Zehniniz nə qədər etibarlıdır? – Saxta xatirələr

Post date:

Author:

Category:

Bir şeyi düzgün xatırladığınıza əmin olmağınız, heç də hər zaman, o anın tamamilə doğru olduğu mənasına gəlmir.

Beynin işləmə prinsipləri barədəki tədqiqatlara əsasən deyə bilərik ki, beyində keçmişi xatırlama və gələcəyi xəyal etmə aktları eyni mexanizm üzrə işləyir. Dolayısıyla da, xatirələri yada salmağa çalışarkən onları pozma, dəyişdirmə və hətta müəyyən hissələrini siləbilmə ehtimalımız üzə çıxır.


Saxta xatirələrə səbəb olan faktorlar 5 başlıq altında tədqiq olunur :

  1. Kifayətsiz İdrak
    Beynin olayları yaddaşa yazdığı anda meydana çıxan əlavə təsiredicilər. Məsələn : sıx insan kütləsi, səs-küy və s. Yaxud əksinə, gördüklərini tam, aydın informasiyaya çevirəcək əlavə təsirlərin olmaması. Məsələn, cinayət şahidinin cinayətkarı uzaq məsafədən yaxud alatoranlıqda görmüş olması.

2. Nəticə Çıxarma
Zehnimiz aldığı hər yeni informasiyanı əvvəlki bilikləri ilə əlaqələndirməyə uyğunlaşmışdır. Məsələn; küçədə çimərlik geyimində bir insan gördükdə onun sahilə getdiyini düşünməyimiz məhz bu uyğunlaşmaya görədir. Bir müddət sonra bizdən bu qadın haqqında soruşulduqda, onun özü ilə çimərlik əşyaları daşıdığını görmüş olmasaq belə, bu faktı qeyd edəcəyik. Bu da məhz, beynin informasiya ilə bağlı səhv nəticə çıxartmasıdır.

Başqa bir maraqlı misal: “ Çarpayı, dincəlmək, yuxulu, ayıq, yorğun, pijama, yatmaq, xorultu, əsnəmə” sözlərini eşitdikdə siyahıda “yuxu” kəliməsinin olduğuna da əmin olursunuz. İnsanlar hadisələrdən nəticə çıxarda bilmək üçün müəyyən önyarğılar yaradır ( məs.: bu sözlər yuxu ilə bağlıdır fikri ). Bu mühakimələr isə çox vaxt hafizədəki bilgiləri təhrif edir.

3. Müdaxilə
Xarici faktorların emosional baxımdan müdaxiləsinin hafizə bazamız üstündəki təsiri düşündüyümüzdən daha güclüdür. Bu tip müdaxilələr, məhkəmə prossesində vəkillər tərəfindən şahidlərə tez-tez tətbiq olunan bir strategiyadır.

4. Bənzərlik
Cisim tanıma/fərqləndirmə yaddaş üçün çətin prossesdir. Xüsusilə də bu cisimlər müəyyən əlamətlərinə görə bənzərdirsə. Fikri aydınlaşdırsaq yaddaş üçün 2 bənzər cismi ayırd etmək, 2 fərqli cismi ayırd etməkdən daha çətindir. Bu səbəbdən zehin xətalara yolverəbilir, uzun müddət ərzində isə bu xətalar yanlış bilinən xatirələrə çevrilir.

Təqsirsizlik / Məsumiyət Lahiyəsi ( Innocence Project ) çərçivəsində, 2005-ci ilin noyabrına qədər 163 məhkəmə işində səhvlik edildiyi DNT testləriylə sübut edildi. Bu yanlışlıqların 75%-nin səbəbi, şübhəli şəxsin müəyyən əlamətlərə görə gerçək cinayətkara bənzəməsindən şahidlərin çaşqınlıq yaşaması olmuşdur.

5. Yanlış İstinadlar
İnsanlar fokuslandıqları mövzu barədə səhv istinadlara söykənəbilər. Bu da, uzun müddət ərzində, yenə də xatirələrin korlanması ilə nəticələnəcəkdir.

Yanlış Avtobioqrafiq Hafizə

Saxta xatirələr barədə araşdırmaları ilə yaddaş anlayışında xüsusi yeri olan amerikalı koqnitiv psixoloq Elizabet F. Loftus öz əməkdaşları ilə birlikdə apardığı çalışmalar ilə göstərir ki, hətta ən dəqiq işləyən avtobioqrafik hafizə belə kənar müdaxilələr ilə korlana bilər.

