı doldurur. Sonra isə qum əlavə edib silkələsək qab üçüncü dəfə dolmuş olar. Dördüncü dəfə suyu tökməklə qab təkrar dolmuş olacaq. Əgər biz əvvəlcədən o qaba qum töksəydik və ya suyu töksəydik,sonra tenis toplarını doldurmağa yer qalmazdı. Bu tenis topları bizim həyatımızın önəmli hissələridir. Yəni,bizim dərsimiz,ailəmiz və çox vacib işimiz ola bilər. Digəri isə önəmsizlərdir. İlk öncə bu qabı önəmli işlərlə doldurmaq lazımdır ki,sonra önəmsizləri içərisinə doldura bilək. Bu ardıcıllıqla gedərsə,həyatda xoşbəxtliyə,uğura nail ola bilərik. Yox,əgər önəmsiz şeylərlə həyatımızın içərisini doldurarıqsa istəklərimiz xəyal olaraq qalacaq.

Boş durmayıb bir iş görsəniz belə, o anda görüləcək daha önəmli işiniz varsa,deməli zamanınızı boşa sərf edirsiniz. Nə etdiyiniz deyil,nə üçün etdiyiniz önəmlidir. Bizim üçün önəmlidirmi,önəmli deyilmi?Həyatda çatmaq istədiyiniz hədəfləri sadəcə priatetlərimizi müəyyənləşdirərək çata bilərik. Onları o cür gerçəkləşdirə bilərik. Yəni,çatmaq istədiyimiz nələr var?Çox zaman insanlar “sabah edərəm,birisi gün edərəm” deyib işlərini təxirə salır. Zamanını boşuna sərf etmiş olur. Hər zaman gözləyir,vaxtı çatanda edərəm deyir. O vaxtın nə vaxt çatacağı bəlli deyil. O vaxt heç vaxt çata bilməz. Bir fəlsəfə doktoru dərsə girir və uşaqlara belə bir sual verir.

P-Əgər bu gün dünyanın sonu olsaydı nə edərdiniz?

+Sevdiyim qıza “səni sevirəm” deyərdim

-Bir nəfərin xətrinə dəymişəm,ondan üzr istiyərdim

*-Sevdiyim yeməkləri yeyərdim

Bu şəkildə tələbələr müxtəlif cavablar verirlər. Fəlsəfə doktoru maraqlı bir sual verir:

P-Məgər,bunları etmək üçün dünyanın sonunumu gözləmək lazımdır?

Etmək istəyiriksə,etməyimiz lazımdır. Hər zaman təxirə salar insan. Hər şeyi planlaşdıra bilərsiniz,lakin gələcəkdəki duyğularınızı planlaşdıra bilməyəcəksiniz. O anda nələr hiss edəcəyinizi planlaşdıra bilmərsiniz,sadəcə qəti şəkildə önməlidirsə,sizin üçün,vacibdirsə onu gerçəkləşdirəcək gücü yarada bilərsiniz. Üçüncü gün 15:00 da idmana gedəcəm deyə bilərsiniz. Üçüncü gün 14:50-də gedə biləcək əhvalınız yoxdursa,getmərsiniz. Lakin əhvalı yarada bilərsiniz. Əhvalı necə yaradacaqsınız?Bu sizin üçün önəmlidirsə yaradacaqsınız,önəmli deyilsə önəmli hala gətirərək yaradacaqsınız. Önəmli hala niyə gətircəksiniz?Özünüzə bu sualı verməyiniz lazımdır. Mən bunu niyə istəyirəm?Həyatımızdakı uğurların 80% i fəaliyyətimizin 20% in məhsuludur. Bu italyan iqtisadçısı Vilfredo Paretoya məxsus nisbətdir(Pareto nisbəti). Yəni,istehsalatda baş verən xətaların 20 % i ümumi zərərlərin 80%-ə səbəb olur. Stolüstü görüləcək işlərin 20% i uğurlarımızın 80% -i təmin edir. 80:20 nisbəti buradan çıxır. 80% 20% üçün,20% 80% üçündür. Real həyatda da buna yaxın səviyyədə olur. Həyatımızın hansı şəkildə sıralayırıq?Bütün iclaslarda sərf olunan vaxtın 20% i qərarların 80%-nə bir-başa təsir edir.

Səhər saat 10-dakı əhvalımızla,enerjmizlə,günortadan sonra saat 3-dəki əhvalımız və enerjimiz eyni ola bilməz. Bir gün 24 saatdır. 60 yaşda olarkən olan 24 saatla 25 yaşındakı 24 saat eyni deyil. Fərqli enerji səviyyələri,fərqli ehtiyaclar,dünyaya baxışlar meydana çıxır. Stiv Harvey adlı sosioloqun matriksini diqqət edək.

Təcili və önəmlilik dərəcəsinə görə işlər dörd hissəyə bölünür. Bəzi işlər çox vacib və təcilidir. Onlar birinci qrafikdə özünə yer tapır. Digər işlər vacibdir,ancaq o qədər də təcili olmayan işlərdir. Üçüncü qrafikdə olan işlər təcili işlərdir,önəmli deyil. Dördüncü qrafikdə olan işlər nə təcili,nə də önəmli işlər deyil. Məsələn,müştəriyə bir hesab fakturasının yazılması həm təcili,həm də önəmli işlərdir. Sabah səhər verəcəyiniz dərsə hazırlaşmağınız həm təcili,həm də vacib işlər siyahısına daxildir. Hər hansısa kitab oxumağınız və ya məlumat əldə etməyiniz,özünüzü təkmilləşdirməyiniz təcili olmayan,vacib olan işlər qrupuna daxil ola bilər.  Digər işlər ola bilər ki,təcili işlər deyil,önəmli işlər də deyil.     Bunlar isə telefona cavab vermək və s dir.  4cü qrafikə internetdə müəyyən axtarışların verilməsini qeyd edə bilərik.  Bunlardan hansını etməyimiz vacibdir.  Vacib və təcili işləri daha ön plana çıxartmaq lazımdır.  Lakin araşdırmalar göstərir ki,insanlar vacib işlərini edərlərsə,yəni təcili hala gəlmədən edərlərsə,onlar daha çox uğur qazanarlar.  Əvvəl-axır biz bu işləri etməliyiksə,indidən etsək daha faydalı olar.  Bir çox hallarda bunu son anda çatdırmaq adrenalini yaşamaq istəyirik.  Son anda yetiştirmək istəyirik.  Hələ buna vaxt var deyirik.   Onu gözlüyürük o  zaman gəlib çatarsa,biz onu yetişdirəciyik deyirik.  Belə olduqda,doğru dəyərləndirmiş olmuruq və zamanımız bizim üçün daha rahat olan məqamlar verə bilərik.

A-qrupu işlər,B-qrupu və C -qrupu işlər var.  A-qrupu işlər çox vacib işlərdir,B- qrupu işlər vacib işlər,C- qrupu işlər isə o qədər də vacib olmayan işlərdir.  Əgər,biz prioritet dərəcəsinə salaraq işlərimizi görəriksə,ilk öncə A-qrup işlərimizi görməliyik,yəni çox vacib işləri görməliyik.  Zamanımızın 65%-i buna sərf etməyimiz lazımdır.  Amma statistika bunun əksini göstərir.  Niyə?Çünki biz yazılı planlardan istifadə etmirik. Yazılı planlardan istifadə edəriksə,o zaman vizual olaraq,görüntü olacaq,yaddaşımıza bunu köçürdə bilərik və qarşımızda bir planımız olur. O zaman xatırladığımız zaman o plan görüntü olaraq yadımıza düşür. Hər hansısa bir şeiri xatırlamaq istəsəniz,gözünüzün qabağında o şeirin yazıldığı bir kitabı,internet səhifəsini canlandıra bilərsiniz. Eyni zamanda yazılı planların önəmli tərəflərindən biri də bütün görəcəyimiz işlər hamısı gözümüzün qabağında olur və yaddaşımıza köçürülür. Şifahi şəkildə beynimizdə saxlayarıqsa,onun ancaq ana xətlərini yadda saxlayacayıq ya da ümumiyyətlə hamısını unuduruq. Yazılı planları,hər zaman bir sıyahını gözümüzün qabağında görə bilirik və hansılar vacibdirsə,onların qarşısında A,B,C qoya bilərik. Onları önəmlilik,vaciblik dərəcəsinə görə sıralaya bilərik. O siyahını yenidən dəyişdirə,yenidən düzəldə bilərik.

Zamanın böyük bir qisminin planlamaqda fayda var. Gün ərzində əsasən iş saatları ilə götürdükdə 8 saatlıq iş günüdürsə,60%-ni planlamığınız faydalıdır. Yəni,5 saatı ortalama olaraq planlamağınızda böyük fayda var. Bu 5 saatın isə 3 saatını ən vacib işlərinizə sərf etmək lazımdır. Digər bir saatı daha az vacib işlərə,qalan 1 saatı isə ən az vacib olan işlərə sərf etməyiniz lazımdır. Qalan 3 saat isə sizin əlavə zamanınız olur. Bu halda zaman büdcəsi formalaşır. Əgər zaman büdcəsi formalaşdırsaq,zaman olaraq bir resursumuzdan kifayət qədər faydalana bilərik. Hər zaman əlavə zamanımız olmalıdır. Çünki gözlənilməz hallar üçün əlavə zamana ehtiyac var. Necə ki,maliyyə planlarında,əmək haqqı xərcləri,yol xərcləri və s xərclər nəzərdə tutulduğu halda digər xərclər deyilən bir bölmə varsa,zaman büdcəsində də digər bölməsinin olmasına mütləq ehtiyac var. Çünki biz,insanıq və gözlənilməz hadisələr meydana çıxa bilir. Bir çox hallarda bizim zamanımızın əsas oğruları “yox” deyə bilməmək bacarığımızın olmamasındadır. ”Yox” deyə bilmirik. Dostumuz,yaxınımız bir şey xahiş edəndə,onu etmək məcburiyyətində qalırıq.Özümüz-özümüzə söz veririk və digərlərinə də söz veririk.Çox zaman başqalarına verdiyimiz sözləri tutmağa çalışırıq,lakin özümüzə verdiyimiz sözü tutmuruq.Çünki özümüz-özümüzü tənqid etsək,özümüzdə qalacayıq.Amma başqalarına qarşı verdiyimiz sözləri tutmasaq,tənqidə məruz qalmaq və ya qürurumuzun zədələnməyini istəmirik.Sonunda insan olduğumuz üçün biz bunları edirik.Ancaq insan olaraq özümüzü daha çox dəyərləndirməyimiz,priaritetləri dəyərləndirməyimiz lazımdır.Hər kəsi xoşbəxt edə bilmərik,əlimizdən gələn qədər insanlara kömək etməyimiz lazımdır.Lakin əgər çox vacib görəcəyiniz işlər varsa,deməli məsuliyyət götürmüş və həyatınızın məsuliyyətini götürmüş olursunuz və həmin anda onu yerinə yetirməyiniz lazımdır.”Yox” deməyin üsulları da var.Elə bil qayda da “yox” demək lazımdır ki,qarşı tərəf həm inciməsin,həm də bu işi uğurla apara bilək.Yəni uğurla başa çatdıra bilək.Sabah saat 3-də mənlə bazara gedə bilərsən? şəklində dostunuz xahiş edirsə,buna necə cavab verə bilərik?Əgər  bir işimiz yoxdursa,təbii gedə bilərik.Ancaq görəcək işlər varsa,bu zaman bunu belə cavablandıra bilərik.

-“Mən sənin üçün bu işi sabah saat 3-də deyil,gələn həftənin cümə günü saat 4-də edə bilərəm.Sənlə  o vaxt ora gedə bilərəm” dediyiniz zaman əslində siz burada həm yox deyirsiniz,həm də demirsiniz.Bir çox hallarda insanlar bizdən bir şey istəyirlərsə,o anda istəyirlər,o an üçün keçərlidir.Lakin o an keçdikdən sonra böyük əksəriyyətdə lazım olmur.

Zamanı necə dəyərləndirə bilərik?Hər insanın gün ərzində enerjisinin yuxarı və aşağı olduğu səviyyələr olur və yatdığı,istirahət etdiyi zamanlar olur.Adətən səhər 6-da yuxudan oyanan bir şəxs üçün enerji səviyyəsi günorta 12 -yə qədər artığı müşahidə edə bilərik.Günortadan sonra isə yavaş-yavaş aldığı qidalardan,günorta yeməyindən sonra getdikcə enerji səviyyəsinin aşağı düşdüyünü və azaldığını görə bilərik.Bunu da səbəbi yemək yedikdən sonra,bildiyimiz kimi həzm prosesi insanda böyük enerji tələb edir və bədən elə bir şəkildə proqramlaşdırılıbki,bədəndəki enerjini yığaraq mədəyə ötürür və o həzm prosesi ilə məşğul olduğuna görə bədəndə halsızlıq ola bilir.Nəticə etibarı ilə biz o enerjinin azaldığını görürük.Həzm prosesi tam başa çatdıqdan sonra enerjimizin təkrar yüksəldiyini görə bilərik.Günortadan sonra enerjimiz yüksəlir və axşama doğru getdikcə təkrar azalmaqdadır.Bir insan səhər işə gəlir,bütün gücü ilə çalışır,işlərin ortasında olduğunu hiss edir,bir-birinin ardınca işləri yekunlaşdırmağa və davam etdirməyə çalışır.Hətta demək olar ki,günorta yeməyini də iş masasının üzərində yeyir,axşama doğru artıq tam tükənmiş vəziyyətdə olur.Səhər 80% enerji ilə işə başlayır.Günorta saatlarında 60%,axşama doğru isə məhsuldarlıq 40%-ə düşə bilir.Digər insan isə isə gəlir.Rahat şəkildə işlərini görür,bir az fasilə verib dincəlir,təkrar işini görür bu şəkildə davam edərək gün ərzində ortalama 80% məhsuldarlığı əlində saxlayır.Bunların arasındakı fərq nədir?Təyyarə sürən pilotlar üzərində araşdırmalar aparılıb və müşahidə edildiki,uzunmüddətli yola çıxan və təyyarəni idarə edən pilotlar bir müddət sonra mikroyuxu keçirirlər.Yəni,son 30 dəqiqə də müddəti 2-10 saniyə olan 22 ədəd mikroyuxu keçirirlər.Böyük avtomobil qəzalarının əksəriyyəti mikroyuxu nəticəsində baş verir.O anda beyin kilidlənir və insan təbii halda yuxuya gedib ayılır.Qəzalar bu şəkildə baş verə bilir.Bunun üçün artıq pilotlarda uçuş zamanı yatma miqdarı da nəzərdə tutulur.Yaponiyada məktəblərdə uşaqların,şagirdlərin yatmasına şərait yaradılır ki,dincəlsinlər və bu zaman beyin performansı daha yüksək səviyyəyə qalxır.Nəticələrini artırmış olurlar.

STAY CONNECTED

20,177FansLike
2,247FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

Yuxularımızı idarə edə bilərikmi?Lüsid yuxu nədir?

Çox gözəl bir yuxu görərkən heç bitməməsini istədiyiniz olubmu ? Əgər olubsa, yuxuda olduğunuzu anlamısız deməkdir. Buna “Lüsid yuxu” deyilir. Lüsid...

Broun hərəkəti nədir?

Hər birimiz fikir verməsək belə ətrafda daim baş verən bu hərəkətlə heç olmasa bir dəfə rastlaşmış olmalıyıq. Məsələn, suya düşən kiçik...

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...