Belə bir tədqiqat aparılır :

Təcrübə iştirakçılarına onlarla bağlı fərqli xatirələr danışılır. Bu xatirələrin hamısı kədərli ya da travmatik xarakter daşıyırdı. Danışılanların bir qismi ailələrindən öyrənilmiş gerçəklər olduğu halda, bir çox xatirə, yəni sadəcə uydurma idi.

Təqribən 1 ay davam edən yığıncaqların sonunda, iştirakçıların ¼ -dən çoxu yaşamadıqları hadisələri ‘xatırlayıb’ , hətta, əlavə detallar da verməyə başladılar.

Önəmli məqam budur ki, xatirəni ilk dəfəsində, gerçəyə ən uyğun şəkildə xatırlayacağımız halda, növbəti dəfələrdə bu reallıq yavaş-yavaş itəcəkdir. ( Yaxud, yaşanılmayıbsa, ilk səfərində beyin tam əminliklə inkar edirdisə, təkrarlandıqca əminlik də yerini şübhəyə, sonda isə qəbullanmaya buraxır.)
Bəli, düşündüyünüzün əksinə, nəyisə durmadan fikirləşmək onun sizdəki yerini möhkəmləndirmir, zamanla silir.


Prossesin ana mexanizmi, xatirəni özündə daşıyan neyronların hər xatırlanmada (qıcıqlanmada) dəyişikliyə uğraması, dolayısıyla da, daşıdığı informasiyaların təhrif olunmasıdır.

Northwestern Universitetinin əməkdaşı olan Donna Bridge vəziyyəti belə ifadə edir :

“Bir xatirə orijinal anın qüsursuz fotoşəkili deyil. Sadəcə xətalı kopyasıdır; çünki siz o xatirəni daha əvvəl də xatırlamısınız. Xatirələr onları hər xatırlayışımızda daha da zəifləyər, bir andan sonra isə xatırladığınız şeyin gerçəklə heçbir əlaqəsi qalmır. “

1980-ci illərdə şüuraltı hislərə və saxta xatirələrə qarşı maraq artdı. Həmin dövrdə pedofiliya və təcavüz aktları ilə bağlı açılan cinayət işlərinin sayı artmışdı. Lakin bir çox hallarda anlatılan hadisələrdə tutarsızlıqlar müşahidə olunurdu.

Məsələ bu idi ki, uşaqlar psixoloji şiddət, yeniyetmələr isə basdırılmış cinsi istəklər səbəbindən gerçək və yalanı ayırd edəbilmirdilər. Yəni, onlara həqiqətən təcavüz edilib edilməməsini dəqiqləşdirə bilməyəcək qədər dumanlı bir hafizələri olurdu.


Bu zaman psixoterapevtlər hipnoz, yuxu, narkotəsir və s. kimi üsullar tətbiq edərək, zehnin dərinliyindəki reallığı ortaya çıxartmağa çalışdılar. Əslində, uğurlu nəticələr də əldə edildi, lakin şüuraltında gizli qalmış xoşa gəlməyən xatirələrin üzə çıxması fərdlərdə daha ağır psixi problemlərin yaranmasına səbəb oldu.

Qeyd edək ki, hazırda, şəxsin şüuraltına müdaxilə yaxud psixoloji təzyiq etik sayılmayan və tövsiyə olunmayan üsullardır.

“ Heçnə göründüyü,
Hətta yaşandığı kimi deyil.
Hərşey xatırlandığı kimi… “

Barış Bıçakçı

Mənbə :
https://www.matematiksel.org/hafizaniz-sizi-yaniltabilir/
https://evrimagaci.org/ani-ironisi-bir-aniyi-hatirlamak-onu-unutmaniza-neden-oluyor-2948
https://www.healthline.com/health/false-memory

Redaktə etdi: Nisə Qulizadə

STAY CONNECTED

20,112FansLike
2,238FollowersFollow
0SubscribersSubscribe

INSTAGRAM

X ; Y ; Z nəsilləri nəyi ifadə edir? Onlar necə formalaşır ?

Adətən, yaş fərqi olan insanlar ilə fikirlərimiz üst-üstə düşmədikdə "nəsil" ; "generasiya fərqi’" deyib keçirik. Çünki onlar yaşca bizdən böyük ya...

Kommersiya marketinqi nədir?

Marketinqin şirkətlər üçün çox uzun müddətdir imtina edilməz bir ünsür olmasının səbəbi davamlı inkişaf edən dinamik quruluşa malik olması və dəyişikliklərə asanlıqla...

Superkompüter nədir? (Ensiklopedik bilgi)

Superkompüter – çoxprosessorlu hesablama sistemidır və ilk superkompüter amerikan mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır və məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində...